İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupu
AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili & Təlimi (İR və PTT) İşçi Qrupu GRC Leadership Consulting şirkətinin təşəbbüsü ilə 19 sentyabr 2018-ci il tarixində yaradılmışdır.
AHK Azərbaycanın İR və PTT İşçi Qrupunun fəaliyyətinin mühüm məqsədləri insan resursları siyasəti, qanunvericilikdəki dəyişikliklər daxil olmaqla əmək bazarının hazırkı çətinliklərinin araşdırılması, insan resursları, peşə təhsili və təlimi sahəsində ideya və təcrübə mübadiləsi, insan resursları sahəsinin aktual mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.
İşçi Qrupunun əvvəlki görüşləri
31.10.2024: İR və PTT İşçi Qrupunun görüşü
31 Oktyabr 2024-cü il tarixində AHK Azərbaycan konfrans zalında İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Qrupunun növbəti iclasında “İR Trendləri və Texnologiyasının Gələcəyi” mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçilər, SMART Cloud MMC-nin Azərbaycan üzrə nümayəndəsi Ayxan Abdullayev, Unibank Kommersiya Bankı ASC-nin İnsan Resursları üzrə direktoru Natalya Sandler və SMART Cloud MMC-nin Aparıcı Mütəxəssisi Gülnar Hacıyevaya verdi.
Cənab Abdullayev, açılış nitqində SMART CLOUD MMC-nin innovativ həllərini təqdim edərək, “SMART Payroll” və “Functional Moduls” anlayışlarını Microsoft ilə olan partnyorluq çərçivəsində HR ekosisteminin mühüm elementləri kimi vurğuladı. O, “SMART Payroll” sisteminin müəssisələrə əmək haqqı hesablamalarını daha səmərəli və dəqiq şəkildə həyata keçirməyə imkan tanıdığını vurğuladı. Eyni zamanda, “Functional Moduls”un insan resurslarının idarə edilməsi və performans qiymətləndirməsi kimi mühüm proseslərin sistemli şəkildə aparılmasında əsaslı rol oynadığını qeyd etdi.
Görüş xanım Sandlerin çıxışı ilə davam etdi. O, rəqəmsal transformasiyanın insan resursları (HR) sahəsindəki önəmli rolunu və müasir iş mühitində “Uzaqdan iş (Remote Work) və hibrid model” anlayışlarının əhəmiyyətini vurğuladı. Son olaraq, xanım Sandler "HR analitikası və süni intellektin HR-a təsiri" mövzusunda, işçi resurslarının idarəsində HR analitikasının verilənlərin toplanması və analizindəki rolunu qeyd etdi.
Daha sonra xanım Hacıyeva öz çıxışında Microsoft Biznes Mərkəzi (Microsoft Business Central) sisteminin əhəmiyyətini vurğulayaraq bu sistemin, müəssisələrin resurslarını daha səmərəli idarə etmələrinə imkan tanıyan bir platforma olmduğunu qeyd etdi. Xanım Hacıyeva, həmçinin, ölkə daxilində qanunvericilik və əmək haqqı tələblərinə uyğun olaraq sistemin optimallaşdırılmasını təmin edən Ağıllı Əmək Haqqı sistemi (SMART Payroll), yerli tələblərə uyğunlaşma (lokalizasiya) anlayışlarından danışdı. O, "Microsoft Power BI" ilə inteqrasiyanın, verilənlərin vizuallaşdırılması və analizini asanlaşdıraraq, müəssisələrə daha dəqiq qərarlar vermək imkanı tanığını qeyd etdi. O, həmçinin "Approval Workflow" sisteminin qərar qəbul etmə proseslərini avtomatlaşdıraraq, işçilərin və menecerlərin vaxtını qənaət etməyə və əmək haqqının hesablanmasını daha səmərəli etməyə imkan tanıdığını vurğuladı.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı. Ətraflı
04.10.2024: İR və PTT İşçi Qrupunun görüşü
4 Oktyabr 2024-cü il tarixində AHK Azərbaycan ofisində İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupunun növbəti iclasında “Əmək Qanunvericiliyində edilmiş yeni tənzimləmələr” mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, İR və PTT İşçi Qrupunun sədri, xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçilər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyevaya verdi.
