Günel Sadiyeva
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Sədri PwC Azərbaycan
gunel.sadiyeva@pwc.comİşçi Qrupunun əsas məqsədləri arasında, palatanın üzvləri üçün aktual hüquqi məsələlər üzrə məlumatlandırma tədbirlərinin təşkil edilməsi, Azərbaycan qanunvericiliyində baş verən dəyişikliklərin müzakirəsi, fikir və təcrübə mübadiləsi, eləcə də müvafiq dövlət qurumları ilə dialoqun dərinləşdirilməsi mövcuddur.
8 oktyabr 2024-cü il tarixində, AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüşün əsas məqsədi AHK Azərbaycan tərəfindən üzv şirkətlərin vergi qanunvericiliyi və inzibatçılığı məsələsi ətrafında təkliflərin toplanaraq Dövlər Vergi Xidmətinə təqdim olunması idi.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və sözü Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri xanım Günel Sadiyevaya verdi.
Çıxışında xanım Sadiyeva iştirakçıların sual və təklifləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kredit və vergitutma məsələləri, bank əmanətləri üzrə gəlir faizlərinin vergidən azadolunması mövzuları, və həmçinin Start up-larin nizamnamə kapitalı və nominal dəyər anlayışları haqqında ətraflı şəkildə məlumat verdi.
Günel Sadiyeva çıxışında gələcək layihələrdən biri olan Karbon vergilər ideyası əsasında məhsulların istehsal və idxalı üzrə vergiyə cəlb olunması ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Görüşdə həmçinin sahibkarlıq fəaliyyətinə dair əlavə şərtlər haqqında dinləyicilərin fikirləri ətrafında müzakirıələr aparıldı.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.
25 iyun 2024-cü il, çərşənbə axşamı günü AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupu çərçivəsində Ələt Azad İqtisadi Zonasına (AFEZ) işgüzar səfər olmuşdur.
İştirakçılar Ələt Azad İqtisadi Zonasında baş verən prosesləri araşdırmaq və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov ilə ikitərəfli görüşdə iştirak etmək üçün imkan əldə etdi.
Cənab Ələsgərov İqtisadi Zonadan potensial istifadəyə dair təqdimatla çıxış edərək investorlar üçün çoxsaylı imkan və üstünlükləri qeyd etdi. O, İrlandiya Respublikasının Avropanın ən kasıb ölkələrindən birindən aparıcı ixracatçıya çevrilməsi təcrübəsi ilə iştirakçıları məlumatlandırdı. Cənab Ələsgərov, həmçinin Çinin uğur hekayəsi və Hindistanın iqtisadi zonanın inkişafındakı problemlərinə toxundu. O, AFEZ-in unikal xüsusiyyətlərini və onun dünya miqyasında analoji qurumlardan fərqini ətraflı izah edərək, onun Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsirini vurğuladı.
Səfər şirkətləri maraqlandıran əsas məsələlərin həlli ilə bağlı Azad İqtisadi Zona üzrə məlumat xarakterli daxili turdan ibarət olub və maraqlı sual-cavab sessiyası ilə yekunlaşdı.
AHK Azərbaycanın 14 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşündə Dayanıqlı İnkişaf və ESG mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri xanım Günel Sadiyeva iştirakçıları salamladı. Məruzəçiləri qonaqlara təqdim etdikdən sonra isə görüşün gedişatı haqqında və Azərbaycanda COP-29 ilə bağlı gedən hazırlıqlarla bağlı iştirakçıları məlumatlandırdı. Daha sonra isə o, sözü PwC Azərbaycanın Baş hüquq sədri xanım Leyla Sadıxovaya verdi.
Tədbirdə məruzəçi kimi iştirak edən xanım Sadıxova çıxışında beynəlxalq müstəvidə dayanıqlı inkişaf, qəbul edilmiş konvensiyalar və həmçinin BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyi barədə söz açdı. Burada müəyyən olunan inkişaf məqsədlərinin əksərinin ətraf mühitə aid olduğunu xüsusilə vurğuladı. Çıxışı zamanı xanım Sadıxova Dayanıqlı İnkişafın Ekoloji, Sosial və İdarəetmə (ESG) faktorlarından bəhs etdi. O, Ekoloji faktora iqlim dəyişiklikləri, ətraf mühitin deqradasiyası və ekosistemlərin pozulması; Sosial faktora gender məsələləri, inklüzivlik və əmək münasibətləri; İdarəetmə faktoruna isə təşkilati struktur, mükafatlandırma, müxtəliflik və bərabərlik kimi mövzuların daxil olduğunu vurğuladı.
