Ortaq Maraqlar Üçün Strukturlaşdırılmış Dialoq
AHK Azərbaycan da öz növbəsində üzvlərinə işçi qruplarına qoşulmaq imkanı təqdim edir. Bu qrupların yaradılmasının və fəaliyyətinin əsas məqsədi üzvlər arasında informasiya mübadiləsini asanlaşdırmaq, ortaq problemlərə müxtəlif həll yolları tapmaq, həmçinin hökumət orqanları ilə dialoq və müzakirələri gücləndirməkdir. İşçi qruplarının gündəmini müəyyənləşdirən məsələlər qrup üzvləri tərəfindən könüllülük prinsipi əsasında seçilir, AHK Azərbaycan isə bu qrupların fəaliyyətini texniki baxımdan dəstəkləyir.