Salamlama nitqi ilə çıxışına başlayan Cənab Heydərov ƏMAS məcəllləsində olan yeniliklərdən, son zamanlarda sıx-sıx rastlanan cinsi ayrı-seçkilik hallarından və bununla bağlı məcəllədə olan dəyişikliklərdən, həmçinin elektron imza, SİMA, və Asan imza anlayışları və onların üstünlüklərindən danışdı. O, həmçinin ƏMAS məcəlləsində olunan dəyişikliklər qismində işçi hüquqlarının müdafiəsi, xitam və məzuniyyət əmrlərinin icrası ilə bağlı məlumat verdi. Cənab Heydərov öz çıxışında distant iş, narkoloji xəstələr üçün peşələrlə bağlı olan yeni layihələrlə bağlı da məruzə etdi.
Görüş xanım Mirzəyevanın çıxışı ilə davam etdi. O, əmək münasibətlərinin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq çıxışına başladı. Daha sonra xanım Mirzəyeva “Dost Müfəttiş” layihəsi, müddətli əmək müqavilələri və bununla bağlı elektron platformaların formalaşdırılması sayəsində köhnə əmək müqavilələrinin yeniləri ilə əvəz olunmasından danışdı.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı. Ətraflı
01.08.2024: İR və PTT İşçi Qrupunun görüşü
1 avqust 2024-cü il tarixində AHK Azərbaycan ofisində İnsan Resursları və Peşə Təhsili və Təlimi üzrə İşçi Qrupunun növbəti iclasında“İstedadların tapılması və işdə saxlanmasında çətinliklər” və "Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinin əsasları və nəzərə alınmalı məqamlar" mövzuları müzakirə edilmişdir.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə bugünkü mövzular haqqında görüş iştirakçılarına məlumat verdi və sözü qonaq məruzəçi, SCHNEIDER GROUP-un İnsan Resursları üzrə Regional Direktoru xanım Anne Ramsaya verdi.
Xanım Ramsay dəvətə görə minnətdarlığını bildirdi və SCHNEIDER GROUP-un xidmətləri haqqında geniş məlumat verdi. O, işin gələcəyini formalaşdıran beş mövzunu müzakirə etməklə başladı. Bunlara böyük işin nədən ibarət olduğuna dair motivasiyalar və inanclardakı dəyişikliklər, işin yenidən humanistləşdirilməsində avtomatlaşdırmanın rolu, firmaların sərhədlərini bulanıqlaşdıran texnoloji dəyişikliklər və gənc nəsillərin getdikcə həddən artıq yükləndiyini hiss etdikləri zaman qarşılaşdıqları problemlər daxildir. Mövcud işə qəbul problemlərini vurğulayan xanım Ramsay qeyd etdi ki, şirkətlərin 77 faizi yüksək səviyyəli istedadları tapmaqda çətinlik çəkir. O, "Quiet Hiring" haqqında məlumat verdi və ehtiyacların qiymətləndirilməsi, istedadın xəritəsi, daxili kommunikasiyalar, təlim və inkişaf, əks əlaqə və monitorinq vasitəsilə praktik tətbiqini izah etdi. Bundan əlavə, xanım Ramsay "build-buy-borrow-bridge" konsepsiyası barədə danışdı.
Xanım Ramsayin təqdimatından sonra SCHNEIDER GROUP-un Mühasibat Qrupunun rəhbəri İradə Şamilova “Etibarlı İşəgötürən: İstedadların İdarə Edilməsi Strategiyasının Əsas Komponenti” mövzusunu müzakirə etdi. O izah etdi ki, bu yanaşma şirkətlərə işçi qüvvəsini effektiv şəkildə idarə etməyə, riskləri azaltmağa və strateji biznes artımına diqqət yetirməyə imkan verir. Bu yanaşma xidmətlərindən istifadə etməklə şirkətlər bazar dəyişikliklərinə tez uyğunlaşa, qlobal miqyasda istedadları işə götürə və yerli qaydalara uyğunluğu təmin edə bilərlər.
Daha sonra SCHNEIDER GROUP-un hüquqşünası xanım Səbinə Kərimova işdən çıxarılma ilə bağlı ümumi əsaslar, o cümlədən iş vəzifələrini yerinə yetirməmək, pis davranış, uzunmüddətli xəstəlik və ixtisarla bağlı fikirlərini bölüşdü. O, həm şirkətin imicinə, həm də işçinin reputasiyasına xələl gətirə biləcək potensial münaqişələrin qarşısını almaq üçün çətin müzakirələrdən sonra ayrılmağın vacibliyini vurğulayaraq, əmək münasibətlərinə son qoymaq strategiyalarını müzakirə etdi. Alternativ olaraq, o, danışıqlar aparmağı və kompromis tapmağı, məsələn, yolları ayırmaq üçün əlverişli şərtlər, o cümlədən kompensasiya və yeni iş tapmaqda kömək təklif etməyi söylədi. Xanım Kərimova həmçinin əmək müqavilələrinə qarşılıqlı razılaşma əsasında xitam verilməsi ilə bağlı təlimatlar verdi, hər iki tərəf üçün rahat və ədalətli xitam təmin etmək üçün bu proses zamanı nəzərə alınmalı olan əsas aspektlər barədə məsləhətlər verdi.
