Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Alman-Azərbaycan Enerji Keçidi üzrə Şəbəkələşmə Tədbiri

  • Event

15/09/2025, Enerji keçidi üzrə Almaniya və Azərbaycan tərəfdaşları üçün əməkdaşlıq platforması

Solar pannels wind power plant outside
www.freepik.com
Almaniya və Azərbaycan: Bərpa olunan enerji üzrə ortaq layihələr ikitərəfli əlaqələri gücləndirir

 

AHK Azərbaycan Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin təşkilatçılıği ilə Alman-Azərbaycan Enerji Keçidi üzrə Şəbəkələşmə Tədbirini təşkil etdi. Tədbirin əsas məqsədi Almaniya təşəbbüslərinin Azərbaycanda bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində iştirakını artırmaq, həmçinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əməkdaşlığı təşviq etmək idi.

 

35-dən çox biznes liderləri, siyasətçilər və ekspertləri bir araya gətirən tədbir dialoq, bilik mübadiləsi və yeni tərəfdaşlıqların qurulması üçün platforma rolunu oynadı. Tədbirdə bərpa olunan enerji sahəsində Almaniya və Azərbaycan arasında uğurlu əməkdaşlığın praktiki nümunələri təqdim olunaraq, dayanıqlı inkişafın təşviqində ölkələrarası əməkdaşlığın əhəmiyyətli təsiri xüsusi qeyd olundu.

 

Proqram çərçivəsində açılış nitqləri və müzakirələr zamanı birgə layihələrin nəticələri təqdim edildi, həmçinin Almaniya ilə Azərbaycan arasında uzunmüddətli strateji və iqtisadi əlaqələrin daha da möhkəmləndirildiyi vurğulandı.


Əsas çıxış məqamları

  • Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli  ikitərəfli ticarət, investisiya və enerji əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğuladı: “Almaniyanın bərpa olunan enerji sahəsindəki zəngin təcrübəsi və Azərbaycanın külək və günəş enerjisi imkanları ilə birlikdə dayanıqlı gələcəyin qurulması üçün unikal imkanlar yaradır,” – deyə o bildirib.
  • Almaniyanın Azərbaycandakı Səfirinin müavini Theresa Lünemann tədbiri yüksək qiymətləndirərək, onun bərpa olunan enerji sahəsində ikitərəfli əməkdaşlığı təşviq etdiyini və Almaniya-Azərbaycan münasibətlərinin güclənməsində mühüm rol oynadığını vurğulayıb.
  • Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət Baş İdarəsinin direktoru, Ralph Böhme, Almaniya ilə Azərbaycan arasında mövcud güclü iqtisadi tərəfdaşlığa, Avropa və Asiya üçün Orta Dəhlizin strateji əhəmiyyətinə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə və ölkənin 2030-cu il üzrə bərpa olunan enerji hədəflərinə diqqət çəkib. O bildirib:
    “Belə dövrlərdə Almaniya və Azərbaycanın malik olduğu etibarlı tərəfdaşlıq daha da əhəmiyyət kəsb edir. İkitərəfli əməkdaşlığımızın inkişaf etdiyini görmək sevindiricidir. Bu müsbət və konstruktiv əməkdaşlıq Bakıya səfərimin əsas səbəblərindən biridir.”
  • Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin (AREA) Strateji Təhlil və Proqnozlaşdırma Departamentinin rəhbəri, Rafiq Məmmədov  ölkənin bərpa olunan enerji yol xəritəsini, investorlar üçün təqdim edilən güzəştləri və Azərbaycanın enerji keçidini sürətləndirmək məqsədilə beynəlxalq əməkdaşlıq imkanlarını təqdim edib.
     

Uğur Hekayələri: Alman-Azərbaycan bərpa olunan enerji əməkdaşlığı

 

Həmçinin tədbirdə innovasiya, dayanıqlılıq və tərəfdaşlığın təsirini nümayiş etdirən dörd əsas layihə təqdim olunaraq ikitərəfli əməkdaşlığın praktiki nailiyyətləri vurğulanıb:

  • “Ağalı” Ağıllı Kənd Kiçik Su Elektrik Stansiyası (AS Group MMC & Rehart GmbH):
    AS Group MMC-nin Enerji və Sənaye İnnovasiyaları üzrə direktoru Ramiz Məmmədov tərəfindən təqdim olunan bu layihə Almaniyanın hidroenerji texnologiyalarının Azərbaycanda uğurla tətbiq oluna biləcəyini nümayiş etdirir. Arximed Vintli Turbin texnologiyasından istifadə edən stansiya yüksək səmərəlilik və ekoloji uyğunluq təmin etməklə yanaşı, həssas təbii ərazilərə problemsiz inteqrasiya olunur. Rekord müddətdə tamamlanan bu təşəbbüs, Zəngilanın azad olunmuş ərazilərində dekarbonizasiya, dezentralizasiya və dayanıqlı infrastrukturun qurulmasında mühüm mərhələ hesab edilir.
  • SOCAR–Uniper Enerji Səmərəliliyinin Modernləşdirilməsi:
    SOCAR-Uniper MMC-nin baş direktoru Vüsal Səfərov “Azərikimya” buxar generator kompleksinin hərtərəfli modernləşdirilməsi barədə məlumat verib. Layihə çərçivəsində istehsal gücü 8–10 MVt-dan 65 MVt-a qədər artırılıb və əlavə olaraq 36 MVt-lıq yeni buxar turbinləri quraşdırılıb. Nəticədə səmərəlilik 90%-dən yuxarı səviyyəyə çatıb, illik qaz istehlakı 3,1 milyon m³ azaldılıb və CO₂ tullantıları 6,600 ton azaldılıb. Bu layihə Azərbaycanın sənaye sektorunda əməliyyat mükəmməlliyi və ekoloji məsuliyyət nümunəsi kimi qiymətləndirilir.
  • Provitaz MMC tərəfindən Günəş Panellərinin Su Səthində Quraşdırılması:
    Provitaz MMC-nin baş direktoru Emin Məmmədov şirkətin regionda ilk nümunələrdən biri olan 100 kVt-lıq üzən günəş paneli layihəsini açıqlayıb. Bu təşəbbüs Provitazın dezentralizasiya və innovativ enerji həllərinə sadiqliyini nümayiş etdirir və Azərbaycanda bərpa olunan texnologiyaların həm sənaye, həm də yaşayış sektoru üçün potensialını əyani şəkildə göstərir.
  • SOCAR Green – Enerji Keçidinə Dəstək:
    SOCAR Green MMC-nin Günəş və Külək Enerjisi üzrə eksperti Elçin Tərquliyev şirkətin artan günəş və külək layihələri portfelini təqdim edib. İnnovasiya, dayanıqlılıq və strateji tərəfdaşlıqlara fokuslanan SOCAR Green Azərbaycanın təmiz enerji gələcəyinə keçidində əsas oyunçu kimi mövqe tutur və beynəlxalq əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi çıxış edir.

Tədbir KPMG Azərbaycanın idarəedici tərəfdaşı Vitali Yakovlevin moderatorluğu ilə keçirilən interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiya iştirakçılara fikir mübadiləsi aparmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək və Almaniya ilə Azərbaycan arasında bərpa olunan enerji sahəsində əməkdaşlığı möhkəmləndirmək imkanı verib. Şəbəkələşmə forumu hər iki ölkənin dayanıqlı inkişaf, innovasiya və uzunmüddətli strateji tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyib.

Əlaqə saxlayın

Kateqoriyalarda:

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin