İnnovasiya, Tərəfdaşlıq, Transformasiya - COP29-dan gözləntilər
Hörmətli Oxuyucular,
Hər keçən gün ölkəmiz şəbəkələşmə üçün dünya miqyasında əsas mərkəzlərdən birinə çevrilir. Biz dünyamızın bu günü və gələcəyi üçün yüksək əhəmiyyət kəsb edən qlobal COP29 tədbirinin canlı şahidi olmağı və onun bir hissəsinə çevrilməyi səbirsizliklə gözləyirik. Mən qəti şəkildə inanıram ki, yaşıl enerji, ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadəni təşviq etməklə COP29 mühüm tarixi hadisəyə çevriləcək.
Bu cür irimiqyaslı beynəlxalq layihələrin gətirdiyi iqtisadi faydalar ölkənin turizm potensialının üzə çıxarılması, dünyada daha yaxşı tanınmasına töhfə vermək, yeni biznes imkanları və iş yerlərini yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakıdakı COP29 bütün cəmiyyət nümayəndələrinin bir araya gəlməsi və onların gələcək onilliklər üçün Azərbaycanın ekoloji və iqtisadi siyasətini formalaşdıracaq mümkün həllər təqdim etməsi üçün unikal platformadır. Ölkəmiz bu tədbirə ev sahibliyi etməklə dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək öhdəliyini nümayiş etdirməklə yanaşı, həm də “yaşıl” layihələrin güclü tərəfdarı kimi özünü göstərir.
AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər” şüarı altında silsilə tədbirlərə start verməkdən məmnunluq hissi duyur. Bu tədbirlər qabaqcıl həll yollarını araşdırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və iqlim dəyişikliyinə qarşı transformativ fəaliyyətə təkan vermək üçün ekspertləri, siyasətçiləri və fəalları bir araya gətirəcək. Müzakirələrdə iştirak etmək, tərəfdaşlıqlar qurmaq və davamlı gələcəyin formalaşmasına töhfə vermək üçün bizə qoşulun. Gəlin birlikdə uğurlu və transformativ COP29 üçün zəmin yaradaq.
Anar Həsənov
İdarə Heyətinin Sədri, AHK Azərbaycan