Görüşü yekunlaşdıran Əmək Məsələləri üzrə Müstəqil Məsləhətçi cənab Rizvan Kərimov Azərbaycanda işçilərin işdən çıxarılması siyasəti və prosedurları haqqında geniş məlumat verdi. O, məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq izah etdi və öz təcrübələrini bölüşdü, səmərəli işdən çıxarma təcrübələri və yerli qaydalara uyğunluq haqqında dəyərli fikirlər təklif etdi.
Görüş maraqlı sual-cavab sessiyası ilə başa çatdı, burada iştirakçılar vurğulanan problemlərin həlli üçün strategiyaları müzakirə etdilər və Azərbaycanda işçilərin işdən çıxarılmasının effektiv siyasəti və prosedurları üçün ən yaxşı təcrübələri paylaşdılar. Ətraflı
29.05.2024: İR və PTT İşçi Qrupunun görüşü
AHK Azərbaycanın 29 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən İR və PTT İşçi Qrupunun növbəti görüşündə "Yeni işçinin işə uyğunlaşması prosesi" mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, İR və PTT İşçi Qrupunun sədri, xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Xanım Hüseynzadə, iştirakçılara yeni AHK Human Resources Insights jurnallarını oxumağı tövsiyyə etdi. Daha sonra o, sözü qonaq məruzəçilər, AccessBank QSC-ın Təlim və inkişaf üzrə meneceri xanım Xumar Hüseynova və İnsan resursları biznes tərəfdaşlığı şöbəsinin rəhbəri xanım İlhamə Rüstəmliyə verdi.
Salamlama nitqi ilə çıxışına başlayan xanım Rüstəmli yeni işçinin işə uyğunlaşma prosesinin təşkili üçün HR-ın görməli olduğu vacib ön hazırlıqları barədə məlumat verdi. Eləcə də o bu prosesdə hədəfləri və mərhələləri müəyyənləşdirməyin vacibliyini vurğuladı. Xanım Rüstəmli, mentorun yeni işçilərlə tanışma və uyğunlaşmada dəstək olma və onların potensiallarını aşkar etməkdəki rolu barədə danışdı. Həmçinin, yeni işçinin oriyentasiyanı təşkil etməyin, irəliləyişləri izləməyin və rəy bildirməyin vacibliyini vurğuladı. Sonra sözü xanım Hüseynovaya verdi.
Xanım Hüseynova təqdimatına Alliant Credit Union-dan əldə etdiyi təcrübəsini görüş iştirakçıları ilə bölüşməklə başladı. O, həm işdə, həm də şəxsi həyatda pozitivliyin qorunması strategiyalarını müzakirə etdi. Daha sonra isə o, əməkdaşları işə bağlayan 12 amil barədə danışdı. Çıxışının sonunda isə onlayn təlim imkanları haqqında məlumat verdi.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı. Ətraflı
22.02.2024: İR və PTT İşçi Qrupunun görüşü
AHK Azərbaycanın 22 yanvar 2024-cü il tarixində keçirilən İR və PTT İşçi Qrupunun görüşündə İnsanları anlamaq gücü və Kouçinq mövzuları müzakirə olundu. Görüşdə Develor Azərbaycanın, Baş təlimçi və məsləhətçisi cənab İnsafəli Səmədov və SparkUs rəqəmsal kouçinq platformasının həmtəsisçisi, peşəkar kouç xanım Özlem Sarıoğlu məruzəçi qismində çıxış etdilər.
Görüşü açıq elan edən İR və PTT İşçi Qrupunun sədri və PAŞA Property Management MMC-nin İnsan Resursları üzrə direktoru xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşün gedişatı haqqında ətraflı məlumat verərək sözü cənab Səmədova verdi. Cənab Səmədov ilk öncə Develor Azərbaycan, onun yerli və xarici tərəfdaşları, eləcə də şirkətin təlimçiləri barəsində iştirakçıları məlumatlandırdı, daha sonra çıxışına insan psixotipləri, şirkətdaxili ünsiyyətin önəmi və analitik psixologiya haqqında auditoriyaya geniş məlumat verdi. Cənab Səmədov Karl Qustav Yunqun 4 enerji psixotipləri barəsində iştirakçıları məlumatlandırdı və iştirakçılara öz enerji psixotiplərini müəyyən etməyə kömək edərək interaktiv sessiya keçirdi. Çıxışının sonlarına doğru cənab Səmədov "Insight Discovery" mövzusu ilə bağlı ətraflı şəkildə danışdıqdan sonra şəkillər ilə auditoriyaya müraciət edərək onların mövzunu daha yaxşı qavramasına yardım etdi. Çıxışının sonunda insanları anlamaq biliyi və onu necə istifadə etmək barəsində iştirakçıları məlumatlandırdı.
Bunun ardınca xanım Sarıoğlu özü və SparkUs rəqəmsal kouçinq platforması barəsində iştirakçıları məlumatlandıraraq çıxışına başladı. Xanım Sarıoğlu kouçinq termini barəsində auditoriyanın fikrini aldıqdan sonra iştirakçılara bu haqqda ətraflı məlumat verdi və kouçların insanlara problemlərin həll yollarının özlərinin tapmasına yardım edən və biznes mühitində işçilərin potensialını artıran biri olması haqqında məlumat verdi. Çıxışının sonunda xanım Sarıoğlu kouçinq və mentorluğun əsas fərqləri və kouçinqin analitikası barəsində məlumat verdi.
Görüş “sual-cavab” və iştirakçıların şəxsi təcrübələrini bölüşməyə imkan verən interaktiv sessiya ilə yekunlaşdı. Ətraflı
23.01.2024: İR və PTT İşçi Qrupunun görüşü
AHK Azərbaycanın 23 yanvar 2024-cü il tarixində keçirilən İR və PTT İşçi Qrupunun görüşündə insan kapitalının cəlb edilməsi sahəsində innovativ texnologiyaların rolu araşdırıldı. “İnsan kapitalından daha yaxşı istifadə etmək üçün texnologiyadan istifadə” adlı tədbirdə Regional İnsan Resursları Direktoru xanım Anne Ramsey və Schneider Group-u təmsil edən ERP və İT direktoru cənab Sergey Danilyuk kimi görkəmli məruzəçilər çıxış etdilər.
Xanım Anne Ramsey İnsan Resurslarının müxtəlif təkamüllərinin tarixi nöqteyi-nəzərdən icmalını təqdim edərək HR 4.0-a dair baxışa yol açaraq sessiyaya başladı. Gələcək inkişafları araşdıraraq, o, süni intellekt və istedadların əldə edilməsi üçün chatbotlardan səmərəli istifadə vasitəsilə işə qəbul prosesində hiper avtomatlaşdırmanın potensialını vurğuladı. Xanım Ramsey eləcə də, süni intellekt, xüsusən də dərin öyrənmə yolu ilə CV-ləri necə sürətlə və dəqiq təhlil edərək dəyərli rəylər verə bilməyi vurğuladı.
Bunun ardınca, cənab Sergey Danilyuk şəxsi təcrübələrini bölüşdü, blokçeyn texnologiyası kontekstində məlumat təhlükəsizliyi ilə bağlı problemlər və narahatlıqlara işıq saldı. Onun fikirləri insan resursları proseslərinə blokçeynin inteqrasiyası ilə bağlı mürəkkəbliklər haqqında incə bir anlayış təmin etdi.
Görüşün “sual-cavab” və iştirakçıların şəxsi təcrübələrini bölüşməyə imkan verən interaktiv sessiya ilə yekunlaşmışdır. Ətraflı
21.12.2023: İR və PTT və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qruplarının birgə görüşü
21 dekabr 2023-cü il tarixində AccessBank QSC-nin Baş ofisində İR və PTT və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qruplarının birgə görüşü keçirildi. Tədbirin məruzəçiləri qismində BHM Hüquq Şirkətinin Hüquq məsələləri üzrə vitse-sədri Gülnar Qurbanova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri cənab Fuad Heydərov iştirak etmişdilər.
İR və PTT İşçi Qrupunun sədri, AccessBank QSC-nın İnsan Resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamlayaraq tədbiri açıq elan etdi, həmçinin iclasın gedişatı haqqında iştrakçılara qısa məlumat verdi. Daha sonra söz xanım Qurbanovaya verildi. Xanım Qurbanova da öz növbəsində iştrakçıları salamladı.
Xanım Qurbanova öz çıxışına cari ildə Əmək Məcəlləsində edilmiş əsas dəyişiklikləri və yenilikləri izah etmək ilə başladı. Bununla yanaşı xanım Qurbanova biznes sorğusunun nəticələrini paylaşaraq Əmək Məcəlləsi isə bağlı yaranan problemlər və arzu edilən gözləntiləri sadaladı.
Daha sonra xanım Qurbanova sözü cənab Heydərova ötürdü. Cənab Heydərov sosial tərəfdaşlıq prinsepilərinin fəaliyyəti haqda məlumat verdi. Həmçinin o, 2024-cü ildə olacaq yeni lahiyələr və gələcək düzəlişlər haqda danışdı. Daha sonra isə cənab Heydərov iştrakçılarla birgə Əmək və Məşğulluq altsistemində (ƏMAS) olan aktual problemləri müzakirə etdi.
Tədbiri sual-cavab sessiyası ilə yekunlaşdı. Ətraflı
24.11.2023: İR və PTT İşçi Qrupunun görüşü
2023-cü ilin 24 noyabr tarixində AHK Azərbaycanın ofisində 40-a yaxın üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə İR və PTT İşçi Qrupunun növbəti iclası keçirildi. Tədbirin əsas mövzusu “Azərbaycanda hibrid İş modeli”, PAŞA Bank ASC-nin insan resusları şöbəsinin direktoru olan xanım Zibeydə Hacı və PAŞA Bank ASC-nin insan resusları şöbəsinin mütəxəssisi xanım Aydan Məmmədova tərəfindən təqdim olunmuşdur.
Öncəliklə İR və PTT İşçi Qrupunun sədri, Access Bank QSC-nın insan resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamladı və iclasın gedişatı haqqında qısa məlumat verdi. Daha sonra Zibeydə xanım təqdimata başladı. Zibeydə xanım, “Flexoffice” modelinin üstünlüklərini və çətinliklərini vurquladı. Həmçinin o, hibrid modelinin ofisdə tədbiqi və işqüzar əlaqələrə olan təsirni haqda danışdı. Zibeydə xanım təqdimat zamanı iştrakçılar ilə aktiv müzakirə apararaq suallarınını cavablandırdı.
Sonra görüş xanım Aydan Məmmədovanın təqdimatı ilə dəvam etdi. O, hibrid iş modelinin ənəvi iş mühitinə olan təsiri və işçilərin yeni modelə uyğunlaşmasının önəmi haqqında danışdı. Aydan xanım hibrid modelin ofisdə icrası və onunla bərabər effektiv iş mühitinin yaradılması haqqında iştrakçıları məlumatlandırdı. Xanım Məmmədova həmçinin iştrakçılarla aktiv müzakirələr apararaq yeniliyin hüquqi cəhətlərinidə müzakirə etmişdir.
Görüş “sual-cavab” sessiyası ilə davam etdi və görüşün sonunda Nigar xanım iştirakçılara öz təşəkkürünü bildirdi. Ətraflı
25.10.2023: İR və PTT İşçi Qrupunun görüşü
AHK Azərbaycanın İR və PTT İşçi Qrupunun növbəti görüşü çərşənbə günü, 25 oktyabr 2023-cü il tarixində AHK Azərbaycanın ofisində baş tutdu. Görüş iş yerində rifah istiqamətində müzakirələrə yönəldilmişdir.
İclası açıq elan edən İR və PTT İşçi Qrupunun sədri və AccessBank QSC-ın İnsan Resursları departamentinin icraçı direktoru xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və iclasın gedişadı haqqında məlumat verdi. Eləcə də, xanım Hüseynzadə gələcək tədbirlər və planlar barəsində iştirakçılara məlumat verdi.
Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Azerconnect MMC-nin əməkdaşı, İşçilərin transformasiyası və proqramları üzrə rəhbəri xanım Elnarə Məcidova giriş sözü ilə tədbir iştirakçılarını salamladı və iş yerində rifah barədə qısa məlumat verdi. Daha sonra, xanım Məcidova iş yerinin rifahının əsas komponentləri olan maliyyə, fiziki, cəmiyyət, sosial və karyera rifahı barədə çıxış etdi. Rifahın vacib hissəsi kimi Psixi Sağlamlıq mövzusundan söz açan xanım Məcidova işçilərin psixoloji, emosianal və sosial rifahı barədə də iştirakçıları məlumatlandırıb. Çıxışının sonunda xanım Məcidova daxili yönümlü davranış və psixi sağlamlığın qorunmasından bəhs edib. İclas sual-cavab sessiyası ilə yekunlaşıb. Ətraflı
14.07.2023: İR və PTT İşçi Qrupunun görüşü
14 iyul 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə kadr axınının yaratdığı xərclər mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, daha sonra mövzunun xüsusi əhəmiyyətini vurğulayaraq bu tipli görüşlərin mütəmadi hal almacağına ümidini ifadə etdi. Azərbaycan İnsan Resursları Assosiasiyasının (AIRA) həmtəsisçisi və İdarə Heyətinin üzvü cənab Tural Məmmədov qonaq məruzəçi kimi görüşə qatılaraq “Kadr axının yaratdığı xərclər və onun biznesə maddi təsirləri” mövzusunda qarşılıqlı fikir mübadiləsi apardı.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra qonaq məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
25.05.2023: İR və PTT İşçi Grupunun görüşü
25 may 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Görüşdə Azərbaycanda işəgötürənlərin brendinq strategiyaları üzərində müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşə ev sahibliyi etdiyinə görə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə təşəkkürünü bildirdi. İşəgötürənlərin brendinqinin əhəmiyyətindən danışaraq, o mövzu ilə bağlı yaradıcı yanaşmalara diqqət çəkdi və bu sahənin insan resurslarının marketinq ilə görüşdüyü sahə olduğunu bildirdi.