Xanım Sadıxova tədbir iştirakçılarına Azərbaycan 2030 - Sosial İqtisadi İnkişafa dair Milli Prioritetlər barəsində geniş məlumat verdi. Bu prioritetlər arasında həmçinin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və "Yaşıl Artım" ölkəsi prioritetləri yer alır. Təqdimat əsnasında o, maliyyə sahəsi üzrə dayanıqlı inkişafın biznes üçün təqdim etdiyi imkanlar və üstünlüklərə də toxundu. Çıxışını yekunlaşdıraraq sözü PwC Azərbaycanın Audit xidmətləri üzrə baş meneceri xanım Günay Əsgərovaya verdi.
Xanım Əsgərova da öz növbəsində iştirakçıları salamlayaraq çıxışına ESİ Strategiyanın tərtibatı maraqlı tərəflərin qarşılanmasında dəstək olması, ESİ strategiyasında Ekoloji aspekti, Sosial aspekti və İdarərtmə aspekti ilə bağlı məqsədlər və öhdəliklər; Dayanıqlı inkişafa dair təşəbbüslər; İşin gedişatını təsvir edən hesabatlıq haqqında məlumat verdi. Çıxışını ESİ sisteminin 5 mərhələsinin tətbiq olunması haqqında ətraflı məlumat verərək yekunlaşdıran xanım Əsgərova iştirakçılara öz təşəkkürünü bildirdi.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.
21 dekabr 2023-cü il tarixində AccessBank QSC-nin Baş ofisində İR və PTT və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qruplarının birgə görüşü keçirildi. Tədbirin məruzəçiləri qismində BHM Hüquq Şirkətinin Hüquq məsələləri üzrə vitse-sədri Gülnar Qurbanova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri cənab Fuad Heydərov iştirak etmişdilər.
İR və PTT İşçi Qrupunun sədri, AccessBank QSC-nın İnsan Resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamlayaraq tədbiri açıq elan etdi, həmçinin iclasın gedişatı haqqında iştrakçılara qısa məlumat verdi. Daha sonra söz xanım Qurbanovaya verildi. Xanım Qurbanova da öz növbəsində iştrakçıları salamladı.
Xanım Qurbanova öz çıxışına cari ildə Əmək Məcəlləsində edilmiş əsas dəyişiklikləri və yenilikləri izah etmək ilə başladı. Bununla yanaşı xanım Qurbanova biznes sorğusunun nəticələrini paylaşaraq Əmək Məcəlləsi isə bağlı yaranan problemlər və arzu edilən gözləntiləri sadaladı.
Daha sonra xanım Qurbanova sözü cənab Heydərova ötürdü. Cənab Heydərov sosial tərəfdaşlıq prinsepilərinin fəaliyyəti haqda məlumat verdi. Həmçinin o, 2024-cü ildə olacaq yeni lahiyələr və gələcək düzəlişlər haqda danışdı. Daha sonra isə cənab Heydərov iştrakçılarla birgə Əmək və Məşğulluq altsistemində (ƏMAS) olan aktual problemləri müzakirə etdi.
Tədbiri sual-cavab sessiyası ilə yekunlaşdı.
7 dekabr 2023-cü il tarixində AHK Azərbaycanın ofisində Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qrupunun sıradaki görüşü keçirildi. Görüşdə Vergi Qanunvericiliyində 2024-cü il üçün edilən dəyişikliklər müzakirə olunmuşdur. Tədbirin məruzəçiləri Dövlət Vergi Xidmətindən, Vergi siyasəti baş idarəsinin rəisinin müavini Əvəz Quliyev və Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov olmuşdular.
