IHK Export Academy GmbH və Baden-Vürttemberq bölgəsində fəaliyyət göstərən on iki Sənaye və Ticarət Palatası, beynəlxalq biznes əlaqələrinin gücləndirilməsi məqsədilə “Gələn Nümayəndə Heyəti” adlı yeni tədbir formatını tətbiq edir. Bu təşəbbüs çərçivəsində, 24–27 noyabr 2025-ci il tarixlərində Baden-Vürttemberqdə Azərbaycan nümayəndə heyətinin səfəri həyata keçiriləcək. Səfərin əsas mövzusu qida emalı, içkilər və pivə sənayesidir.
Proqram çərçivəsində nümayəndə heyətinin üzvlərinə:
- Baden-Vürttemberqin iqtisadi mühiti barədə ətraflı məlumat veriləcək
- Regionun kiçik və orta sahibkarlıq subyektləri, assosiasiyaları və klasterləri ilə birbaşa tanışlıq və əlaqə qurmaq imkanı yaradılacaq
- Məhsul təqdimatları təşkil olunacaq
- Sahənin inkişaf potensialı barədə ekspert təqdimatları təqdim ediləcək
- Qarşılıqlı fikir mübadiləsi üçün geniş imkanlar nəzərdə tutulur
Tədbirin təşkilatçısı və icraçısı olan IHK Export Academy GmbH, bu səfər vasitəsilə bilik və təcrübə mübadiləsini təşviq etməyi, biznes əlaqələrini dərinləşdirməyi və Azərbaycan ilə Baden-Vürttemberq şirkətləri arasında mümkün əməkdaşlıq layihələrinin əsasını qoymağı hədəfləyir.
Proqramla bağlı əlavə məlumatlar tezliklə təqdim olunacaq.