Alman-Azərbaycan Ticarət və İnvestisiya Üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası çərçivəsində, 15 sentyabr 2025-ci il tarixində Bakıda Alman-Azərbaycan Yaşıl Enerji Keçidi Networking Tədbiri keçiriləcəkdir.
Bu xüsusi şəbəkələşmə tədbiri, Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin (BMWE) təşəbbüsü ilə AHK Azərbaycan tərəfindən təşkil olunacaqdır. Tədbir, hər iki ölkədən bərpa olunan enerji sahəsindəki əsas tərəflər arasında dialoq və mübadilə üçün yüksək səviyyəli bir platforma kimi xidmət edəcəkdir.
Networking tədbirində aşağıdakı mövzular müzakirə olunacaq:
- Alman və Azərbaycan şirkətləri arasında yaşıl transformasiya sahəsində əməkdaşlıq imkanlarının araşdırılması
- Bərpa olunan enerji və yaşıl texnologiya sahəsində müvəffəqiyyətli layihələrin nümayişi
- Davam edən və tamamlanmış təşəbbüslərdən əldə edilən təcrübələrin və dərslərin paylaşılması
Tədbirdə Almaniya və Azərbaycandan qatılan səlahiyyətli nümayəndələr, sənaye liderləri və sektora müvafiq qurumların nümayəndələri iştirak edəcək.
Qeyd: Bu, qapalı tədbirdir. İştirak yalnız dəvət əsasında mümkündür və təşkilatçılar tərəfindən təsdiq edilməlidir.
Əgər Siz energetika sahəsində fəaliyyət göstərirsinizdə və iştirak etməkdə maraqlısınızsa, Sizdən xanım Aynur Vahabova (aynur.vahabova@ahk-baku.de) ilə əlaqə saxlamağınızı xahiş edirik.