Öncəliklə Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qrupunun sədri, PwC Azərbaycanın Vergi xidmətləri üzrə direktoru xanım Günel Sadiyeva iştirakçı şirkətlərin nümayindələrini salamladı və görüşün gedişatı haqqında qısa məlumat verdi. Sonra xanım Sadiyeva sözü cənab Quliyevə ötürdü. Cənab Quliyev təqdimatı yeni dəyişikliklərin əsas istiqamətlərinin əhatə dairəsi haqqda danışdı. O həmçinin maliyə, kənd təssərüfatı, nəqliyyat, turizm və səhiyyə sektorlarında baş tutacaq dəyişikliklər haqqında ətraflı məlumat verdi.
Sonra cənab Quliyev Vergi inzibatçılarının təkmilləşdirilməsi məsələsinə də toxundu. Son olaraq cənab Quliyev Kölgə iqtisadiyyat və Vergidən yayınma hallarına qarşı mübarizəsinin gücləndirilməsi üçün olacaq yeniliklər haqqda iştirakçıları məlumatlandırdı.
Görüşün sonunda xanım Sadiyevanın moderasiyası ilə çoxtərəfli müzakirə keçirildi. Tədbir “sual-cavab” sessiyası ilə başa çatmışdır.
Am 20. Mai 2021 fand das Online-Meeting der Arbeitsgruppe für Steuern, Zoll und Rechtsfragen der AHK Aserbaidschan mit über 30 Unternehmensvertretern statt. Im Mittelpunkt des Treffens stand Schutz der Rechte des geistigen Eigentums durch den Zoll in Aserbaidschan.
Tobias Baumann, Vorstandsmitglied der AHK Aserbaidschan, eröffnete die Sitzung und dankte dem Staatlichen Zollkomitee für die enge Zusammenarbeit mit der Kammer und für die Beiträge zur Arbeit der Arbeitsgruppe und betonte die Bedeutung des Themas, einschliesslich der Vertriebsrechte und der Bekämpfung von Produktfälschungen. Das Treffen wurde von Nigar Bayramli, der stellvertretenden Geschäftsführerin der AHK Aserbaidschan, moderiert. Die Gastredner von dem staatlichen Zollkomitee waren Samad Garalov, Leiter der Hauptabteilung für Zollkontrolle und Handelserleichterung, Jeyhun Najafli, Leiter der Abteilung Handelserleichterung, Mahmud Nuriyev, Leiter der Abteilung für Aussenhandel, welche ihre Erfahrungen auf diesem Gebiet mit den Teilnehmern geteilt haben.
Turkan Hajiyeva, Managerin für Unternehmens- und Finanzwesen bei der Kanzlei BHM, berührte bei dem Treffen die aktuellen Probleme im Zusammenhang mit dem Schutz der geistigen Eigentumsrechte in Aserbaidschan.
Die Online-Veranstaltung war interaktiv und nach den Präsentationen beantworteten die Gastredner Fragen der Teilnehmer.
14 noyabr 2023-cü il tarixində AHK Azərbaycanın üzvü olan şirkətlər üçün Hyatt Regency İclas və Konfrans Mərkəzinin Şamaxı zalında Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü təşkil olundu. İşçi qrupunun sədri xanım Günel Sadiyeva iştirakçı şirkətləri salamladı və görüşün gedişatı haqqında qısa məlumat verdi. Həmçinin xanım Sadiyeva PwC Azərbaycana görüşün keçirilməsinə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.
Tədbirin ilk yarısında Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin rəis müavini cənab Ceyhun İsmayılov iştrakçılara vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) əsas prinsipləri və standartları haqqında ətraflı məlumat verdi və onların Azərbaycanda tətbiq edilməsindən danışdi. Cənab İsmayılov həm də Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırması (APA) dəyişiklikləri və Qeyri-Rezidentlərin vergi uçotu haqqında ətraflı məlumat verdi.
Görüşün ikinci yarısında cənab İsmayılov “Global Rules” (GloBE) minimum qaydalarına yanaşma və saziş əsaslı qaydalar barədə məlumat verərək çıxışını tamamladı. Daha sonra tədbir xanım Sadiyevanın moderatorluğu altında sual-cavab sessiyası ilə dəvam etdi.
Tədbirin sonunda görüşün iştrakçılarına Autocapital-Azerbaijan MMC-nin gömrük idarəsinin rəisi olan cənab Elvin Əliyevin, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupununa gömrük məsələləri üzrə yeni vitse sədr vəzifəsinə təyinatı haqqında məlumat verildi.
