İdentifikasiya və Qanuniləşdirmə

Alman bank sənayesi ilə Almaniya Sənaye və Ticarət Palataları Birliyi (DIHK) arasındakı müqaviləyə əsasən, AHK Azərbaycan artıq Almaniya xaricində yaşayan fiziki və hüquqi şəxslərin kimliyini təsdiq edə bilər.

© iStock.com/MKucova

Almaniyada bir bank hesabı açarkən, banka maliyyə əmanəti qoyarkən və ya bir kredit təşkilatında şəxsi seyfdən istifadə edərkən şəxsiyyətin təsdiqlənməsi tələb olunur. Bu sənədin tələb edilməsi, cinayət törətmiş şəxslərin/təşkilatların qeyri-qanuni vəsaitləri/mülkləri qanuni şəkildə iqtisadi dövriyyələrə köçürməsinin qarşısını almaq məqsədilə Almaniyanın Çirkli Pulların Yuyulması ilə Mübarizə Qanununa əsaslanır.

AHK Azərbaycan, Azərbaycanda yaşayan fiziki şəxslər və şirkətlər üçün şəxsiyyət təsdiqi və qanuniləşdirilməsi işini həyata keçirir.

Şəxsiyyətin təsdiqlənməsi

  • Fiziki şəxs
  • Hüquqi şəxs

Fiziki şəxs

Ərizəçilər üçün tələb olunan sənədlər:

  • Fotoşəkili olan etibarlı şəxsiyyət vəsiqəsi
  • Etibarlı xarici pasport
  • Şəxsiyyətin təsdiqlənməsi üçün Almaniyadakı bank tərəfindən verilən rəsmi blank

Görüşlər iş günləri ərzində əvvəlcədən xəbərdarlıq edilərək saat 09:00-dan 15:00-dək mümkündür. Hesab sahibi, lazım olan sənədlərlə birlikdə yoxlama prosesi üçün AHK Azərbaycanın ofisinə şəxsən yaxınlaşmalıdır.

Hüquqi şəxs

Ərizəçilər üçün tələb olunan sənədlər:

  • Şəxsiyyətin təsdiqlənməsi üçün Almaniyadakı bank tərəfindən verilən rəsmi blank
  • Şirkət adına fəaliyyət göstərmək və onu təmsil etmək səlahiyyətinə malik ən azı bir şəxsin etibarlı şəxsiyyət vəsiqəsi və xarici pasportu*
  • Şirkət adına fəaliyyət göstərmək və onu təmsil etmək səlahiyyətinə malik olan şəxsin son üç ay ərzində verilmiş Azərbaycanda yaşayış haqqında qeydiyyat sənədi*
  • Son üç ay ərzində verilmiş Azərbaycan kommersiya və ya kooperativ reyestrindən çıxarış
  • Şirkətin təsis sənədləri və ya buna bənzər yekun sənədlər

Görüşlər iş günləri ərzində əvvəlcədən xəbərdarlıq edilərək saat 09:00-dan 15:00-dək mümkündür. Hesab sahibi, lazım olan sənədlərlə birlikdə yoxlama prosesi üçün AHK Azərbaycanın ofisinə şəxsən yaxınlaşmalıdır.