Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
14.05.2024 · 11:00
Tədbirin bitmə tarixi
14.05.2024 · 12:30

AHK Azərbaycanın 14 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşündə Dayanıqlı İnkişaf və ESG mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri xanım Günel Sadiyeva iştirakçıları salamladı. Məruzəçiləri qonaqlara təqdim etdikdən sonra isə görüşün gedişatı haqqında və Azərbaycanda COP-29 ilə bağlı gedən hazırlıqlarla bağlı iştirakçıları məlumatlandırdı. Daha sonra isə o, sözü PwC Azərbaycanın Baş hüquq sədri xanım Leyla Sadıxovaya verdi.

Tədbirdə məruzəçi kimi iştirak edən xanım Sadıxova çıxışında beynəlxalq müstəvidə dayanıqlı inkişaf, qəbul edilmiş konvensiyalar və həmçinin BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyi barədə söz açdı. Burada müəyyən olunan inkişaf məqsədlərinin əksərinin ətraf mühitə aid olduğunu xüsusilə vurğuladı. Çıxışı zamanı xanım Sadıxova Dayanıqlı İnkişafın Ekoloji, Sosial və İdarəetmə (ESG) faktorlarından bəhs etdi. O, Ekoloji faktora iqlim dəyişiklikləri, ətraf mühitin deqradasiyası və ekosistemlərin pozulması; Sosial faktora gender məsələləri, inklüzivlik və əmək münasibətləri; İdarəetmə faktoruna isə təşkilati struktur, mükafatlandırma, müxtəliflik və bərabərlik kimi mövzuların daxil olduğunu vurğuladı.

Xanım Sadıxova tədbir iştirakçılarına Azərbaycan 2030 - Sosial İqtisadi İnkişafa dair Milli Prioritetlər barəsində geniş məlumat verdi. Bu prioritetlər arasında həmçinin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və "Yaşıl Artım" ölkəsi prioritetləri yer alır. Təqdimat əsnasında o, maliyyə sahəsi üzrə dayanıqlı inkişafın biznes üçün təqdim etdiyi imkanlar və üstünlüklərə də toxundu. Çıxışını yekunlaşdıraraq sözü PwC Azərbaycanın Audit xidmətləri üzrə baş meneceri xanım Günay Əsgərovaya verdi.

Xanım Əsgərova da öz növbəsində iştirakçıları salamlayaraq çıxışına ESİ Strategiyanın tərtibatı maraqlı tərəflərin qarşılanmasında dəstək olması, ESİ strategiyasında Ekoloji aspekti, Sosial aspekti və İdarərtmə aspekti ilə bağlı məqsədlər və öhdəliklər; Dayanıqlı inkişafa dair təşəbbüslər; İşin gedişatını təsvir edən hesabatlıq haqqında məlumat verdi. Çıxışını ESİ sisteminin 5 mərhələsinin tətbiq olunması haqqında ətraflı məlumat verərək yekunlaşdıran xanım Əsgərova iştirakçılara öz təşəkkürünü bildirdi.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

Aytəkin Siraczadə

Aytəkin Siraczadə

Üzvlük Xidmətləri şöbəsinin rəhbəri