AHK Sommerfest 2025 – Alman-Azərbaycan Biznes Şəbəkəsində Mədəniyyət və Əməkdaşlıq Gecəsi
AHK Sommerfest 2025 tədbiri Alman və Azərbaycan iş dünyasının nümayəndələrini bir araya gətirərək mədəni zənginliyə malik, yaddaqalan bir axşam yaşatdı. Tədbir çərçivəsində təqdim olunan musiqi ifaları, eləcə də klassik və müasir üslubların sintezini əks etdirən rəqs nümunələri gecəyə xüsusi rəng qatdı.
Almaniyanın Azərbaycandakı səfiri cənab Dr. Ralf Horlemann-ın tədbirdə iştirakı isə Alman-Azərbaycan münasibətlərinin güclü və dinamik xarakterini bir daha ön plana çıxardı.
Bu gecənin gerçəkləşməsində xüsusi rolu olan və dəstəyini göstərən Platin sponsorlarımız Azerfon və Creat Company, qızıl sponsorlarımız Bioropean və Uniper, gümüş sponsorlarımız Yelo Bank, Azvirt və Rödl & Partner, həmsponsorlarımız AZEL Systems, Azerish, Erdinger, HB, Bitburger və Mila-ya dərin təşəkkürümüzü bildiririk.
Gecənin əsas məqsədi AHK üzvləri üçün siyasi dairələrin nümayəndələri və sənaye sektorunda əhəmiyyətli rola malik olan, üzv olub-olmamasından asılı olmayaraq şirkətlərlə tanışlıq və qarşılıqlı əlaqə qurmaq üçün səmimi və rəsmiyyətdən uzaq bir mühit yaratmaq idi.
AHK Sommerfest 2025 müxtəlif sahələri təmsil edən şirkət və təşkilat nümayəndələrini bir araya gətirərək qarşılıqlı fikir mübadiləsi aparmaq, yeni əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün əlşerivli şərait yaratdı.
Tədbirə qatılan bütün qonaqlara, sponsorlara və tərəfdaşlara təşəkkür edir, gələcək əməkdaşlıqları səbirsizliklə gözləyirik!