Biznes alman dili

"Biznes Alman Dili" xidməti AHK Azərbaycan və Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı Alman Dili Tədrisi Mərkəzi arasında əməkdaşlıq layihəsidir.

© iStock.com/skynesher

“Biznes Alman Dili” qısa məzmun

"Biznes Alman dili" kursu

"Biznes Alman Dili" kursu Sizi işgüzar mühitdə ən mühüm vəziyyətlərə hazırlayacaq. Kurs xüsusilə gələcəkdə alman dilli işgüzar mühitində işləmək istəyən işçilər və şirkətlər, eləcə də tələbələr üçün yaradılmışdır.

Kursdan sonra iştirakçıların AHK Azərbaycanda "Beynəlxalq Biznes Alman Dili İmtahanı" (Prüfung Wirtschaftsdeutsch International, PWD) vermək imkanı var. 

Alman dilini bilməklə uğurunuzu sığortalayın!

Kursun məzmunu

Kursun məzmunu, gündəlik iş həyatına aid mövzuları ətraflı şəkildə əhatə edəcəkdir. Dilin fəal istifadəsi, söz bazasının və söhbətlərin genişləndirilməsi xüsusilə vacibdir. 

Mövzulara aşağıdakılar daxildir:

  • İclasların və görüşlərin təşkili (planlaşdırılması, təxirə salınması, ləğv edilməsi)
  • Telefon danışıqlarının aparılması
  • İşgüzar yazışmalar (rəsmi məktublar və e-poçt)
  • İşgüzar görüşlər (açılış, idarə etmə, problem həlli, iclasın bağlanması)
  • Görüşlərin təqdimatları və protokolları
  • Şirkət tədbirlərinə dəvət, qonaqların salamlaması
  • Proqramın təqdimatı, təşəkkür məktubu
  • Sorğu, malların və ya xidmətlərin təklifi
  • Şikayət, xəbərdarlıq
  • Müraciət məktubu, cədvəl formasında tərcümeyi-hal
  • Gündəlik iş fəaliyyətinin təsviri
  • Direktor, həmkarlar və biznes tərəfdaşları ilə qeyri-rəsmi danışıq yöntəmləri

Kursun qiyməti

Kurs haqqı ƏDV daxil olmaqla 400 AZN təşkil edir.

Kursun ümumi müddəti 75 saatdır. İmtahan bu kurs təklifinin bir hissəsi deyil.

Tələb

Yaxşı B2/C1 dil səviyyəsi

Dil səviyyəsinin müəyyənləşdirilməsi SLZ tərəfindən test vasitəsilə həyata keçiriləcəkdir.

Qeydiyyat

Qeydiyyat artıq açıqdır.

"Bizness Alman Dili" təlimi üçün qeydiyyat

"Beynəlxalq Biznes Alman Dili İmtahanı"

İmtahan ən azı C1 dil səviyyəsində biznes alman dili bacarıqlarını rəsmi şəkildə yoxlamaq istəyən alman dili öyrənən şəxslər üçün nəzərdə tutulmuşdur.

"Beynəlxalq Biznes Alman Dili İmtahanı" standartlaşdırılmış və beynəlxalq səviyyədə tanınan imtahandır. Alman Sənaye və Ticarət Palataları Qurultayının (DIHK) dəstəyi ilə bu imtahan Azərbaycanda yalnız AHK Azərbaycan tərəfindən təklif olunur.

İmtahanın məzmunu

İmtahan dörd hissədən ibarətdir:

  • Dörd testdən ibarət oxu (75 dəqiqə)
  • Üç testdən ibarət dinləmə (60 dəqiqə)
  • Bir testdən ibarət yazılı ifadə (45 dəqiqə)
  • Şifahi imtahan (20 dəqiqə)

İmtahan tarixləri

Növbəti "Beynəlxalq Biznes Alman Dili İmtahanı" 3 iyul 2021-ci il tarixində AHK Azərbaycan ofisində baş tutacaq.

Qeydiyyat ən geci 11 iyun 2021-ci il tarixi, cümə gününə kimi mümkündür.

İmtahan qaydaları

"İmtahanın aparılması qaydaları" imtahan proseduru, fərdi imtahan bölmələrinin düzəldilməsi və qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması haqqında ətraflı məlumat verir.

Tələb

"Beynəlxalq Biznes Alman Dili İmtahanı" ana dili alman dili olmayan hər kəsə açıqdır. İmtahanda iştirak üçün xüsusi hazırlıq kursunda iştirak etmək lazım deyil.

İmtahanın qiyməti

190 AZN (ƏDV daxil)
140 AZN (ƏDV daxil) - kurs məzunları üçün

Qeydiyyat

Qeydiyyat ən geci 11 iyun 2021-ci il tarixi, cümə gününə kimi mümkündür.
 

Beynəlxalq Biznes Alman Dili İmtahanına qeydiyyat

Təlimçinin mesajı

"Biznes Alman Dili" kursu AHK Azərbaycan və Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı Alman Dili Tədrisi Mərkəzi ilə birgə əməkdaşlıq layihəsidir.