Fərdi Məsləhət və Azərbaycanda Bazarı İmkanları: Yeni Bazara Uğurlu Girişiniz
Xüsusi sənaye və ya sektorlar ilə maraqlanırsınız? Potensial biznes tərəfdaşları ilə işgüzar əlaqələrə ehtiyacınız var? Yoxsa Azərbaycana işgüzar səfər edərək yerli şirkətlərlə birbaşa danışıqlar aparmağı planlaşdırırsınız?
O zaman bizimlə əlaqə saxlayın! Fərdi məsləhət və praktik həllər təqdim edərək, Azərbaycanda bazara uğurlu daxil olmağınızı təmin etməyə hazırıq.
Sizin üçün xidmətlərimiz
Biznes tərəfdaşlarının axtarışı
Azərbaycandakı şirkətlərlə əlaqələr axtarırsınız, lakin öz araşdırmalarınızda müəyyən çətinliklərlə qarşılaşırsınız? Biz Sizə potensial müştərilər, distribyutorlar və ya əməkdaşlıq tərəfdaşları ilə biznes əlaqələrinin qurulmasında dəstək göstəririk.
Sizinlə birlikdə axtarış meyarlarını müəyyənləşdirir və Sizin üçün bazarı ən yaxşı şəkildə əhatə etmək məqsədilə uyğun şirkətləri seçirik. Nəticədə Sizə aşağıdakı məlumatları ehtiva edən aktual əlaqə siyahısını təqdim edirik:
- Şirkət adları və ünvanları
- Telefon və faks nömrələri
- E-poçt ünvanları
- Əlaqədar şəxslər
İşgüzar tərəfdaş axtarışı ilə bağlı məktubun göndərilməsi
İstəyə əsasən, potensial tərəfdaşlarla ilkin əlaqəni biz Sizin adınızdan yaradırıq. Biz (Sizin adınızla və ya AHK vasitəsi ilə) fərdi əməkdaşlıq məktublarını e-poçt və ya poçt vasitəsilə, şirkətinizin təqdimat materialları ilə birlikdə göndəririk. Nəticədə Sizə aşağıdakı məlumatlar təqdim olunur:
- Əlaqə yaradılmış şirkətlərin siyahısı
- Geri dönüşlər və reaksiyalar haqqında ümumi məlumat
Azərbaycana biznes səfərinin təşkili
Biz səfərinizi A-dan Z-yə qədər planlaşdırırıq – ilkin əlaqədən başlayaraq Bakıda görüşlərin təşkilinə qədər. Xidmət paketimizə aşağıdakı xidmətlər daxildir:
- Uyğun tərəfdaşların araşdırılması və müəyyən edilməsi
- Görüşlərin təyin olunması
- Görüşlərin təşkili (ehtiyac olduqda AHK-nın ofisində)
- Viza prosedurlarında dəstək (dəvət məktubunun təqdim olunması daxil)
- AHK-nın xüsusi şərtləri ilə hotel bronları
- Hava limanı, hotel və görüş üçün tərcüməçi və nəqliyyat xidməti
Əgər şəxsən iştirak edə bilmirsinizsə, biz görüşləri Sizin adınızdan aparırıq – təqdim etdiyiniz şirkət materialları əsasında. Daha sonra Sizə əlaqə məlumatları, görüş qeydləri və peşəkar qiymətləndirmələri ehtiva edən ətraflı hesabat təqdim edirik.
Bazar və sektor analizləri
Bizim vasitəmizlə Azərbaycanda baş verən aktual iqtisadi və sənaye yenilikləri haqqında məlumatlı qalın. Biz Sizə məhsul və sahəyə xas, obyektiv və əsaslandırılmış analizlər təqdim edirik:
- Bazar həcmi və əsas iştirakçılar
- Paylama kanalları
- Hüquqi və iqtisadi çərçivələr, trendlər
- Bazar inkişafı üzrə proqnozlar
Sizə aid spesifik suallar və mövzular üzrə də məmnuniyyətlə fərdi təhlillər aparırıq.
İşçi heyətinin axtarışı
Azərbaycanda şirkətiniz üçün ixtisaslı kadr axtarırsınız?
Biz Sizə yaxşı təhsil almış, alman və/və ya ingilis dilini bilən əməkdaşların axtarışında dəstək göstəririk. Biz tələblərinizə uyğun namizədləri iş elanı portallarında vakansiya elanlarının yerləşdirilməsi ilə, həmçinin namizəd bazamız vasitəsilə potensial namizədlərin birbaşa əlaqələndirilməsi yolu ilə müəyyən edirik.
Biz ilkin seçim mərhələsini həyata keçirir, müraciətləri yoxlayır, qiymətləndirir və ilkin müsahibələr aparırıq. Sizə seçilmiş namizədlərin sənədlərini təqdim edirik və yekun seçim mərhələsində Sizi müşayiət edirik.
Məmnuniyyətlə müsahibələrin təşkilini həyata keçirir, görüş vaxtlarını koordinasiya edir, uyğun məkan təqdim edir və ehtiyaca müvafiq əlavə dəstək xidmətləri göstəririk.