Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Alman Üzv Şirkətlərinin Görüşü 2026– Azərbaycanın Biznes Perspektivləri və AHK-nın Təşəbbüsləri

  • Event

Alman üzv şirkətləri üçün Azərbaycanın biznes perspektivləri və AHK Azərbaycanın təşəbbüslərinə həsr olunmuş onlayn görüş.

germanonline.png

AHK Azərbaycan alman üzv şirkətləri və tərəfdaşları 4 noyabr 2026-cı il tarixində, saat 11:00-da (CET) Microsoft Teams üzərindən onlayn keçiriləcək German Members Meeting 2026 görüşünə dəvət edir.
 

Görüış Azərbaycanın iqtisadi və biznes mühiti haqqında yığcam icmal təqdim edəcək. Burada əsas böyümə hərəkətvericiləri, investisiya meyilləri, biznes iqlimi, müvafiq hüquqi məsələlər, eləcə də regional və qlobal proseslərin Azərbaycan bazarında fəaliyyət göstərən və ya bu bazara daxil olmağı planlaşdıran şirkətlərə potensial təsiri müzakirə olunacaq.
 

Bununla yanaşı, AHK Azərbaycan Palatanın fəaliyyəti və gələcək baxışı haqqında üzvlərə daha geniş təsəvvür yaratmaq məqsədilə son dövrdəki fəaliyyətləri, cari təşəbbüsləri və növbəti dövr üçün prioritetləri barədə yenilənmiş məlumatları təqdim edəcək. 

 

Proqram və iştirakla bağlı ətraflı məlumat yaxın zamanda paylaşılacaq.

Əlaqə Saxlayın!

Kateqoriyalarda:

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin