AHK Azərbaycan üzvlüyü – Biznes əlaqələri, düzgün məlumat, aktiv iştirak
AHK Azərbaycana üzv olmaqla, Siz Palatanın digər üzv şirkətlərinin təcrübəsindən faydalanmaq, eləcə də ölkəmizdə baş verən mühüm iqtisadi və biznes hadisələri haqqında mütəmadi məlumat əldə etmək imkanı qazanırsınız. Üzvlüyə qəbul AHK Azərbaycanın İdarə Heyətinin qərarı əsasında həyata keçirilir.
AHK üzvlüyünün üstünlüklərindən faydalanın!
Bizim təcrübəmizlə yeniliklərdən xəbərdar olun
Biz sizi yeni bazarlara giriş prosesində dəstəkləyirik! Bütün AHK üzvləri ödənişsiz ölkə brifinqi və onların Azərbaycandakı biznes imkanlarının qiymətləndirilməsi haqqında hesabat ilə təmin olunurlar. Bununla yanaşı, üzvlərimiz işçi heyəti axtarışı, bazar və ünvan araşdırmaları, biznes və satış tərəfdaşlıqlarının qurulması, işgüzar əlaqələrin yaradılması yaxud ətraflı bazar təhlilləri kimi qabaqcıl AHK xidmətlərindən xüsusi güzəştlərlə faydalana bilərlər. Gündəlik iqtisadi xəbərlərlə bütün AHK üzvləri iqtisadi və siyasi aləmdə baş verən ən son yeniliklər haqqında müntəzəm olaraq məlumat əldə edirlər.
İkitərəfli uğur tərəfdaşınız
İşgüzar səfərlərinizin təşkili üçün AHK-Viza-Xidmətindən yararlanın! Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlığı ilə AHK, üzvlərin viza ərizələrini qəbul edir və sənədləri birbaşa Almaniya Səfirliyinə təqdim edir.
AHK Azərbaycan eyni zamanda Azərbaycan Respublikasına işgüzar səfər edən şirkət nümayəndələri üçün dəvət məktubları hazırlayır. Nümayəndələr Azərbaycana səfərləri zamanı tərcüməçi və səyahət xidməti ilə təmin oluna və işgüzar görüşlərdə AHK əməkdaşları tərəfindən müşayiət oluna bilərlər. Əlavə olaraq siz bizim Members4Members güzəşt proqramından faydalana bilərsiniz. Siz bizim xüsusi mehmanxana qiymətləri və üzvlərimiz tərəfindən təklif olunan digər endirimli xidmət və məhsullar haqqında məlumatlandırılacaqsınız.
Geniş şəbəkəmizdən istifadə edin
Bizim çoxsaylı tədbirlərimiz sizə siyasət və iş dünyasının səlahiyyətli şəxsləri ilə əlaqə yaratmaq, Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında fəal iştirak etmək və mövcud iqtisadi inkişafa uyğunlaşmaq üçün mükəmməl imkanlar təklif edir. Üzvlər bütün AHK Azərbaycan tədbirlərinə dəvətlidirlər. Nümayəndə heyəti səfərləri və tədbirləri, informasiya və təcrübə mübadiləsi üçün müntəzəm olaraq təşkil edilən AHK-İmpuls toplantıları və Üzvlər Yığıncağı adıçəkilən tədbirlər sırasındadır. Eyni zamanda, üzvlərimizin AHK-İşçi qrupları görüşlərində iştirak etməyə dəvət olunurlar. AHK Azərbaycan üzvü olaraq siz onlayn məlumat bazası vasitəsilə bütün AHK üzvlərinin əlaqə məlumatlarına birbaşa giriş əldə edəcək və biznes münasibətlərinizi asanlıqla qura biləcəksiniz. Üzvlərimizi AHK Azərbaycanın bütün tədbirlərində salamlamaqdan məmnunluq duyarıq!
İndi üzvü olun!
- AHK Azərbaycana üzv olmaq üçün aşağıdakı üzvlük ərizəsini tam şəkildə doldurub təqdim edin.
- Üzvlük müraciətiniz AHK Azərbaycanın İdarə Heyəti tərəfindən nəzərdən keçiriləcək və qiymətləndiriləcəkdir.
- Müsbət qərar verildikdən sonra şirkətinizin AHK-yə üzv qəbul olunduğunu təsdiqləyən rəsmi məktub Sizə göndəriləcək.
Üzvlüyə müraciət formasını yükləyin.
Üzvlük haqqı
İllik üzvlük haqqı müəssisənin aid olduğu kateqoriyaya əsasən müəyyən olunur.
*Avropa Komissiyasının kiçik və orta sahibkarlıq üzrə bölgüsü