Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

AHK İmpuls

İnformasiya mübadiləsini təşviq etmək və üzvlərini iqtisadi sahədəki ən son inkişaf trendlərindən xəbərdar etmək məqsədilə, AHK Azərbaycan mütəmadi olaraq əsas şəbəkələşmə tədbiri olan AHK İmpuls görüşlərini təşkil edir.

People taking part event
www.freepik.com

Üzvləri birləşdirən dialoq və qarşılıqlı fikir mübadiləsi

Hər AHK İmpuls tədbiri aktual bir iqtisadi mövzuya həsr olunur və bu mövzu tanınmış bir dövlət nümayəndəsinin təqdim etdiyi çıxış ilə təqdim edilir. Bununla yanaşı, tədbir, üzv olan şirkətlərin auditoriya qarşısında öz fəaliyyətlərini təqdim etmələri, digər üzvlər, iqtisadiyyat rəhbərləri və tərəfdaş təşkilatlarla fikir mübadiləsi aparmaları üçün bir platforma yaradır.

Daha sonra tədbir iştirakçılara rahat atmosferdə qeyri-rəsmi söhbətlər və daha dərin işgüzar əlaqələr qurmaq imkanı verən şam yeməyi və bufet ilə başa çatır.

İndiyədək əhatə olunmuş mövzular:

17.10.2024: COP29 mövzusunda ikinci AHK İmpuls tədbiri

17 oktyabr 2024-cü il tarixində AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Əməkdaşlıq, Transformasiya: Dayanıqlı Gələcəyin Qurulması” mövzusu ilə AHK İmpuls tədbiri təşkil edib. Tədbirdə 70-dən çox biznes nümayəndəsi iştirak edib.

 

Tədbirin fəxri qonaqları – Azərbaycan Respublikası Energetika nazirinin müavini Kamal Abbasov və Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva COP29-a hazırlıq, yaşıl enerji və dayanıqlı inkişaf sahəsində görülən işlər barədə məlumat veriblər. Açılış nitqi ilə AHK Azərbaycan İdarə Heyətinin sədr müavini Dr. Henning Sasse çıxış edib, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin müavini Heiko Schwarz isə Alman biznesi üçün Azərbaycanın potensial imkanlarını vurğulayıb.

 

Tədbir çərçivəsində “ESG-nin Dayanıqlı İnkişafa Təsiri: Enerji, Nəqliyyat və Tikinti” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə aparıcı şirkətlərin nümayəndələri ESG strategiyaları və dayanıqlı inkişaf təşəbbüsləri barədə fikirlərini bölüşüblər.

 

Tədbir sual-cavab sessiyası, müzakirələr və biznes naharı ilə başa çatıb. AHK Azərbaycan tədbirə verdiyi dəstəyə görə Yelo Bank ASC-yə təşəkkürünü bildirir.

13.06.2024: COP29 mövzusunda AHK İmpuls tədbirinin açılışı

"İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər"

 

13 iyun 2024-cü il tarixində AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Tərəfdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında silsilə tədbirlərə start verib. Bu çərçivədə ilk addım olaraq 100-ə yaxın üzv şirkət nümayəndələrinin və digər qonaqların iştirakı ilə  COP29 mövzusunda AHK Impuls tədbirini keçirib. Tədbirin fəxri qonağı, COP29 Azərbaycan üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu xanım Nigar Arpadarai COP29 ilə bağlı aktual məqamları tədbir iştirakcılarının nəzərinə çatdırıb. Bunun ardınca isə, öz sahəsinin tanınmış nümayəndələri il maraqlı panel müzakirəsi keçirilib.

 

AHK Azərbaycan İdarə Heyətinin üzvü cənab Fərid Quliyev tədbirin açılış nitqində qonaqlar və tədbir iştirakçılarını salamlayıb və tədbirin gündəliyi barədə məlumat verib. Sonra o, sözü Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri doktor Ralf Horlemanna verib.

28.02.2024: Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar

Fevralın 28-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkət, tərəfdaş təşkilat və Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndələrinin iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib.

 

Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Dr. Samir Axundov, “Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar” mövzusunda çıxış edib. Tədbirdə həmçinin Dr. Michael Hilmer (Uniper Global Commodities SE) və Olaf Letzel (Schneider Group) iştirak ediblər.

 

Müzakirələr Azərbaycanın elektrik və enerji sektorunda aparılan islahatlara, hüquqi çərçivəyə, bazarın liberallaşdırılmasına və bərpa olunan enerjiyə yönəlib.

 

Tədbir sual-cavab sessiyası, fəal müzakirələr və işgüzar şam yeməyi ilə başa çatıb. AHK Azərbaycan tədbirin sponsorluğuna görə Schneider Group-a təşəkkürünü bildirir.

01.11.2023: Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar

1 noyabr 2023-cü il tarixində AHK Azərbaycan üzv şirkətlər üçün növbəti AHK İmpuls tədbirini təşkil edib.

 

Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” mövzusunda çıxış edib. O, rəqabət qanunvericiliyində aparılan islahatlar, dövlət satınalmalarında şəffaflıq, rəqəmsallaşma və yeni hüquqi mexanizmlər barədə məlumat verib.

 

Daha sonra Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov yeni dövlət satınalmaları qanununun tətbiqi ilə bağlı təqdimat və praktiki təlim keçirib.

 

Tədbir AHK Azərbaycanın İcraçı direktoru Tobias Baumannun açılış nitqi ilə başlayıb və sual-cavab sessiyası ilə davam edib. Görüş işgüzar nahar ilə başa çatıb.

04.07.2023: Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi

İyulun 4-də AHK Azərbaycan 70-dən çox üzv şirkət və tərəfdaşın iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib.

 

Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi” mövzusunda çıxış edib. O, gömrük sahəsində aparılan islahatlar, rəqəmsallaşma, şəffaflıq və bizneslə əməkdaşlığın gücləndirilməsini vurğulayıb.

 

Tədbirdə, həmçinin Sevinc Rəhimova, SERA Holdinq MMC-nin təsisçisi və direktoru, Smart Finans MMC-nin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər barədə məlumat verib.

 

Tədbir Tobias Baumann, AHK Azərbaycanın icraçı direktoru tərəfindən açılıb və sual-cavab sessiyası, aktiv müzakirələr və işgüzar şam yeməyi ilə başa çatıb.

07.04.2023: Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları

Aprelin 7-də AHK Azərbaycan 60-dan çox üzv şirkət və tərəfdaşın iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib.

 

Tədbirin fəxri qonağı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri və investisiya imkanları barədə çıxış edib.

 

Müzakirələr Qarabağ regionunun investisiya potensialına, prioritet sahələrə (kənd təsərrüfatı, turizm, mədənçıxarma, infrastruktur və yaşıl enerji), həmçinin Alman şirkətləri üçün mövcud əməkdaşlıq imkanlarına həsr olunub.

 

Tədbir Tobias Baumann, AHK Azərbaycanın icraçı direktoru tərəfindən açılıb və sual-cavab sessiyası, fəal müzakirələr və işgüzar şam yeməyi ilə başa çatıb.

Siz də şirkətinizin təqdimatını keçirmək istəyirsinizsə, bizə müraciət etməyinizi xahiş edirik.

Bizimlə əlaqə saxlayın