Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu
  • Event

MEDICA 2026 – Səhiyyənin Gələcəyini Kəşf Edin

MEDICA 2026-da tibbi innovasiyaları kəşf edin və beynəlxalq əlaqələr qurun.

Medica

MEDICA 2026 tibbi texnologiyaların səhiyyənin inkişafına verdiyi töhfələri nümayiş etdirən beynəlxalq ticarət sərgisidir. 16–19 noyabr 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçiriləcək sərgi səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssis və şirkətlərə innovativ həllərlə tanış olmaq, eləcə də dünyanın müxtəlif ölkələrindən potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı yaradır.

 

Niyə iştirak etməli?

 

  • Yeni texnologiyalarla tanış olun: Ağıllı xəstəxanalar, süni intellekt əsaslı diaqnostika, teletibb və xəstələrin uzaqdan monitorinqi üçün nəzərdə tutulmuş həlləri kəşf edin.
  • Beynəlxalq təchizatçılarla görüşün: Məhsulları müqayisə edin, təşkilatınızın ehtiyaclarını istehsalçılarla birbaşa müzakirə edin və distribütorluq imkanlarını araşdırın.
  • İşgüzar əlaqələr qurun: Potensial tərəfdaşlarla tanış olun, səhiyyə və texnologiya sahələrinin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparın.
  • Sahə üzrə yeni biliklər əldə edin: Səhiyyə sistemlərinin qarşılaşdığı praktiki problemlərə və onların həlli yollarına həsr olunmuş forumlarda, konfranslarda və ekspert müzakirələrində iştirak edin. 

 

2026-cı il proqramı çərçivəsində tibblə, bizneslə, elmlə və siyasətlə bağlı sahələri təmsil edən beynəlxalq məruzəçilərin çıxış edəcəyi MEDICA Main Stage təqdim olunacaq. Yenilənmiş Hospital of the Future (Gələcəyin Xəstəxanası) konsepsiyası isə xəstəyə göstərilən tibbi xidmətin müxtəlif mərhələlərində tətbiq olunan əlaqəli texnologiyaları nümayiş etdirəcək və ziyarətçilərə bu həllərin praktikada necə birgə işləyə biləcəyini görmək imkanı yaradacaq.

Əlaqə Saxlayın!

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin