Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Qrupu

AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili & Təlimi (İR və PTT) İşçi Qrupu, GRC Leadership Consulting şirkətinin təşəbbüsü ilə 19 sentyabr 2018-ci ildə yaradılmışdır.

Medium shot people studying together
www.freepik.com

İş Qrupunun Fokusu və Məqsədləri

İşçi Qrupunun əsas məqsədləri arasında əmək bazarının mövcud çətinliklərinin, o cümlədən insan resursları siyasəti və qanunvericilikdəki dəyişikliklərin araşdırılması, peşə təhsili və təlimi sahəsində ideya və təcrübə mübadiləsi, həmçinin bu sahənin aktual mövzularına həsr edilmiş tədbirlərin təşkil olunması yer alır. Bundan əlavə, dövlət qurumları ilə daha güclü dialoqun qurulması da mühüm hədəflərdəndir.

Əvvəlki Görüşlərin İcmalı

31.10.2024: İR və PTT İşçi Qrupunun görüşü

31 Oktyabr 2024-cü il tarixində AHK Azərbaycan konfrans zalında İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Qrupunun növbəti iclasında “İR Trendləri və Texnologiyasının Gələcəyi” mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçilər, SMART Cloud MMC-nin Azərbaycan üzrə nümayəndəsi Ayxan Abdullayev, Unibank Kommersiya Bankı ASC-nin İnsan Resursları üzrə direktoru Natalya Sandler və SMART Cloud MMC-nin Aparıcı Mütəxəssisi Gülnar Hacıyevaya verdi.

Cənab Abdullayev, açılış nitqində SMART CLOUD MMC-nin innovativ həllərini təqdim edərək, “SMART Payroll” və “Functional Moduls” anlayışlarını Microsoft ilə olan partnyorluq çərçivəsində HR ekosisteminin mühüm elementləri kimi vurğuladı. O, “SMART Payroll” sisteminin müəssisələrə əmək haqqı hesablamalarını daha səmərəli və dəqiq şəkildə həyata keçirməyə imkan tanıdığını vurğuladı. Eyni zamanda, “Functional Moduls”un insan resurslarının idarə edilməsi və performans qiymətləndirməsi kimi mühüm proseslərin sistemli şəkildə aparılmasında əsaslı rol oynadığını qeyd etdi.

Görüş xanım Sandlerin çıxışı ilə davam etdi. O, rəqəmsal transformasiyanın insan resursları (HR) sahəsindəki önəmli rolunu və müasir iş mühitində “Uzaqdan iş (Remote Work) və hibrid model” anlayışlarının əhəmiyyətini vurğuladı. Son olaraq, xanım Sandler "HR analitikası və süni intellektin HR-a təsiri" mövzusunda, işçi resurslarının idarəsində HR analitikasının verilənlərin toplanması və analizindəki rolunu qeyd etdi.

Daha sonra xanım Hacıyeva öz çıxışında Microsoft Biznes Mərkəzi (Microsoft Business Central) sisteminin əhəmiyyətini vurğulayaraq bu sistemin, müəssisələrin resurslarını daha səmərəli idarə etmələrinə imkan tanıyan bir platforma olmduğunu qeyd etdi.  Xanım Hacıyeva, həmçinin, ölkə daxilində qanunvericilik və əmək haqqı tələblərinə uyğun olaraq sistemin optimallaşdırılmasını təmin edən  Ağıllı Əmək Haqqı sistemi (SMART Payroll), yerli tələblərə uyğunlaşma (lokalizasiya) anlayışlarından danışdı. O, "Microsoft Power BI" ilə inteqrasiyanın, verilənlərin vizuallaşdırılması və analizini asanlaşdıraraq, müəssisələrə daha dəqiq qərarlar vermək imkanı tanığını qeyd etdi. O, həmçinin "Approval Workflow" sisteminin qərar qəbul etmə proseslərini avtomatlaşdıraraq, işçilərin və menecerlərin vaxtını qənaət etməyə və əmək haqqının hesablanmasını daha səmərəli etməyə imkan tanıdığını vurğuladı.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

04.10.2024: İR və PTT İşçi Qrupunun görüşü

4 Oktyabr 2024-cü il tarixində AHK Azərbaycan ofisində İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupunun növbəti iclasında “Əmək Qanunvericiliyində edilmiş yeni tənzimləmələr” mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, İR və PTT İşçi Qrupunun sədri, xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçilər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyevaya verdi.

Salamlama nitqi ilə çıxışına başlayan Cənab Heydərov ƏMAS məcəllləsində olan yeniliklərdən,  son zamanlarda sıx-sıx rastlanan cinsi ayrı-seçkilik hallarından və bununla bağlı məcəllədə olan dəyişikliklərdən, həmçinin elektron imza, SİMA, və Asan imza anlayışları və onların üstünlüklərindən danışdı. O, həmçinin ƏMAS məcəlləsində olunan dəyişikliklər qismində işçi hüquqlarının müdafiəsi, xitam və məzuniyyət əmrlərinin icrası ilə bağlı məlumat verdi. Cənab Heydərov öz çıxışında  distant iş, narkoloji xəstələr üçün peşələrlə bağlı olan yeni layihələrlə bağlı da məruzə etdi.

Görüş xanım Mirzəyevanın çıxışı ilə davam etdi. O, əmək münasibətlərinin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq çıxışına başladı. Daha sonra xanım Mirzəyeva “Dost Müfəttiş” layihəsi, müddətli əmək müqavilələri və bununla bağlı elektron platformaların formalaşdırılması sayəsində köhnə əmək müqavilələrinin yeniləri ilə əvəz olunmasından danışdı.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

01.08.2024: İR və PTT İşçi Qrupunun görüşü

1 avqust 2024-cü il tarixində AHK Azərbaycan ofisində İnsan Resursları və Peşə Təhsili və Təlimi üzrə İşçi Qrupunun növbəti iclasında“İstedadların tapılması və işdə saxlanmasında çətinliklər” və "Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinin əsasları və nəzərə alınmalı məqamlar"  mövzuları müzakirə edilmişdir.

İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə bugünkü mövzular haqqında görüş iştirakçılarına məlumat verdi və sözü qonaq məruzəçi, SCHNEIDER GROUP-un İnsan Resursları üzrə Regional Direktoru xanım Anne Ramsaya verdi.

Xanım Ramsay dəvətə görə minnətdarlığını bildirdi və SCHNEIDER GROUP-un xidmətləri haqqında geniş məlumat verdi. O, işin gələcəyini formalaşdıran beş mövzunu müzakirə etməklə başladı. Bunlara böyük işin nədən ibarət olduğuna dair motivasiyalar və inanclardakı dəyişikliklər, işin yenidən humanistləşdirilməsində avtomatlaşdırmanın rolu, firmaların sərhədlərini bulanıqlaşdıran texnoloji dəyişikliklər və gənc nəsillərin getdikcə həddən artıq yükləndiyini hiss etdikləri zaman qarşılaşdıqları problemlər daxildir. Mövcud işə qəbul problemlərini vurğulayan xanım Ramsay qeyd etdi ki, şirkətlərin 77 faizi yüksək səviyyəli istedadları tapmaqda çətinlik çəkir. O, "Quiet Hiring" haqqında məlumat verdi və ehtiyacların qiymətləndirilməsi, istedadın xəritəsi, daxili kommunikasiyalar, təlim və inkişaf, əks əlaqə və monitorinq vasitəsilə praktik tətbiqini izah etdi. Bundan əlavə, xanım Ramsay "build-buy-borrow-bridge" konsepsiyası barədə danışdı.

Xanım Ramsayin təqdimatından sonra SCHNEIDER GROUP-un Mühasibat Qrupunun rəhbəri İradə Şamilova “Etibarlı İşəgötürən: İstedadların İdarə Edilməsi Strategiyasının Əsas Komponenti” mövzusunu müzakirə etdi. O izah etdi ki, bu yanaşma şirkətlərə işçi qüvvəsini effektiv şəkildə idarə etməyə, riskləri azaltmağa və strateji biznes artımına diqqət yetirməyə imkan verir. Bu yanaşma xidmətlərindən istifadə etməklə şirkətlər bazar dəyişikliklərinə tez uyğunlaşa, qlobal miqyasda istedadları işə götürə və yerli qaydalara uyğunluğu təmin edə bilərlər.

Daha sonra SCHNEIDER GROUP-un hüquqşünası xanım Səbinə Kərimova işdən çıxarılma ilə bağlı ümumi əsaslar, o cümlədən iş vəzifələrini yerinə yetirməmək, pis davranış, uzunmüddətli xəstəlik və ixtisarla bağlı fikirlərini bölüşdü. O, həm şirkətin imicinə, həm də işçinin reputasiyasına xələl gətirə biləcək potensial münaqişələrin qarşısını almaq üçün çətin müzakirələrdən sonra ayrılmağın vacibliyini vurğulayaraq, əmək münasibətlərinə son qoymaq strategiyalarını müzakirə etdi. Alternativ olaraq, o, danışıqlar aparmağı və kompromis tapmağı, məsələn, yolları ayırmaq üçün əlverişli şərtlər, o cümlədən kompensasiya və yeni iş tapmaqda kömək təklif etməyi söylədi. Xanım Kərimova həmçinin əmək müqavilələrinə qarşılıqlı razılaşma əsasında xitam verilməsi ilə bağlı təlimatlar verdi, hər iki tərəf üçün rahat və ədalətli xitam təmin etmək üçün bu proses zamanı nəzərə alınmalı olan əsas aspektlər barədə məsləhətlər verdi.

Görüşü yekunlaşdıran Əmək Məsələləri üzrə Müstəqil Məsləhətçi cənab Rizvan Kərimov Azərbaycanda işçilərin işdən çıxarılması siyasəti və prosedurları haqqında geniş məlumat verdi. O, məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq izah etdi və öz təcrübələrini bölüşdü, səmərəli işdən çıxarma təcrübələri və yerli qaydalara uyğunluq haqqında dəyərli fikirlər təklif etdi.

Görüş maraqlı sual-cavab sessiyası ilə başa çatdı, burada iştirakçılar vurğulanan problemlərin həlli üçün strategiyaları müzakirə etdilər və Azərbaycanda işçilərin işdən çıxarılmasının effektiv siyasəti və prosedurları üçün ən yaxşı təcrübələri paylaşdılar.

29.05.2024: İR və PTT İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 29 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən İR və PTT İşçi Qrupunun növbəti görüşündə "Yeni işçinin işə uyğunlaşması prosesi" mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, İR və PTT İşçi Qrupunun sədri, xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Xanım Hüseynzadə, iştirakçılara yeni AHK Human Resources Insights jurnallarını oxumağı tövsiyyə etdi. Daha sonra o, sözü qonaq məruzəçilər, AccessBank QSC-ın Təlim və inkişaf üzrə meneceri xanım Xumar Hüseynova və İnsan resursları biznes tərəfdaşlığı şöbəsinin rəhbəri xanım İlhamə Rüstəmliyə verdi.

Salamlama nitqi ilə çıxışına başlayan xanım Rüstəmli yeni işçinin işə uyğunlaşma prosesinin təşkili üçün HR-ın görməli olduğu vacib ön hazırlıqları barədə məlumat verdi. Eləcə də o bu prosesdə hədəfləri və mərhələləri müəyyənləşdirməyin vacibliyini vurğuladı. Xanım Rüstəmli, mentorun yeni işçilərlə tanışma və uyğunlaşmada dəstək olma və onların potensiallarını aşkar etməkdəki rolu barədə danışdı. Həmçinin, yeni işçinin oriyentasiyanı təşkil etməyin, irəliləyişləri izləməyin və rəy bildirməyin vacibliyini vurğuladı. Sonra sözü xanım Hüseynovaya verdi.

Xanım Hüseynova təqdimatına Alliant Credit Union-dan əldə etdiyi təcrübəsini görüş iştirakçıları ilə bölüşməklə başladı. O, həm işdə, həm də şəxsi həyatda pozitivliyin qorunması strategiyalarını müzakirə etdi. Daha sonra isə o, əməkdaşları işə bağlayan 12 amil barədə danışdı. Çıxışının sonunda isə onlayn təlim imkanları haqqında məlumat verdi.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

22.02.2024: İR və PTT İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 22 yanvar 2024-cü il tarixində keçirilən İR və PTT İşçi Qrupunun görüşündə İnsanları anlamaq gücü və Kouçinq mövzuları müzakirə olundu. Görüşdə Develor Azərbaycanın, Baş təlimçi və məsləhətçisi cənab İnsafəli Səmədov və SparkUs rəqəmsal kouçinq platformasının həmtəsisçisi, peşəkar kouç xanım Özlem Sarıoğlu məruzəçi qismində çıxış etdilər.