Sahənin üç peşəkar mütəxəssisi, Azercell Telekom MMC-nin İnsan kapitalının idarə edilməsi / İstedadların idarə edilməsi və biznes partnyorluğu şöbəsinin meneceri xanım Nigar Hüseyn-zadə; Unibank Kommersiya Bankı ASC-dən İnsan kapitalının idarə edilməsi departamentinin direktoru xanım Natalya Sandler və Təşkilati inkişaf şöbəsinin müdiri xanım Viktoriya Hüseynova görüşə məruzəçi qismində qatıldılar. Görüş zamanı məruzəçi qonaqlar Azərbaycanda işəgötürənlərin brendinqi ilə bağlı öz təcrübələrini iştirakçılar ilə bölüşdülər.
Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri xanım Fatimə Ələkbərova və xanım Gülnar Mirhüseynova Agentlik tərəfindən təqdim olunan Technest təqaüd proqramları haqqında qısa təqdimatla çıxış etdilər. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
26.04.2023: İR və PTT İşçi Qrupunun görüşü
26 aprel 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə Yelo Bank ASC-nin ev sahibliyi etdiyi AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə spiral dinamika modeli ilə bağlı müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşə ev sahibliyi etdiyinə görə Yelo Bank ASC-nə təşəkkürünü bildirdi. O, mövzunun maraqlı və aktual olduğunu qeyd edərək onun gündəlik iş həyatında tətbiqi imkanlarından danışdı. iBloom MMC-nin həmtəsisçisi və direktoru xanım Ülviyyə Cabbarlı görüşə məruzəçi qismində qatılaraq "Spiral Dinamika - İnsan Resursları üçün dəyəri və Azərbaycanda tətbiqi imkanları" mövzusunda iştirakçılara interaktiv təlim keçdi. O, modelə qısa giriş hissəsindən sonra dəyər sistemlərinin (memlər) təkamülü haqqında danışdı və modeldə səkkiz fərqli səviyyənin üzərindən keçdi.
Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
05.04.2023: İR və PTT İşçi Qrupunun görüşü
5 aprel 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində dövlət-özəl sektor tərəfdaşlığı imkanları mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, daha sonra mövzunun xüsusi əhəmiyyətini vurğulayaraq bu tipli görüşlərin mütəmadi hal almacağına ümidini ifadə etdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini / direktor vəzifəsini müvəqqəti icra edən cənab Ceyhun Kərəmov görüşə qonaq məruzəçi qismində qatılaraq "Peşə təhsilində dövlət-özəl əməkdaşlığı: imkanlar və çağırışlar" mövzusunda çıxış etdi.
Təqdimatına qısa fikir mübadiləsi ilə başlayan cənab Kərəmov gənclər arasında təhsilə olan meyillər və dövlətin peşə təhsilinə marağı artırmaq səylərindən danışdı. Bu istiqamətdə o, bir sıra əsas göstəriciləri və mühüm təşəbbüsləri qeyd etdi. Daha sonra cənab Kərəmov ölkədə özəl şirkətlərlə birgə həyata keçirilən ikili təhsil proqramlarının uğur hekayələrinə diqqət çəkdi.
Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
01.03.2023: İR və PTT İşçi Qrupunun görüşü
1 mart 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanda bazarın mükafatlandırma strategiyaları mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, işçi qrupunun planlaşdırılan tədbirləri haqqında məlumat verdi və iştirakçıları müzakirələrdə aktiv olmağa çağırdı. Willis Towers Watson (WTW) şirkətinin əməkdaşları və əmək haqqının müəyyən edilməsi və ümumi mükafatlandırma strategiyaları sahəsi üzrə çalışan xanım Çağla Soysal və xanım Səbinə Dikmen görüşdə qonaq məruzəçi qismində iştirak etdilər.
