Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Münhen sərgiləri

AHK Azərbaycan, Messe München sərgi təşkilatının Azərbaycanda və Gürcüstandakı rəsmi nümayəndəsidir.

Messe München
www.messe-muenchen.de

İstehsal və İstehlak Məhsulları və Yeni Texnologiyalar üzrə Qlobal Sərgilərinin Lideri

İstehsal vasitələri, istehlak məhsulları və yeni texnologiyalar üzrə 50-dən çox ixtisaslaşmış sərgiyə ev sahibliyi edən Messe München, dünyanın aparıcı sərgi təşkilatçılarından biridir. Hər il 50.000-dən çox iştirakçı və təxminən üç milyon ziyarətçi Münhen və xaricdə keçirilən 200-dən çox tədbirdə iştirak edir.

Həm sərgi iştirakçısı, həm də ziyarətçi kimi sərgilərdə iştirak etmək istəyən hər iki ölkənin şirkətlərinə geniş xidmət dəstəyi təqdim edirik. 

Sərgi ziyarətçiləri üçün göstərdiyimiz dəstək

  • Səfər və otel yerləşməsi barədə məlumat
  • Giriş biletlərinin əldə olunmasında dəstək
  • Viza dəstəyi (dəvət məktublarının hazırlanması)
  • Qrup səfərlərinin təşkili
  • B2B görüşlərinin və tərcümə xidmətlərinin təşkili

Sərgi iştirakçıları üçün təqdim etdiyimiz dəstək

  • Stendin planlaşdırılması və təşkili ilə bağlı məsləhətlər
  • Sərgi sahəsinin icarəsi üçün vasitəçilik
  • Birgə (kollektiv) stendlərin təşkili
  • Çap məhsulları və reklam materiallarının hazırlanması üzrə məsləhət xidməti

Bizimlə əlaqə saxlayın