Tədbir Sponsorluğu
AHK Azərbaycan, marka/məhsul və xidmətlərinizi təqdim etmək və Azərbaycanın ən böyük yerli və beynəlxalq işgüzar cəmiyyətlərinin yüksək vəzifəli şəxslərinə eksklüziv çıxışınızı təmin etmək məqsədilə Sizə geniş çeşidli imkanlar təklif edir.
AHK tədbirlərində sponsorluq imkanları
Bowling Turniri
AHK Boulinq Turniri əyləncəli bir atmosferdə üzv şirkətlərə biznes şəbəkələrini genişləndirməyə və mövcud əlaqələrini saxlamağa imkanı yaradır.
Bu ilin AHK Boulinq Turniri 22 fevral 2019-cu il tarixində Ontop Bowling Mərkəzində keçirilmişdir və AHK-nın müxtəlif üzv şirkətlərindən 70 iştirakçı qatılmışdır. Burada Siz bu ilin Boulinq Turnirinin ən gözəl anlarını görə bilərsiniz.
Sommerfest
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) isti mövsümün əyləncəli başlanğıcını möhtəşəm bir məkanda qeyd etmək məqsədilə hər il AHK Sommerfest tədbirini təşkil edir.
Canlı rəqs musiqisi sədaları altında, möhtəşəm əyləncə şousu ilə, ənənəvi alman mətbəxi təamlarından dadaraq, möhtəşəm mənzərənin müşayiəti ilə, iştirakçılar AHK Azərbaycanın 250-yə yaxın üzvləri və dostları ilə birlikdə xoş yay axşamı keçirir və informasiya mübadiləsi aparır.
AHK Azərbaycan platin sponsoru - Autocapital-Azərbaycan MMC şirkətinə, qızıl sponsorları - Azvirt MMC, İnkoel MMC, KBT MMC, KPMG Azərbaycan şirkətlərinə, o cümlədən gümüş sponsoru - Paulaner Brewery Baku restoranına AHK Sommerfest 2019 tədbirinin keçirilməsində göstərdikləri dəstək üçün dərin təşəkkürünü bildirir!
AHK Sommerfest 2019 tədbirinin ən yadda qalan anlarını buradan xatırlaya bilərsiniz.
Oktoberfest
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) hər il sentyabr ayında Paulaner Brewery Baku restoranında AHK Oktoberfest tədbirini təşkil edir. Bu əyləncəli tədbirə Azərbaycanın müxtəlif yerli və beynəlxalq şirkətlərini təmsil edən 350-dən çox iştirakçı qatılır.
Bavariya musiqisi sədaları altında, ənənəvi alman mətbəxi təamlarından və pivəsindən dadaraq, rəngarəng əyləncə proqramının müşayiəti ilə, iştirakçılar AHK Oktoberfest tədbirində AHK Azərbaycanın üzvləri və dostları ilə birlikdə möhtəşəm bir axşam keçirir.
AHK Azərbaycan platin sponsorları - Deutsche Lufthansa AG şirkətinə və Boulevard Hotel Baku hotelinə AHK Oktoberfest 2019 tədbirinin keçirilməsində göstərdikləri dəstək üçün dərin təşəkkürünü bildirir!
AHK Oktoberfest 2019 tədbirinin ən qadda qalan anlarını buradan xatırlaya bilərsiniz.
Alman-Azərbaycan Biznes Forumu
Alman-Azərbaycan Biznes Forumu, biznes liderləri və rəhbərləri üçün nəzərdə tutulmuş Azərbaycan və Almaniya dövlətləri arasında işgüzar və iqtisadi əlaqələr üzrə müzakirələr aparmaq və bu əlaqələri inkişaf etdirmək məqsədilə təşkil olunan ən böyük tədbirlərdən biridir. Forumda hər il müvafiq dövlət qurumlarından, yerli və alman müəssisələrindən 400-ə yaxın nümayəndə iştirak edir. Forum Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə təşkil olunur.
Forum Alman və Azərbaycan şirkətlərinə öz layihələrini təqdim edə bildikləri və mövcud əməkdaşlıq imkanlarını müzakirə edə biləcəyi, eləcə də iqtisadi əlaqələri gücləndirə biləcəyi işgüzar platforma təqdim etmək məqsədi daşıyır.
AHK Azərbaycan platin sponsoru - AccessBank QSC şirkətinə, qızıl sponsoru - WILO SE şirkətinə və gümüş sponsoru - KPMG Azərbaycan şirkətinə Biznes Forumun keçirilməsində göstərdikləri dəstək üçün dərin təşəkkürünü bildirir!
Business Forumun ən yadda qalan anlarını buradan xatırlaya bilərsiniz.
AHK İmpuls
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) müntəzəm olaraq AHK İmpuls görüşlərini təşkil edir. Hər bir İmpuls iclası vergi, gömrük, miqrasiya və s. kimi iqtisadi mövzuların müzakirəsinə həsr edilir. Tədbirin fəxri qonağı adətən yüksək vəzifəli dövlət təmsilçisi olur.
AHK İmpuls görüşlərinin əsas məqsədi AHK üzvlərini mövcud iqtisadi trendlər haqqında məlumatlandırmaq və onlar arasında informasiya mübadiləsini gücləndirməkdir. AHK İmpuls həmçinin üzvlərə öz şirkətlərini təqdim etmək və digər üzv və tərəfdaş şirkətlərlə işgüzar əlaqələr yaratmaq üçün işgüzar platformadır.
Əvvəlki AHK Impuls görüşlərinin mövzularına buradan nəzər yetirə bilərsiniz.
AHK Üzvlərinin Yığıncağı
AHK-ya üzv şirkətlərin dəvət olunduğu Üzvlərin Ümumi Yığıncağı ildə iki dəfə keçirilir. Üzvlərin Ümumi Yığıncağında Palatanın son aylarda fəaliyyəti haqqında üzv şirkətlərə məlumat verilir, büdcə məsələləri müzakirə edilir və illik hesabat təsdiq olunur.
Bundan başqa, Üzvlərin Ümumi Yığıncağında yeni üzvlər təqdim olunur, təsdiqlənir və onlara üzvlük şəhadətnamələri verilir. İdarə Heyəti üzvlərinin seçilməsi və məsuliyyətdən azad edilməsi, nizamnaməyə dəyişikliklərin edilməsi Ümumi Yığıncağın səlahiyyətində olan digər məsələlərdir. <link az uezvluek ahk-nin-sbkdaxili-tdbirlri ahk-uezvlrinin-yigincagi _blank>Burada Siz əvvəlki Üzvlərin Ümumi Yığıncaqlarını görə bilərsiniz.