Aynur Vahabova
Bazar Məsləhəti, Sərgilər və Kommunikasiya şöbəsinin rəhbəri
aynur.vahabova@ahk-baku.deAHK Azərbaycan 21-25 sentyabr 2026-cı il tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək WindEnergy Hamburg 2026 sərgisinə nümayəndə heyəti səfərində Azərbaycan şirkətlərinin iştirakına dəstək göstərir.
Delegasiya səfəri AHK Azərbaycanın Enerji Keçidi və Dayanıqlı İnkişaf İşçi Qrupunun fəaliyyəti çərçivəsində təşkil olunur. Proqram Almaniyanın külək enerjisi ekosistemi ilə yaxından tanış olmaq, alman şirkətləri və aidiyyəti qurumlarla yeni əməkdaşlıq əlaqələri qurmaq, həmçinin texnologiya transferi və investisiya imkanlarını araşdırmaq istəyən Azərbaycan şirkətləri üçün nəzərdə tutulub.
Səfər çərçivəsində iştirakçılar külək enerjisi sahəsində dünyanın aparıcı sərgilərindən biri olan WindEnergy Hamburg 2026 sərgisini ziyarət edəcək, potensial tərəfdaşlarla fərdi işgüzar görüşlər keçirəcək, həmçinin sektora aid şirkət və obyektlərə texniki tanışlıq səfərlərində iştirak edəcəklər.
Səfərin məqsədi külək enerjisi sahəsində Almaniya-Azərbaycan əməkdaşlığını gücləndirmək və uzunmüddətli işgüzar tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.
Bazar Məsləhəti, Sərgilər və Kommunikasiya şöbəsinin rəhbəri
aynur.vahabova@ahk-baku.deSteykholderlərlə Əlaqələr və Tərəfdaşlıqlar üzrə menecer
bagchagul.imanova@ahk-baku.de