Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Təcrübəli Ekspertlər Xidməti (SES)

Təcrübəli Ekspertlər Xidməti (SES) – Bonnda yerləşən Almaniya iqtisadiyyatı tərəfindən yaradılmış bir fond olub, “özünə kömək etmək üçün yardım” prinsipi əsasında dünya üzrə məsləhət xidmətləri göstərir.

Production & Expert
www.freepik.com

Azərbaycanda Təmsilçiliyi

SES, təqaüddə olan ixtisaslı mütəxəssisləri və rəhbər şəxsləri müxtəlif sahələrdəki zəngin bilik və təcrübələrini paylaşmaq üçün göndərən Almaniyanın rəsmi təşkilatıdır.

Bu layihə Azərbaycanda Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən təmsil olunur. Əlavə məlumat üçün zəhmət olmasa, www.ses-bonn.de saytını ziyarət edin.

SES-in maliyyə dəstəkçiləri

SES aşağıdakı təşkilatlar tərəfindən maliyyələşdirilir:

  • Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ)
  • Almaniya Təhsil və Elmi Tədqiqatlar Nazirliyi (BMBF)

SES-in əsas fəaliyyət sahələri

  • Mütəxəssislərin və rəhbər şəxslərin təlimi, ixtisasartırması və peşəkar inkişafı
  • Məhsulların, xidmətlərin və iş proseslərinin təkmilləşdirilməsi
  • Texniki, iqtisadi və təşkilati problemlərin həllinə dəstək
  • Azərbaycanın iqtisadi inkişafına töhfə

 

1983–2019-cu illər ərzində SES Azərbaycanda 200-dən çox uğurlu layihə həyata keçirmişdir.

SES ekspertlərinin üstünlükləri

  • Sahələrində uzunillik peşəkar təcrübə
  • 50-dən çox sektorda mütəxəssis bilikləri
  • Müştərinin tələbatına uyğun fərdi dəstək
  • Yerli şəraitə uyğunlaşma bacarığı
  • Yaxşı xarici dil bilikləri

SES xidmətindən yararlana biləcək müəssisələr

  • Kiçik və orta sahibkarlıq subyektləri
  • Sosial və tibbi müəssisələr
  • Ümumi və peşə təhsili müəssisələri

Layihə prosesi və şərtlər

  1. SES nümayəndəsinə doldurulmuş müraciət formasının təqdim edilməsi
  2. SES Bonn tərəfindən təsdiq və ekspertin axtarışına başlanılması
  3. Müvafiq ekspertin seçilməsi və tərəflər arasında müqavilələrin imzalanması
  4. Ekspertin məsləhət xidməti göstərməsi – tövsiyələrin icrası müştərinin məsuliyyətindədir

Layihənin maliyyələşdirilməsi

  • Müştəri ekspertin səyahət, yaşayış və qida xərclərini qarşılayır
  • İstisna hallarda, bu xərclər BMZ tərəfindən maliyyələşdirilə bilər

Azərbaycandakı SES layihələri

AHK Azərbaycan tibbi xidmət, kənd təsərrüfatı, daşınmaz əmlak kimi müxtəlif sahələrdə uğurlu SES layihələri həyata keçirmişdir.

SES ekspertlərinin təcrübəsindən faydalanmış şirkətlər arasında aşağıdakılar yer alır:
Azersun Holding, Gilan Holding, Veyseloglu, Qinyetogullari, Azza, Azza Agro, BDM Dil Mərkəzi, Oki Klinika, Sahhat Klinika, Mərkəzi Gömrük Hospitalı, Baku Business Factory, Gazelli Group, Improtex Group, ABAD, AS Group Investment, Turizm Agentliyi, ADA Universiteti, Yalama Aqropark, AF Holding və başqaları.

Bizimlə əlaqə saxlayın