Ölkə haqqında məlumat
Ölkə haqqında Məlumat bölümü Sizi Azərbaycan və onun iqtisadi vəziyyəti ilə bağlı ümumi məlumat və ölkə haqqında əsas faktlarla təmin edir.
Ölkə haqqında Məlumat bölümü Sizi Azərbaycan və onun iqtisadi vəziyyəti ilə bağlı ümumi məlumat və ölkə haqqında əsas faktlarla təmin edir.
Azərbaycan Qara dənizdən Xəzər dənizinə kimi 800 km məsafədə uzanan Qafqazın cənub-şərq hissəsində yerləşir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan tranzit baxımından böyük potensiala malikdir və inkişaf etmiş yol infrastrukturu bu potensialı daha da artırır. Bölgənin logistik mərkəzi kimi, Azərbaycan dünya ölkələri ilə iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynayır.
Neft və qaz sektoru 2023-cü ildə Azərbaycanın ümumi ixracında 90,1 % paya sahib olmaqla, ölkə iqtisadiyatının əsasını təşkil edir. Hal-hazırda iqtisadiyyatın diversifikasiyası və ixrac potensialının artırılması hökumətin əsas məqsədləridir. 2023-cü ildə qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilə nəzərən 9,9 % artıb.
Aİ Azərbaycanın ümumi ixracında 64,4 % paya və ümumi idxalında 17,4 % paya sahib olmaqla (2023), Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 3,6 % paya sahib olmaqla, Azərbaycanın ümumi ticarət tərəfdaşları arasında 5-ci yeri tutur (2023-cü il).1