Əlavə olaraq, AHK Azərbaycan adından tədbirə sponsor dəstəyi üçün PwC Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk.
27 sentyabr 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunan Rəqabət Məcəlləsinin layihəsi haqqında müzakirələr aparıldı, daha sonra bununla bağlı AHK Azərbaycan üzvlərini maraqlandıran məsələ və sualların dairəsinin müəyyən edilməsi həyata keçirildi.
İclası açıq elan edən xanım Günel Sadiyeva iştirakçıları salamladı və görüşün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəylinin ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.
Çıxışında xanım Günel Sadiyeva rəqabət sahəsindəki dəyişikliklərə və antiinhisar mövzusuna toxundu. Bundan əlavə işçi qrup ilə birlikdə sövdələşmələr və müqavilələr mövzusunda danışıqlar keçirildi. Həmçinin rəqabət orqanın müstəqilliyinin önəmi vurğulandı və iştirakçılar öz aralarında fikir mübadiləsi apardı. Ardınca isə işçi qrupu, monopoliya və monopolist şirkətlərin siyasəti mövzusunda diskussiya keçirdi.
Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçıların aktiv müzakirələri ilə keçirildi. Həmçinin görüş zamanı tədbir iştirakçıları öz təcrübələrini bölüşdü və çalışdıqları sahələrə istinadən öz fikirlərini bölüşdülər. Tədbirin sonunda, növbədə keçirilməsi planlaşdırılan AHK Impuls tədbiri üçün iştirakçılardan sullar və təkliflər toplanıldı.
12 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda vergi, gömrük və hüquq sahələrində aktual mövzular ətrafında müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun yeni sədri xanım Günel Sadiyevanı və Hüquq Məsələləri üzrə vitse-sədr xanım Gülnar Qurbanovanı təqdim etdi. O, bu görüşün qarşıda Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.
Çıxışında xanım Günel Sadiyeva işçi qrupunun yaxın gələcəkdə əsas məqsədlərindən danışdı. İşçi qrupuna aktivlik gətirmək və mütəmadi olaraq görüşlərin keçirilməsi, eləcə də bütün biznes nümayəndələri üçün vasitəçi rolunu oynamaq bu məqsədlər arasındadır. Daha sonra xanım Gülnar Qurbanova əlavə etdi ki, bu görüş müəyyən mənada tanışlıq xarakteri daşıyır və iştirakçıları müvafiq sahələrdə qarşılaşdıqları problemləri ünvanlamaq üçün üçün bu platformadan istifadə etməyə çağırdı.
Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Vergi, Gömrük və Hüquq Məsələləri öz fəaliyyətini vergi şəffaflığı, gömrük prosedurları, ticarətin asanlaşdırılması və antiinhisar tənzimləmələri sahələrində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.
23 fevral 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin onların praktiki və texniki tərəfləri ilə bağlı aktiv müzakirələr aparıldı.
İclası açıq elan edən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri cənab Fərid İsayev iştirakçıları salamladı və üzv şirkətlərin təklif və tövsiyələrinin Dövlət Vergi Xidmətinə təqdim edilməsi təşəbbüsü haqqında məlumat verdi. Dövlət Vergi Xidmətində müşavir vəzifəsində çalışan cənab Arif Quliyev görüşə qoşularaq, struktur dəyişiklikləri və yeni müstəqil Vergi Ombudsmanı İnstitutunun yaradılması planları ilə bağlı danışdı. Yeni qurum Dövlət Vergi Xidmətinin rəisinə birbaşa təklif və tövsiyələri çatdıra biləcək və burada əsas məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunmasıdır.
Görüş cənab Fərid İsayevin moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Görüş zamanı ƏDV bəyannamələrinin təqdim edilməsi prosesi, vergitutma prosedurları, fiziki şəxslərin vergiyə cəlb edilməsi və üzv şirkətlərin gündəlik üzləşdiyi çətinliklər müzakirə edildi və qərara alındı ki, müzakirə olunan fikirlər yığılaraq Dövlət Vergi Xidmətinə təklif və tövsiyələr şəklində göndəriləcəkdir.
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Sədri PwC Azərbaycan
gunel.sadiyeva@pwc.com