Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Vebinar: Enerji Infrastrukturu, Enerji Saxlama Sistemləri və E-Mobility

  • Event

03/09/26, Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən keçiriləcək bu vebinar Almaniya KOB-larına Azərbaycanın enerji bazarı haqqında məlumat verəcək.

Energy Infrastructure, Energy Storage & E-Mobility

Renewables Academy (RENAC) AG tərəfindən AHK Azərbaycan ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu vebinar 3 sentyabr 2026-cı il tarixində Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin tapşırığı ilə German Energy Solutions Initiative çərçivəsində keçiriləcək. Vebinar infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerji üçün saxlama həllərinə fokuslanacaq.

 

Tədbir Azərbaycanda enerji infrastrukturu, elektromobillik və bərpa olunan enerji üçün saxlama həllərinə fokuslanacaq. Vebinar həmçinin 7–10 dekabr 2026-cı il tarixlərində Bakıya keçiriləcək Enerji İşgüzar Səfərinə hazırlıq məqsədi daşıyır.

 

Azərbaycan hazırda enerji sektorunda struktur transformasiya prosesindən keçir və bu, Almaniya KOB-ları üçün yeni imkanlar yaradır. Vebinar real bazar tələbatı, müvafiq tənzimləyici və iqtisadi çərçivə şərtləri, eləcə də məqsədyönlü bazara girişə hazırlığın praktiki aspektləri haqqında qısa icmal təqdim edəcək.

 

Tədbir xüsusilə enerji saxlama sistemləri, E-Mobility, enerji infrastrukturu, bərpa olunan enerji həlləri və beynəlxalq bazarların inkişafı sahələrində fəaliyyət göstərən şirkətlər üçün aktualdır. İştirakçılar həmçinin yerli ekspertlərlə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

 

Hədəf qrupu:

Almaniya KOB-ları, xüsusilə aşağıdakı sahələrdə fəaliyyət göstərən şirkətlər:

  • Enerji saxlama sistemləri
  • E-Mobility
  • Enerji infrastrukturu
  • Bərpa olunan enerji həlləri
  • Beynəlxalq bazarların inkişafı
 İştirak üçün səbələri?
  • Azərbaycanda konkret bazar imkanları haqqında məlumat əldə etmək
  • Müvafiq tənzimləyici və iqtisadi çərçivə şərtlərini anlamaq
  • Yerli ekspertlərlə birbaşa fikir mübadiləsi aparmaq
  • Bakıya Enerji İşgüzar Səfərində mümkün iştiraka hazırlaşmaq
Vebinarın detalları:

Tarix: 3 sentyabr 2026
Format: Onlayn
Saat: 09:30–11:00 (Almaniya vaxtı)
Qeydiyyat üçün son tarix: 2 sentyabr 2026


 

Əlaqə Saxlayın

Kateqoriyalarda:

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin