AHK Azərbaycan Veb Saytında Banner Reklamı

AHK Veb Saytı Palatanın bütün xidmətləri, fəaliyyətləri, qarşıdan gələn layihə və tədbirləri, habelə Azərbaycan və Almaniyanın ən son maliyyə, bazar və iqtisadi xəbərləri və nəşrləri haqqında məlumatlar verir.

© AHK Azerbaijan/Vasif Karimli

Hər gün orta hesabla 1.000 dəfədən çox vebsayt ziyarət olunur. Hər il 30.000-ə yaxın ziyarətçi AHK Azərbaycan Veb Saytına daxil olur.

Reklam bannerlərinizi AHK Veb Saytında yerləşdirməyin üstünlükləri

Eksklüziv auditoriya

Alman və beynəlxalq şirkətlərin rəhbərlərinə və yüksək vəzifəli mütəxəssislərinə, habelə hökumət qurumlarından, səfirliklərdən və diplomatik nümayəndəliklərdən olan AHK tərəfdaşlarına çatmaq üçün ən dinamik yol hesab olunur.

Asanlıqla tətbiq

Asanlıqla tətbiq olunan və sərfəli reklam banner təkliflərimiz Sizin veb saytınıza bir keçid linki vasitəsilə əsas səhifəmizdə və ya seçilmiş alt səhifələrdə ən yaxşı yerləri əldə etməyə imkan verir. Bizim beynəlxalq auditoriyamıza müraciət etməyin ən yaxşı yolunu tapın.

Bannerinizdə statistik hesabat

Hər ayın sonunda reklam banneriniz üzrə statistik hesabat əldə edəcəksiniz.

Banner yerləşdirmə variantları və qiymətlər

Veb banner növləri

1 ay

3 ay
15% güzəşt
6 ay
20% güzəşt
1 il
25% güzəşt
Leaderboard əsas səhifədə 600, - AZN 1,530, - AZN 2,880, - AZN 5,400, - AZN
Leaderboard seçilmiş alt səhifələrdə 500, - AZN 1,275, - AZN 2,400, - AZN 4,500, - AZN
Skyscraper əsas səhifədə 550, - AZN 1,403, - AZN 2,640, - AZN 4,950, - AZN
Rectangle əsas səhifədə 450, - AZN 1,148, - AZN 2,160, - AZN 4,050, - AZN
Rectangle seçilmiş alt səhifələrdə 350, - AZN 893, - AZN 1,680, - AZN 3,150, - AZN

Bütün qiymətlərə 18% ƏDV daxil deyil.

  • Texniki məlumatlar: 72 dpi; Fayl formatları: jpg, png, gif
  • Animasiya reklam bannerləri üçün əlavə ödəniş: 10%
  • Reklamınızın yayımlanmasını vaxtında təmin etmək üçün, dərc olunma tarixindən ən azı 3 gün əvvəl bizə müraciət edin.