Daha sonra qonaq məruzəçilər “Azərbaycanda mükafatlandırma sistemlərinə baxış” mövzusunda çıxış edərək şirkətin 2022-ci ildə Azərbaycanda keçirdiyi ümumi sənaye mükafatlandırma sorğusunun əsas nəticələrini təqdim etdilər. Təqdimat dünya bazarında ümumi tendensiyalar, yerli mükafatlandırma bazarında rəqabətədavamlı və səmərəli mükafatlandırma paketlərinin işlənib hazırlanması, bazarın müqayisəsinin aparılması və düzgün mükafatlandırma səviyyələri ilə istedadların cəlb edilməsi və saxlanılması kimi bir sıra məsələlərə toxundu.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
01.02.2023: İR və PTT İşçi Qrupunun Görüşü
1 fevral 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü il üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda insan resursları və peşə təhsili sektorunda aktual mövzular ətrafında müzakirələr aparıldı. Müzakirələr AHK Azərbaycan İR və PTT İşçi Qrupunun sədri xanım Nigar Hüseynzadə tərəfindən moderasiya edildi.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və yanvar ayının ikinci yarısında keçirilmiş İR və PTT İşçi Qrupunun fəaliyyəti ilə bağlı onlayn sorğunun nəticələrini təqdim etdi. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə aktiv müzakirələr fonunda davam etdi, üzvlər insan resursları sahəsində mövcud çətinliklər və gündəlik üzləşdikləri problemlərdən danışdılar. Şirkətlər arasında təcrübə mübadiləsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər müzakirələrin əsas hissəsini təşkil etdi. Görüşün sonunda xanım Nigar Hüseynzadə Palatanın üzv şirkətlərdən gələn bütün təklif və ideyalarına açıq olduğunu bir daha vurğuladı. Ətraflı
01.12.2022: İR və PTT İşçi Qrupunun görüşü
1 dekabr 2022-ci il tarixində 40-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş yaxın aylarda dərc olunacaq “AHK Human Resources Insights” buraxılışlarının əsas nəticələrinin müzakirəsinə həsr olundu. Məlumat üçün qeyd edək ki, 2022-ci ilin ilk aylarından AHK Azərbaycan İR və PPT İşçi Qrupunun bir neçə üzvündən ibarət komanda Azərbaycanda insanlar resursları sahəsi ilə bağlı praktikada üzləşilən ən vacib və çətin sualları cavablandıra biləcək məqalələr üzərində çalışır.
İclası açıq elən edən cənab Tobias Baumann iştirakçıları və spikerləri salamladı və “AHK Human Resources Insights” buraxılışlarının hazırlanmasına komanda üzvlərinin gərgin əməyini yüksək qiymətləndirdiyini bildirdi. O, cənab Dəyanət Əhmədova son beş il ərzində fəal əməkdaşlığına görə təşəkkür edərək növbəti ildən İR və PTT İşçi Qrupunun sədrliyinin AccessBank QSC-nin İnsan resursları üzrə icraçı direktoru xanım Nigar Hüseynzadəyə həvalə olunduğunu elan etdi. Ətraflı
09.06.2022: İR və PTT İşçi Qrupunun görüşü
9 iyun 2022-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanın iqtisadi inkişafında peşə təhsilinin rolu mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları və qonaq məruzəçiləri salamladı və peşə təhsilinin Palatanın gündəliyində mühüm yer tutduğunu qeyd etdi. Yaxın keçmişə nəzər saldıqda əminliklə demək olar ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafında irəliyə doğru atılmış vacib addım idi. Daha sonra cənab Dəyanət Əhmədov işçi qrupunun son dövrlərdə fəaliyyəti haqqında iştirakçılara məlumat verdi və tədbirin gündəliyi ilə onları tanış etdi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini / direktor vəzifəsini müvəqqəti icra edən cənab Ceyhun Kərəmov görüşə qatılaraq iştirakçılara agentliyin peşə təhsili sahəsində strateji prioritetlər və əsas inkişaf istiqamətləri, o cümlədən əlçatanlığın artırılması və yüksək texniki peşə təhsili haqqında danışdı. O, çıxışı zamanı Palatanın peşə təhsilinə verdiyi dəyəri xüsusilə vurğuladı. Bundan sonra BiWE International-ın ikili təhsil eksperti / Azərbaycan üzrə layihə meneceri, cənab Mehmet Çakar Azərbaycanda alman standartlarının tətbiqi ilə həyata keçirilən ikili peşə təhsili layihəsinin təqdimatını etdi.
