Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Premium Tərəfdaşlıq

AHK Premium Tərəfdaş olmaqla Siz, Standart Üzvlükdən daha geniş üstünlüklər əldə edərək Üzvlük, Maraqların Müdafiəsi və Təmsilçilik, Eksklüzivlik və İmtiyazlar, eləcə də Görünürlük sahələrində mövqeyinizi gücləndirən xüsusi təkliflərdən yararlanırsınız.

Premium Members
www.freepik.com / jannoon028
Premium Tərəfdaşlığın Üstünlükləri:
  • Maraqların Müdafiəsi və Təmsilçilik  
    Enerji, infrastruktur və qida sənayesi kimi AHK-nın tematik klasterlərində fəal iştirak, eləcə də məqsədyönlü gündəmin formalaşdırılması vasitəsilə maraqlarınızı təmsil edir, siyasət və biznes dünyasının yüksək səviyyəli nümayəndələri ilə eksklüziv dialoq formatları təşkil edərək, əsas fokus sahələrində mövqeyinizin gücləndirilməsinə dəstək veririk. 
  • Eksklüzivlik və İmtiyazlar  
    Premium Tərəfdaş olaraq Siz xüsusi imtiyazlardan yararlanırsınız. Bura İdarə Heyətinin sədri və AHK İdarə Heyəti üzvləri ilə müntəzəm fikir mübadiləsi, AHK xidmətlərinə eksklüziv endirimlər, AHK infrastrukturundan prioritetli istifadə, habelə seçilmiş AHK tədbirlərində xüsusi çıxış imkanları və qabaqcadan rezervasiya olunmuş giriş hüququ daxildir. 
  • Görünürlük  
    AHK Azərbaycan-ın bütün kommunikasiya platformalarında mövcudluğunuzu artırmaqla brendinizin tanınmasını gücləndirir və müvafiq maraqlı tərəflərə çıxış əldə edirsiniz. Bu, CEO müsahibələri, geniş loqo yerləşdirmələri, habelə AHK-nın rəqəmsal və oflayn kanallarında geniş təmsilçilik vasitəsilə həyata keçirilir. 

 

2026-cı ildə Premium Tərəfdaşımız Olun! 

Əgər AHK Premium Tərəfdaşı olmaqda maraqlısınızsa, əlavə detallar və üstünlüklər barədə məlumat almaq üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Sizinlə birlikdə şirkətinizin ehtiyaclarına uyğunlaşdırılmış xüsusi Premium Tərəfdaşlıq paketini hazırlamaqdan məmnunluq duyarıq.

 

AHK Premium Tərəfdaşlarımız 2026

Əlaqə saxlayın