Ətraf Mühitin Strateji İdarəedilməsi - Onlayn təlim
Enerji, su, emissiyalar, tullantılar və zərərli maddələr sahələrinə yönəlmiş DIN-ISO 14001 standartına uyğun inteqrasiya olunmuş ekoloji mütəxəssis kimi ixtisaslşın. Harada olmağınızdan asılı olmayaraq yüksək keyfiyyətli peşəkar inkişaf proqramı əldə edin.
Beynəlxalq səviyyədə şirkətlərin ekoloji standartlara uyğun olmalarına tələb artmaqdadır. Eləcə də, müştərilərin və istehlakçıların gözləntiləri ekoloji təmiz məhsul və xidmətlərə yönümlüdür. Ətraf Mühitin İdarəedilməsi sistemini tətbiq etməklə bir şirkət ehtiyatlara qənaət, təhlükəsizliyin təmin edilməsi və istehsalın optimallaşdırılması, daxili və beynəlxalq bazarda imicinin yaxşılaşdırılması kimi bir çox üstünlüklərə malik olur.
“Ətraf Mühitin Strateji İdarəedilməsi” qısa məzmunu
İxtisaslaşma təlimi
Modullar
“Ətraf mühitin strateji idarə olunması” təlimi iki moduldan ibarətdir.
Modullar | Müddət |
---|---|
İSO 14001 standart üzrə ətraf mühit siyasəti və idarə olunması | 2 gün |
Müəssisədə mühüm ətraf mühit aspektləri | 3 gün |
Sertifikat və təlimçilər
Kursu bitirdikdən sonra siz AHK-nın fəaliyyət göstərdiyi 91-dən çox ölkədə keçərli olan AHK sertifikatını əldə edəcəksiniz. Sertifikat AHK Azərbaycanla birgə şəkildə Ətraf mühitin idarə olunması üzrə təlimçi ola bilmək üçün ilkin şərtdir.
Təlim ətraf mühitin idarə olunması sahəsində yüksək ixtisaslı və peşəkar təcrübəli təlimçi və məsləhətçi tərəfindən keçiriləcəkdir. Bu yolla biz yüksək keyfiyyətli və rahat koordinasiya olunan bir təlimi təmin etməklə yanaşı, təcrübə əsaslı biliyin ötürülməsi və təlimin uğurlu alınması üçün zəmin yaradırıq. Sənayelərarası məsləhətçilik təcrübəsi ilə əlaqədar, təlimçi müxtəlif sənaye kontekstlərinə dair dərs mövzuları verə, praktiki misallar göstərə bilər.
Kursun vaxtı və qiyməti
Seçilmiş iştirakçılar online portala giriş məlumatları ilə təmin olunacaqlar.
Qiymətə həm Azərbaycan, həm də İngilis dillərində hazırlanmış qabaqcıl tədris materialları və naliyyət sertifikatı daxildir.
İştirak haqqı təlim modulunun əvvəlində ödənilməlidir.
Tələblər və ilkin qeydiyyat
İlkin şərt Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməkdir.
Kursun hədəf qrupuna aşağıdakılar daxildir.
Ayrı-ayrı ətraf mühit sahələrində, ətraf mühitin idarə olunması və/və ya daxili audit sahəsində təcrübəli istehsalat mütəxəssisləri və rəhbərləri: müəssisə rəhbərləri və mütəxəssisləri, müəllimləri, regional idarə və nazirliklərin nümayəndələri.
Bütün iştirakçılar ilkin seçim mərhələsindən keçəcəkdir. İştirak yalnız təsdiq olunduqdan sonra mümkündür.
“Ətraf mühitin strateji idarə olunması” kursuna ilkin qeydiyyat
Dərs vəsaiti
Məzmunu
“Ətraf mühitin strateji idarəedilməsi” kitabçası altı fəsildən ibarətdir:
Fəsil | Məzmun |
---|---|
Giriş | (Ətraf mühit) İdarəetmə sistemlərinə ümumi baxış |
Plan | Müvafiq təhdid və imkanlara cavab verən ətraf mühitin idarə olunması sistemini necə müəyyənləşdirmək mümkündür. |
İcra | Müəssisə daxilində və kənarda operativ və dəstək prosesləri. |
Yoxlama | Monitorinq, məlumatların təhlili və monitorinqi, qiymətləndirmə və ölçmə müddəaları daxil olmaqla fəaliyyətin qiymətləndirilməsi |
Tədbirlərin görülməsi | Təşkilatın və onun ətraf mühitin idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə uyğunsuzluqlara və qəzalara reaksiya. |
Audit | Audit proseslərinin və onun tələblərinin izah edilməsi. |
Hədəf auditoriya
Dərs vəsaiti Azərbaycanda ətraf mühitin idarə olunması və auditi mövzuları ilə bağlı biliklərə malik olmaq istəyən müəssisələrin mütəxəssisləri və rəhbərləri üçün hazırlanmışdır.
Kitabça oxucuya ətraf mühitin daxili və xarici mühafizəsi ilə bağlı hərtərəfli yanaşma təqdim etməklə yanaşı, onu İSO 14001 standartına uyğun şəkildə ətraf mühitin idarə olunması konsepsiyasını öz kontekstinə tətbiq etməyə stimullaşdırır.
Resurslar
“Ətraf mühitin strateji idarəedilməsi” kitabçasının əsasını əməyin təhlükəsizliyi, keyfiyyət və ətraf mühitin idarə olunması üzrə Arqum GmbH -nin 2019-cu ilin oktyabr/noyabr aylarında “EKOL Mühəndislik Xidmətləri” QSC ilə birgə təşkil etdiyi “Ətraf mühitin strateji idarə olunması (AHK)” seminar proqramı təşkil edir.
“Ətraf mühitin idarəedilməsi UKR/AZE” layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) “ExperTS” proqramı tərəfindən həyata keçirilmişdir.
Kitabçanın alışı
“Ətraf mühitin strateji idarəedilməsi” dərs vəsaiti 2020-ci ilin fevral ayında nəşr olunmuşdur.
Bəndlər | Miqdar |
---|---|
Səhifə | 72 |
Şəkil | 25 |
Cədvəl | 32 |
Dil | Azərbaycan dili |
Qiymət | 20 AZN |
Siz dərs vəsaitini asanlıqla onlayn şəkildə ala bilərsiniz.
“Ətraf Mühitin Strateji İdarəedilməsi” tədris kitabçasını almaq