PIETRO SUTERA
Top Event
Top
Messe Frankfurt
Sərgilər
Automechanika Frankfurt Trade Fair
Məkan
Messe Frankfurt
Ludwig-Erhard-Anlage 1
Frankfurt am Main
Almaniya
Show place in map
Tədbirin başlanma tarixi
10.09.2024 · 09:00
Tədbirin bitmə tarixi
14.09.2024 · 17:00
Qeydiyyat

Sərgi hər kəs üçündür

Sizi avtomobil bazarının bütün dəyər zəncirini əhatə edən “AUTOMECHANİKA sərgisi haqqında məlumatlandırmaq istərdik.

Aparıcı “Automechanika Frankfurt” ticarət sərgisi 10-14 sentyabr 2024-cü il tarixlərində Almaniyanın Frankfurt şəhərində Sizi salamlamağa hazırlaşır.

Sərgi avtomobil sənayesində kommersiya vasitələri, karvanlar, motosikletlər, avtomobillər və onların ehtiyyat hissələri, elektrikli nəqliyyat vasitələri və ya yenidən istehsal sahələrində məhsullar və həllər axtaranlar üçün əla imkanlar təklif edir. Dünyanın avtomobil xidmət sənayesi, diller ticarəti və texniki xidmət və təmir seqmenti üçün beynəlxalq görüş yeri olaraq, biznes və texnoloji biliklərin ötürülməsi üçün əsas platforma ilə təmin edir.

“Automechanika” məhsul çeşidinin genişliyi və dərinliyi baxımından unikaldır və aşağıdakı məhsul seqmentlərinə bölünür:

  • Aksesuarlar və Fərdiləşdirmə;
  • Boyama;
  • Avtomobil Yuma, Qulluq və Detallar;
  • Diaqnostika və Təmir;
  • Rəqəmsal Həllər və Xidmətlər;
  • Elektrik və elektronika;
  • Yağlar, sürtkü yağları və yanacaqlar;
  • Hissələr və Komponentlər;
  • Təkərlər

İnteraktiv panel müzakirələri və seminarlar ilə yanaşı sərginin birinci dərəcəli dəstək proqramı aparıcı sənaye ekspertləri, dövlət nümayəndələri, ticarət assosiasiyaları və gənc mütəxəssislər üçün ən son ideyalar və texnologiyalar haqqında yeni biliklər əldə etmək, fikir mübadiləsi aparmaq, maraqlı müzakirələrdə iştirak etmək eləcə də sənayenin mütəxəssisləri ilə şəbəkələşmək üçün ideal platformadır. Sərgi iştiraçılarının siyahısını buradan əldə edə bilərsiniz.

Sərgidə iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Əlavə suallarınız və ətraflı məlumat üçün Zaira Soloeva ilə mail vasitəsilə info@messe-kaukasus.de əlaqə saxlaya bilərsiniz.

Rəvanə Quliyeva

Rəvanə Quliyeva

Layihə rəhbəri l SES l Messe München