Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Enerji Keçidi və Dayanıqlı İnkişaf İşçi Qrupunun iclası

  • Event

17/09/2025, Dövlət müəssisələrində Yaşıl Maliyyələşdirmə modelləri: uğurlu nümunələr

Foto 3

AHK Azərbaycanın Enerji Keçidi və Dayanıqlılıq İşçi Qrupu “Dövlət müəssisələrində Yaşıl Maliyyələşdirmə modelləri: uğurlu nümunələr” mövzusunda növbəti iclasını keçirib. Tədbirin əsas məqsədi biznes və maliyyə institutlarının uğurlu yaşıl maliyyə modellərini və təcrübələrini nümayiş etdirərək Azərbaycanda dayanıqlı maliyyələşdirmə təcrübələrinin təşviqi və inkişafına töhfə vermək olub. Eyni zamanda, SOE-lərin yaşıl layihələri üçün effektiv maliyyələşdirmə yanaşmalarını araşdırmaq, Mərkəzi Bankın Yaşıl Taksonomiyası kimi tənzimləyici çərçivələrin daha dərindən anlaşılması və mövcud çətinliklərin həlli üzrə bilik mübadiləsinin təşviqi vasitəsilə Azərbaycanın enerji keçidi və dayanıqlılıq səylərinə dəstək göstərilməsi kimi mövzular da sessiyanın əsas müzakirə istiqamətlərindən biri olub.

 

Tədbir AHK Azərbaycanın İcraçı direktoru Nargis Wieck-in açılış nitqi ilə başlayıb. O, iştirakçıları salamladıqdan sonra İşçi Qrupunun Vitse-Sədri Qurban Kərimbəyli Azərbaycanda dayanıqlı maliyyələşdirmə təcrübələrinin inkişafının əhəmiyyətini vurğulayıb.

 

Moderator Gunay Əsgərovanın rəhbərliyi ilə keçirilən sessiyada “Azərbaycanda uğurlu Yaşıl Maliyyələ Modelləri – Biznes və Maliyyə Təşkilatlarının Baxışı” mövzusunda interaktiv müzakirə təşkil olunub. Spikerlər dayanıqlı maliyyələşmə ilə bağlı praktiki təcrübələrini və öz baxışlarını bölüşüblər.

 

Panel müzakirələri zamanı maliyyə sektorunun dayanıqlı və yaşıl maliyyəyə transformasiyası ilə bağlı əsas məsələlərə toxunulub. Dialoq zamanı Mərkəzi Bankın Yaşıl Taksonomiyasının kapitalın enerji keçidi və dayanıqlı layihələrə istiqamətləndirilməsində rolu, həmçinin maliyyə institutlarının yaşıl maliyyə çərçivələrini tətbiq edərkən üzləşdikləri əsas çətinliklər və risklər müzakirə edilib. Spikerlər dövlət müəssisələrinin yaşıl layihələrinin maliyyələşdirilməsi üçün ən optimal modellərlə bağlı fikirlərini bölüşərək dövlət büdcəsi zəmanətləri ilə beynəlxalq maliyyə institutlarının iştirakı əsasında həyata keçirilən qarışıq maliyyələşdirmə (blended finance) arasında balansın vacibliyini vurğulayıblar. Daha sonra müzakirələrdə yaşıl investisiyalara mane olan institusional, maliyyə və tənzimləyici baryerlər diqqət mərkəzinə çəkilib.

 

Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” kimi əsas dövlət müəssisələrinin nümayəndələri ESG təşəbbüsləri, beynəlxalq yaşıl maliyyə bazarlarına çıxış, dayanıqlılığın korporativ strategiyaya inteqrasiyası, habelə elektrikləşdirmə layihələrinin iqtisadi, maliyyə və ESG-yə bağlı faydaları ilə bağlı fikirlərini bölüşüblər. Bundan əlavə, dövlət müəssisələrini yaşıl maliyyələşdirmə alətləri ilə dəstəkləyən və strateji investor rolunu oynayan beynəlxalq maliyyə institutlarının, xüsusən də Asiya İnkişaf Bankının (AİB) rolu xüsusi vurğulanıb.

 

Tədbir üzv şirkətlərin yaşıl maliyyələşdirmə, icra zamanı qarşılaşılan çətinliklər və güclü institusional dəstəyin əhəmiyyəti barədə fikirlərini bölüşdüyü sual-cavab sessiyası ilə başa çatıb.

Qurban Kərimbəyli, Qunay Əsgərova, Rüstəm Tahirov, Könül Şügubova, Aydan Qurbanova, Sanan Şabanov Nurlan Səfərova dəyərli töhfələrinə görə dərin təşəkkürümüzü bildiririk!

Əlaqə saxlayın

Kateqoriyalarda:

Ən son hadisələri yoxlayın

Bütün hadisələrə baxın

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin