Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Enerji Keçidi və Dayanıqlı İnkişaf İşçi Qrupu

2022-ci ildə yaradılmış 'Enerji Keçidi üzrə İşçi Qrupu' 18 iyun 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL), Uniper Global Commodities SE və AHK Azərbaycan birgə rəhbərliyi ilə 'Enerji Keçidi və Dayanıqlı İnkişaf üzrə İşçi Qrupu' kimi yenidən fəaliyyətə başlamışdır.

Researchers looking for alternative energy souces
www.freepik.com

Enerji Sektoru Keçid Mərhələsində: İşçi Qrupunun Məqsədləri
İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri yerli enerji bazarının tənzimlənməsi, bərpa olunan və alternativ enerji mənbələri, tender prosesi və maliyyələşdirmə imkanları, enerjinin ötürülməsi və ixrac infrastrukturu daxil olmaqla enerji sektorunda mövcud çətinliklərin araşdırılması, bu sektorun əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

Əvvəlki Görüşlərin İcmalı

18.06.2025: Enerji Keçidi və Davamlılıq üzrə İşçi Qrupunun “Relaunch“ iclası

2025-ci il iyunun 18-də “Enerji Keçidi və Dayanıqlı İnkişaf üzrə İşçi Qrupu” AZAL (Azərbaycan Hava Yolları), Uniper Global Commodities SE və AHK Azərbaycan-ın birgə koordinatorluğu ilə rəsmi olaraq yenidən fəaliyyətə başladı. Tədbirdə 30-dan çox şirkətin nümayəndəsi iştirak edərək, İşçi Qrupunun Azərbaycanda iqlim və enerji sahəsində sahələrarası dialoq və praktiki əməkdaşlıq üçün əsas platforma kimi mövqeyini bir daha təsdiqlədi.

 

Sessiya, Uniper nümayəndəsi Dr. Mihael Hilmer, AZAL-ın təmsilçiləri Fidan Fərzəliyeva, Rəşad Hüseynli və Qurban Kərimbəylinin açılış nitqləri ilə başladı. Çıxışlar zamanı Azərbaycanın qlobal enerji keçidində artan strateji rolu və bu prosesdə maraqlı tərəflərin fəal iştirakının vacibliyi xüsusi vurğulandı.

 

AZAL tərəfindən təqdim olunan təqdimatda şirkətin ətraf mühitə təsirin azaldılması istiqamətindəki məqsədləri açıqlanaraq, 40% emissiya azaldılması və yaşıl nəqliyyatın əməliyyatlarda 35%-lik paya çatdırılması kimi hədəflər diqqətə çatdırıldı.

 

Toplantı çərçivəsində hüquqi, maliyyə və texnoloji çətinliklərə dair mövzu-əsaslı müzakirə sessiyalarının təşkili planlaşdırıldı. Müzakirələr zamanı yaşıl maliyyələşmə, kiçik və orta müəssisələrin ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) standartlarının tətbiqində rolu, həmçinin qabaqcıl təcrübələrin bölüşdürülməsi məqsədilə könüllü səriştə mərkəzlərinin yaradılması kimi əsas mövzular ön plana çəkildi.

 

Sessiya, Azərbaycanın enerji və nəqliyyat sektorlarında dekarbonlaşma prosesinin sürətləndirilməsi istiqamətində davamlı əməkdaşlıq, innovasiya və uzunmüddətli layihələrin əhəmiyyətini vurğulayan çağırışlarla başa çatdı.

24.10.2024: Enerji Keçidi və Dayanıqlı İnkişaf İşçi Qrupunun iclası

24 oktyabr 2024-cü il tarixində AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Əməkdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında Enerji Keçidi üzrə İşçi Qrupunun növbəti iclasını keçirdi. İclas zamanı iştirakçılar dayanıqlı enerji sistemlərinə keçidi asanlaşdırmaq üçün vacib olan innovativ maliyyələşdirmə həllərini müzakirə etdi.

İclası açıq elan edən Enerji Keçidi İşçi Qrupunun vitse-sədri cənab Rəşad Hüseynli iştirakçıları salamladı və KPMG Azərbaycanın İdarəedici Partnyoru,  KPMG Qafqaz və Mərkəzi Asiya üzrə Məsləhətçi Partnyoru cənab Vitaly Yakovlevi və KPMG Azərbaycanın Hüquq üzrə direktoru cənab Seymur Niftaliyevi təqdim etdi.

Cənab Vitaly Yakovlev çıxışında enerji keçidinin maliyyələşdirilməsi, bərpa olunan enerji və enerji təhlükəsizliyi məsələlərini gündəmə gətirdi. O, həmçinin COP29 Dünya İqlim Sammitinin əsas məqsədlərindən biri olan gələcəkdə yarana biləcək potensial iqlim risklərini azaltmaq məqsədilə yaşıl enerji təşəbbüslərinin maliyyələşdirilməsinin əhəmiyyətini vurğuladı. Bundan əlavə, Cənab Yakovlev, ölkəmizdə “Greenwashing”, iqlim dəyişikliyi, dekarbonizasiya, və yaşıl enerji investorları üçün mühitə dair məsələləri müzakirə etdi.

Daha sonra, cənab Seymur Niftaliyev çıxışında, iştirakçılara Azərbaycanda yaşıl infrastrukturun inkişafının vacibliyini izah etdi. Cənab Niftaliyev, ölkə üzrə təmiz enerji potensialını vurğuladı və yaşıl infrastrukturun inkişafını dəstəklənməsindəki İctimai-Özəl Tərəfdaşlıqların (Private Public Parnership) rolundan danışdı. O, bu infrastrukturun əhəmiyyətli sərmayə tələb etdiyini qeyd edərək, yaşıl layihələr üçün maliyyələşdirməni təmin edən “Yaşıl” kreditlər konseptini təqdim etdi.

İclas iştirakçılar arasında aktiv fikir mübadiləsi ilə yekunlaşdı.

29.04.2022: Enerji Keçidi və Dayanıqlı İnkişaf İşçi Qrupunun təsis iclası

29 aprel 2022-ci il tarixində AHK Azərbaycanın Enerji Keçidi İşçi Qrupu təsis iclası ilə öz fəaliyyətinə başladı. Görüşdə 20-dən çox şirkət nümayəndəsi iştirak etdi.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Enerji Keçidi İşçi Qrupunun sədri Dr. Michael Hilmeri təqdim etdi və Azərbaycanda enerji perspektivləri və onun regionun enerji təhlükəsizliyinə təsirlərinə toxundu. Dr. Michael Hilmer çıxışında yerli alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı məlumat verdi, enerji sektorda investisiya mühitindən danışdı və Enerji Keçidi İşçi Qrupunun yaradılması ilə bağlı qısa sorğuda üzv şirkətlərin qeyd etdiyi əsas mövzulardan bəhs etdi.

Görüş Dr. Michael Hilmer moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Enerji Keçidi İşçi Qrupu öz fəaliyyətini yerli enerji bazarının tənzimlənməsi, bərpa olunan və alternativ enerji mənbələri, tender prosesi və maliyyələşdirmə imkanları daxil olmaqla enerji sektorunda mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.

  • Dr. Michael Hilmer

    Dr. Michael Hilmer

    Enerji Keçidi Məsələləri üzrə Sədr Uniper Global Commodities SE

  • Rashad Huseynli

    Rəşad Hüseynli

    Enerji Keçidi Məsələləri üzrə Vitse-Sədr Uniper Global Commodities SE

  • Fidan Farzaliyeva

    Fidan Fərzəliyeva

    Dayanıqlı İnkişaf Məsələləri üzrə Sədr Azərbaycan Hava Yolları (AZAL)

  • Gurban Karimbayli

    Qurban Kərimbəyli

    Dayanıqlı İnkişaf Məsələləri üzrə Vitse-Sədr Azərbaycan Hava Yolları (AZAL)