Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

İctimaiyyətlə əlaqələr (İƏ) və Kommunikasiya İşçi Qrupunun görüşü

  • Event

Azərbaycan mediasının 150 ili: Biznes və jurnalistika arasında körpü

Highlights from the event

2025-ci il iyulun 15-də AHK Azərbaycan İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İşçi Qrupu “Azərbaycan mediasının 150 illiyi: Biznes və media arasında körpü” mövzusunda tədbir təşkil edib. İqtisadi dialoq üçün mühüm platforma olan AHK Azərbaycan, media ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Palata, medianın iqtisadi dialoqun təşviqində mühüm rolunu və iqtisadi mövzuların geniş auditoriyaya çatdırılmasında effektiv vasitə olduğunu nəzərə alaraq, bu istiqamətdə hədəflənmiş təşəbbüslər həyata keçirir.

 

Tədbir İşçi Qrupunun sədr müavini Turab Təhməzovun moderatorluğu ilə keçirilib. Açılış çıxışları AHK Azərbaycanın İcraçı direktoru Nargis Viek və İşçi Qrupunun sədri, PAŞA Holding-in Kommunikasiya departamentinin rəhbəri Aytac Muxtarzadə tərəfindən edilib. Tədbir proqramı çərçivəsində dövlət qurumları, media orqanları və biznes nümayəndələrinin iştirakı ilə üç panel təşkil olunub. Panellər çərçivəsində İşçi Qrupunun sədr müavini Sənubər Nəzərovanın moderatorluğu ilə yerli media infrastrukturunun inkişafı, sədr müavini Günel Əliyevanın moderatorluğu ilə dövlət və özəl sektorda media ilə əməkdaşlıqda mövcud çağırışlar və imkanlar, eləcə də sədr müavini Turab Təhməzovun moderatorluğu ilə Azərbaycan mediasının rəqəmsal kommunikasiyaya uyğunlaşması mövzuları müzakirə olunub.

 

Tədbirin spikerləri arasında APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının rəhbəri Şəfəq Mehrəliyeva, Qarabağ Dirçəliş Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Pərvin Bağırova, NAR şirkətinin Korporativ Kommunikasiya və PR direktoru Hökmə Kərimova, Azərbaycan Rəqəmsal Texnologiyalar Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov və influencer Fərid Pərdaşünas yer alıblar. Müzakirələrdə medianın tarixi inkişaf yolu, mətbuatın ictimai məlumatlandırılmasındakı rolu və bu sahədəki mövcud trendlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AHK Azərbaycanın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İşçi Qrupu son dörd ay ərzində aktiv fəaliyyət göstərir. İşçi qrupunun əsas məqsədi üzv şirkətlərin kommunikasiya ehtiyaclarını qarşılamaq və Palatanın şəbəkələşməsi daxilində onların davamlı inkişafına dəstək olmaqdır.

Kateqoriyalarda:

Ən son hadisələri yoxlayın

Bütün hadisələrə baxın

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin