Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

İctimaiyyətlə əlaqələr (İƏ) və Kommunikasiya İşçi Qrupunun görüşü

  • Event

Media ilə əlaqələr: Almaniyadakı təcrübəyə baxış

Foto 2

3 sentyabr 2025-ci il tarixində AHK Azərbaycan İƏ və Kommunikasiya İşçi Qrupu “Media ilə əlaqələr: Almaniyadakı təcrübəyə baxış” mövzusunda görüş keçirib. 

 

Görüş İşçi Qrupunun sədri Aytac Muxtarzadənin iştirakçıları salamlaması ilə açılıb. Ardınca “Three Winters” şirkətinin CEO-su və qurucusu, həmçinin Macromedia Universitetinin professoru Wolfram Winter Alman media əlaqələri sahəsindəki təcrübələrini və faydalı nüansları iştirakçılarla bölüşüb. 

 

Sessiya çərçivəsində Prof. Winter müasir kommunikasiya sahəsinin əsas prinsiplərini və peşəkar yanaşmaları təqdim edib. O, jurnalistika təcrübəsinin effektiv kommunikasiya strategiyalarının formalaşmasında oynadığı rolu və təşkilatlarda şəffaflıq və etimadın təmin olunmasında daxili kommunikasiya sistemlərinin əhəmiyyətini vurğulayıb. 

 

O həmçinin kommunikasiya fəaliyyətinin ictimai rəy və qərar qəbul etmə prosesinə təsirini önə çəkərək strategiya və ardıcıl mesajlaşmanın vacibliyini diqqətə çatdırıb. Bu kontekstdə PR-da brendinqin güclü korporativ identikliyin qurulması və qorunmasında kritik rol oynadığını qeyd edib. 

Prof. Winter, “ Kommunikasiya təkcə xaricə ünsiyyət qurmaq deyil – o, əvvəlcə təşkilatın içindən başlayır. İnsanlar, mədəniyyət və strukturlar bir-birinə uyğun olduqda, brendin mesajı həqiqətən öz təsirini göstərir.” deyə vurğulayıb.

 

Sessiya kommunikasiya mütəxəssislərini və biznes nümayəndələrini bir araya gətirərək onlara praktiki biliklər və beynəlxalq perspektivlər təqdim edib, effektiv PR və media əlaqələri strategiyalarının müzakirəsi üçün imkan yaradıb. 

 

Əlaqə saxlayın

Kateqoriyalarda:

Ən son hadisələri yoxlayın

Bütün hadisələrə baxın

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin