Ətraf mühitin və su ehtiyatlarının mühafizəsi: Cənubi Qafqazda su infrastrukturunun modernləşdirilməsi tədbirləri çərçivə təhlili
Ətraf mühitin və su ehtiyatlarının mühafizəsi: Cənubi Qafqazda su infrastrukturunun modernləşdirilməsi tədbirləri” çərçivə təhlili AHK Azərbaycan tərəfindən Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi (BMUV) Nazirliyinin dəstəyi ilə “Ətraf Mühit Texnologiyalarının İxrac Təşəbbüsü” çərçivəsində işlənib hazırlanmışdır. Burada Cənubi Qafqaz ölkələrində dayanıqlı su infrastrukturunun yaradılması üçün problemlər, perspektivlər və bazar imkanları müəyyən edilərək əsas diqqət Azərbaycanda su və tullantı sularının idarə olunması sistemlərinin modernləşdirilməsinə yönəldilir.
Bununla yanaşı, tədqiqat Cənubi Qafqaz ölkələrində mövcud su idarəetmə sistemlərini nəzərdən keçirir, su infrastrukturunun problemlərini və təhlillərini təqdim edir və nəticədə, ətraf mühitin mühafizəsini və dayanıqlı inkişaf məqsədlərini nəzərə alaraq xarici özəl şirkətlərin bazara giriş imkanları haqqında məlumat verir.
Səhifə: 67 | Faylın ölçüsü: 2 MB