Görüşü açıq elan edən İR və PTT İşçi Qrupunun sədri və PAŞA Property Management MMC-nin İnsan Resursları üzrə direktoru xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşün gedişatı haqqında ətraflı məlumat verərək sözü cənab Səmədova verdi. Cənab Səmədov ilk öncə Develor Azərbaycan, onun yerli və xarici tərəfdaşları, eləcə də şirkətin təlimçiləri barəsində iştirakçıları məlumatlandırdı, daha sonra çıxışına insan psixotipləri, şirkətdaxili ünsiyyətin önəmi və analitik psixologiya haqqında auditoriyaya geniş məlumat verdi. Cənab Səmədov Karl Qustav Yunqun 4 enerji psixotipləri barəsində iştirakçıları məlumatlandırdı və iştirakçılara öz enerji psixotiplərini müəyyən etməyə kömək edərək interaktiv sessiya keçirdi. Çıxışının sonlarına doğru cənab Səmədov "Insight Discovery" mövzusu ilə bağlı ətraflı şəkildə danışdıqdan sonra şəkillər ilə auditoriyaya müraciət edərək onların mövzunu daha yaxşı qavramasına yardım etdi. Çıxışının sonunda insanları anlamaq biliyi və onu necə istifadə etmək barəsində iştirakçıları məlumatlandırdı.

Bunun ardınca xanım Sarıoğlu özü və SparkUs rəqəmsal kouçinq platforması barəsində iştirakçıları məlumatlandıraraq çıxışına başladı. Xanım Sarıoğlu kouçinq termini barəsində auditoriyanın fikrini aldıqdan sonra iştirakçılara bu haqqda ətraflı məlumat verdi və kouçların insanlara problemlərin həll yollarının özlərinin tapmasına yardım edən və biznes mühitində işçilərin potensialını artıran biri olması haqqında məlumat verdi. Çıxışının sonunda xanım Sarıoğlu kouçinq və mentorluğun əsas fərqləri və kouçinqin analitikası barəsində məlumat verdi.

Görüş “sual-cavab” və iştirakçıların şəxsi təcrübələrini bölüşməyə imkan verən interaktiv sessiya ilə yekunlaşdı.

23.01.2024: İR və PTT İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 23 yanvar 2024-cü il tarixində keçirilən İR və PTT İşçi Qrupunun görüşündə insan kapitalının cəlb edilməsi sahəsində innovativ texnologiyaların rolu araşdırıldı. “İnsan kapitalından daha yaxşı istifadə etmək üçün texnologiyadan istifadə” adlı tədbirdə Regional İnsan Resursları Direktoru xanım Anne Ramsey və Schneider Group-u təmsil edən ERP və İT direktoru cənab Sergey Danilyuk kimi görkəmli məruzəçilər çıxış etdilər.

Xanım Anne Ramsey İnsan Resurslarının müxtəlif təkamüllərinin tarixi nöqteyi-nəzərdən icmalını təqdim edərək HR 4.0-a dair baxışa yol açaraq sessiyaya başladı. Gələcək inkişafları araşdıraraq, o, süni intellekt və istedadların əldə edilməsi üçün chatbotlardan səmərəli istifadə vasitəsilə işə qəbul prosesində hiper avtomatlaşdırmanın potensialını vurğuladı. Xanım Ramsey eləcə də, süni intellekt, xüsusən də dərin öyrənmə yolu ilə CV-ləri necə sürətlə və dəqiq təhlil edərək dəyərli rəylər verə bilməyi vurğuladı.

Bunun ardınca, cənab Sergey Danilyuk şəxsi təcrübələrini bölüşdü, blokçeyn texnologiyası kontekstində məlumat təhlükəsizliyi ilə bağlı problemlər və narahatlıqlara işıq saldı. Onun fikirləri insan resursları proseslərinə blokçeynin inteqrasiyası ilə bağlı mürəkkəbliklər haqqında incə bir anlayış təmin etdi.

Görüşün “sual-cavab” və iştirakçıların şəxsi təcrübələrini bölüşməyə imkan verən interaktiv sessiya ilə yekunlaşmışdır.

Bizimlə əlaqə saxlayın