Görüş AHK Azərbaycanın üzv şirkətləri və tərəfdaşlarının iştirakı ilə interaktiv sual və cavab sessiyası ilə davam etdi. Ətraflı
16.03.2022: İR və PTT İşçi Qrupunun onlayn görüşü
16 mart 2022-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti onlayn görüşü keçirildi. Görüş insan resurslarının biznes strategiyası ilə uyğunlaşdırılması mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Dəyanət Əhmədov iştirakçıları salamladı, işçi qrupunun ötən iki il ərzində fəaliyyəti haqqında məlumat verdi və qonaq məruzəçiləri təqdim etdi. O, keçən il üzvlər arasında keçirilmiş sorğuda insan resursları sahəsində beynəlxalq təcrübənin ən çox qeyd olunan mövzular arasında olduğunu bildirdi.
Boyden Executive Research şirkətinin regional təmsilçiləri olan və insan resursları və sektorlararası əməkdaşlıq sahəsi üzrə ixtisaslaşmış Dr. Robert Winterhalter, cənab Birger M. Svendsen və xanım Sylke Sergel görüşdə qonaq məruzəçi qismində iştirak etdilər. Çıxışları zamanı onlar Boyden şirkətinin insan resursları sahəsində rəhbər şəxslər arasında keçirdiyi sorğunun nəticələrini və bunun müxtəlif sahələrdə təsirlərini iştirakçılarla bölüşdülər, həmçinin insan resursları üzrə baş mütəxəssis (CHRO) və gələcəyin təşkilat strukturu, insan resursları strateji biznes tərəfdaşı rolunda, eləcə də biznesin planlaşdırılması prosesinə insan resurslarının inteqrasiyası kimi mühüm məsələlərə toxundular.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
02.11.2021: İR və PTT İşçi Qrupunun görüşü
2 noyabr 2021-ci il tarixində 35-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun bu il üçün fiziki şəkildə ilk görüşü keçirildi. Görüş təlim prosesi zamanı keyfiyyətin təmin edilməsi və burada sertifikatlaşdırmanın rolu mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Dəyanət Əhmədov uzun bir müddətdən sonra fiziki şəkildə görüşlərə qayıtmaqdan məmnunluğunu ifadə etdi və yaz aylarında işçi qrupunun çərçivəsində keçirilmiş qısa müsahibələri yada saldı. Müsahibələrdən üzə çıxan məsələlərdən biri də görüşün müzakirə mövzusu olan sertifikatlar və onların iş həyatında rolu ilə bağlı idi.
Dövlət Məşğulluq Agentliyinin əməkdaşları cənab Kənan Bağırov və cənab Toğrul Ələkbərov görüşə qatılaraq agentliyin peşə hazırlığı sahəsində fəaliyyəti və gələcək layihələr haqqında iştirakçılara ətraflı məlumat verdilər. Daha sonra “Azersun Holdinq”-in təlim və inkişaf şöbəsinin rəhbəri cənab Elçin Əzimli iş həyatı və onun tələblərinin daima dəyişdiyi bir şəraitdə təkcə universitet diplomunun keçərli olmadığını vurğuladı. Dəyişən biznes mühiti ilə uyğunlaşmağın önəminə diqqət çəkərək o, işçilər arasında emosional intellekt və sosial bacarıqların rolunu xüsusilə qeyd etdi.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
27.01.2021: İR və PTT İşçi Qrupunun görüşü
27 yanvar 2021-ci il tarixində 40-dan çox şirkət nümayəndəsi və universitet təmsilçilərinin iştirakı ilə DAAD Azərbaycanla əməkdaşlıq çərçivəsində AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. İclas Azərbaycanda ikili təhsil proqramlarının mümkün tətbiqi mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Dəyanat Əhmədov ölkədə ixtisaslı işçi qüvvəsinin çatışmazlığını vurğuladı və bu tipli müzakirələrin mümkün həll yollarının tapılmasına kömək edəcəyinə ümidini ifadə etdi. Onlayn görüş AHK Azərbaycanda Peşə təhsili üzrə rəhbər, Dr. Magnus Müller və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD-ın lektoru Dr. Michael Beck tərəfindən birlikdə moderasiya edildi. Məruzəçi qismində ikili təhsil proqramları üzrə mütəxəssislər - Brandenburq əyalətinin İkili Təhsil üzrə Agentliyinin direktoru xanım Franziska Kuhl və AHK Kolumbiyada işləmiş ekspert cənab Peter Hirsch görüşə qatılaraq iştirakçılarla öz təcrübələrini bölüşdülər.
Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Görüş mövzu ətrafında müzakirələrlə davam etdi. Ətraflı