Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Nümayəndə heyəti səfərləri

AHK Azərbaycan Almaniya və Azərbaycan arasında təşkil olunan nümayəndə heyəti səfərlərini şirkətlər, sahəvi assosiasiyalar və dövlət qurumlar üçün kompleks bir xidmət kimi təklif edir.

Airport
www.pexels.com

İki Tərəfli İqtisadi Əlaqələr və Bazara Giriş üçün Effektiv Dəstək

Yerli bazarda etibarlı tərəfdaş olaraq, AHK Azərbaycan həm alman, həm də azərbaycanlı nümayəndə heyətlərinin səfərlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsi prosesində hərtərəfli dəstək göstərir. Bu səfərlərin məqsədi ikitərəfli iqtisadi əlaqələri gücləndirmək, yeni biznes imkanlarını araşdırmaq və hər iki ölkədə bazar potensialını qiymətləndirməkdir. Xidmətə fərdi işgüzar ehtiyacların təhlili və ona uyğun proqramın hazırlanması, uyğun tərəfdaşların seçimi və logistik dəstək daxildir.

 

Xidmətlərimizə daxildir:

  • Yerli mütəxəssislər tərəfindən sahəyə uyğun bazar brifinqləri
  • Potensial tərəfdaşlarla B2B görüşlər
  • Şirkət və istehsalat sahələrinə səfərlər
  • Şirkət təqdimatları və təkliflərin təqdim edilməsi
  • Dövlət qurumları və nazirliklərlə görüşlər
  • Biznes forumları, konfranslar və ixtisaslaşmış seminarların təşkili

 

Əhatəli bazar bilikləri, geniş şəbəkə və uzunmüddətli təcrübə ilə AHK Azərbaycan hər iki ölkə arasında körpü rolunu oynayır – məqsədimiz davamlı tərəfdaşlıqlar yaratmaq və real biznes uğurlarına nail olmaqdır.

Highlights

BUSINESS INITIATION TRIP AZERBAIJAN
Hadisə

Azərbaycana Biznes Əlaqələrinin Qurulması üzrə Deleqasiya Səfəri

26/10/2026, Qida Emalı və Qablaşdırma Maşınları Sektorunda Fəaliyyət Göstərən Alman Şirkətləri üçün Azərbaycana Deleqasiya Səfəri

delegation
Hadisə

Energie-Geschäftsreise nach Aserbaidschan: Infrastrukturentwicklung, Elektromobilität und Speicherlösungen

07/12-10/12/2026, Geschäftsreise für deutsche KMU zur Erschließung von Geschäftsmöglichkeiten in den Bereichen erneuerbare Energien, Elektromobilität und Infrastruktur in Aserbaidschan.

Bizimlə əlaqə saxlayın