Nailə Mustafayeva
Strateji layihələr | Maliyyə | Qida emalı və kənd təsərrüfatı | İnsan kapitalı | KOB üzrə Menecer
naila.mustafayeva@ahk-baku.deAHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupu ölkənin maliyyə sektoru, biznes ictimaiyyəti və tənzimləyici qurumlarının əsas nümayəndələrini bir araya gətirərək, Azərbaycanda bizneslər üçün alternativ maliyyələşdirmə həllərinin artan əhəmiyyətinin müzakirəsinə həsr olunmuş növbəti iclasını keçirdi.
Görüşdə müxtəlif maliyyələşdirmə kanallarının yerli biznes mühitinin möhkəmləndirilməsində, davamlı maliyyə artımının təşviqində və kapital bazarlarında daha geniş iştirakın təmin olunmasında mühüm rol oynadığı vurğulandı.
Sessiya İşçi Qrupunun sədri İlkin Quliyevin iştirakçıları salamlaması və görüşün məqsədlərinə dair verdiyi ümumi məlumat ilə başladı.
Bakı Fond Birjasının Listinq üzrə Məsləhətçisi Fərhad Mansurov “Bizneslər üçün alternativ maliyyələşdirmə: Kapital bazarlarının üstünlükləri” mövzusunda təqdimatla çıxış etdi. Fərhad Mansurov, alternativ maliyyələşdirmə anlayışını və onun bizneslər üçün yaratdığı imkanları izah edərək, Bakı Fond Birjası vasitəsilə vəsait cəlb etməyin üstünlüklərindən bəhs etdi. O, həmçinin müxtəlif bazar seqmentləri və onların spesifik tələbləri barədə məlumat verib, emitentlərin Bakı Fond Birjasına çıxışı üçün yol xəritəsini təqdim edərək, emissiya prosesinin əsas mərhələlərini açıqladı.
Sessiya sual-cavab hissəsi ilə başa çatdı. İştirakçılar mövzunu daha dərindən müzakirə etmək, spikerə suallar ünvanlamaq və alternativ maliyyələşdirmə ilə kapital bazarına çıxışın tətbiqi aspektlərini öyrənmək imkanı əldə etdilər.
Strateji layihələr | Maliyyə | Qida emalı və kənd təsərrüfatı | İnsan kapitalı | KOB üzrə Menecer
naila.mustafayeva@ahk-baku.de