Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025

  • Event

07-08/10/2025, Konfrans enerji və yaşıl texnologiyalar, su idarəçiliyi, qida emalı və kənd təsərrüfatı, eləcə də rəqəmsallaşma sahələrində tərəfdaşlıqları təşviq edib.

Bild 13

AHK Azerbaycan Almaniyanın müxtəlif sahələrini təmsil edən 40-dan çox şirkətin və 200-dən artıq iştirakçının qatıldığı ilk Alman-Azərbaycan İxracın Maliyyələşdirməsi Konfransına ev sahibliyi edib.

 

Konfransın məqsədi Almaniya və Azərbaycan arasında ixracın maliyyələşdirməsi, innovasiya və dayanıqlı investisiyalar sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək olub. Enerji və “yaşıl” texnologiyalar, su idarəçiliyi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi istiqamətlərə fokuslanmaqla, tədbir hər iki ölkə arasında uzunmüddətli və dayanıqlı əməkdaşlığı dəstəkləyən strateji tərəfdaşlıqların və innovativ maliyyələşdirmə həllərinin inkişafına töhfə verməyi hədəfləyib. 

 

Tədbiri açıq elan edən AHK Azərbaycanın icraçı direktoru Nargis Wieck Almaniyanın enerji, infrastruktur, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməyə böyük maraq göstərdiyini vurğulayıb. O, bu sahələrin Azərbaycanın dayanıqlı inkişafı və sənayenin şaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, innovasiya, ağıllı texnologiyalar və effektiv maliyyə alətləri birgə ideyaların praktiki nəticələrə çevrilməsində əsas rol oynayacaq. 

 

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Almaniyanın Azərbaycanla iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə böyük önəm verdiyini qeyd edib. O, Cənubi Qafqazda sülh prosesi, Avropa İttifaqı-Azərbaycan dialoqunun yenilənməsi və Alman şirkətlərinin yeni biznes təşəbbüsləri fonunda ikitərəfli münasibətlərdə yaranmış müsbət dinamikanı qeyd edib. “Biz böyük potensial və müsbət dinamika görürük və Almaniya bu imkanlardan Azərbaycanlı tərəfdaşları ilə birlikdə faydalanmağa hazırdır.” deyə səfir bildirib. 

 

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. Səməd Bəşirli, həmçinin, Azərbaycan iqtisadiyyatının diversifikasiya istiqamətində müəyyən etdiyi hədəflər, ölkəmizin cəlbedici biznes və investisiya mühiti, əlverişli nəqliyyat-logistika mövqeyi, həyata keçirilməsi nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı və bərpa olunan enerji layihələri, eləcə də rəqabətqabiliyyətli insan resursu potensialı barədə məlumat verib.

 

Tədbir çərçivəsində iştirakçılara əsas çıxışlar, ekspert təqdimatları, interaktiv panellər, sahəyə uyğun B2G dəyirmi masalar və B2B görüşlərdən ibarət zəngin proqram təqdim olunub. Tədbir iştirakçılara tənzimləmə çərçivələri, maliyyə alətləri və dayanıqlı inkişafı və əməkdaşlığı təmin edən ən yaxşı təcrübələr barədə praktiki biliklər əldə etmək imkanı yaradıb. 

 

 Konfransın diqqətçəkən məqamlarından biri AHK Azərbaycan və Germany Trade & Invest (GTAI) əməkdaşlığı ilə hazırlanmış “Market Analysis Azerbaijan 2025–2026” nəşrinin təqdimatı olub. Araşdırma Azərbaycanın əsas iqtisadi sektorlarına dair geniş baxış təqdim edir və Alman şirkətləri üçün yeni investisiya imkanlarını müəyyənləşdirir. 

 

Tədbirin digər diqqətçəkən məqamı isə Siemens Energy Global GmbH & Co. KG ilə Green Energy Corridor Power Company arasında anlaşma memorandumunun imzalanması olub. Mərasim yüksək gərginlikli düz cərəyan (HVDC) texnologiyası vasitəsilə “yaşıl” enerji ötürülməsi sahəsində əməkdaşlığı asanlaşdıracaq Qeyri-Açıqlama Sazişinin (NDA) imzası ilə tamamlanıb. 

 

Konfrans, AHK Azərbaycan tərəfindən Almaniya Şərq Biznes Assosiasiyası (OA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə hazırlanmış strateji yol xəritəsinin bir hissəsi olaraq, Prezident İlham Əliyev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun dəstəyi ilə Almaniya və Azərbaycan arasında uzunmüddətli iqtisadi əməkdaşlığın gücləndirilməsinə töhfə verir. 

Tədbir OA, COMMIT Project Partners GmbH, Euler Hermes, German Water Partnership və AZPROMO ilə birgə təşkil olunub. 

AHK Azərbaycan tədbirin uğurla keçirilməsində göstərdikləri dəyərli dəstək və töhfəyə görə tərəfdaşlarına - PASHA Bank ASC (Eksklüziv Platin Tərəfdaş), Commerzbank AG (Platin Tərəfdaş), Yelo Bank ASC, Dentons və Unibank Kommersiya Bankı ASC (Qızıl Tərəfdaşlar) - təşəkkürünü bildirib.  

Tərəfdaşlar

Get in touch

Kateqoriyalarda:

Ən son hadisələri yoxlayın

Bütün hadisələrə baxın

Başqa bir şey axtarırsınız?

İnformasiya mərkəzimizdə siz ən son xəbərləri, yükləmələri, videoları, podkastları... tapa bilərsiniz.

Məlumat Mərkəzinə keçin