Abşeron yarımadası və xaricində Peşə Təhsili

“Abşeron yarımadası və xaricində Peşə Təhsili " nəşri Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi dəstəyi ilə hazırlanıb. Nəşr Azərbaycanda fəaliyyət göstərən müəssisələrə xülasə şəklində müxtəlif peşələrə yiyələnmiş bacarıqlı məzunların işə qəbulu, təcrübə proqramı vasitəsi ilə peşə təhsili proseslərində iştirak etmək imkanı, imtahanlar, praktiki təlim və tədris proqramlarının hazırlanması və ya peşəkar­inkişaf təlimləri ilə əlaqədar kadrların ixtisasartırması kimi mövcud imkanları təqdim edir.

İlkin olaraq, nəşrin 2020-ci ildə çap edilməsi və yayılması planlaşdırılırdı, lakin koronavirus pandemiyası və ortaya çıxardığı çətinliklər səbəbindən layihə təxirə salındı. Oxucular seçilmiş peşə təhsili mərkəzləri və ixtisasları, təcrübə tarixləri və 2021-ci ildə gözlənilən məzunların sayı barədə məlumat əldə edə bilərlər. Fəal AHK üzv şirkətləri və müvafiq peşə təhsili mərkəzləri arasında tərəfdaşlıq layihələri oxucunu peşə təhsili və təlim icması ilə özünün əlaqə başlatmağa ilhamlandıra bilər. Təlimat 17 peşə təhsili müəssisəsini və 14 şirkət bəyanatını ehtiva edir.

Sorğuda iştirak edən peşə təhsil mərkəzlərinin direktorlarına və bizimlə dəyərli fikirlərini və rəylərini bölüşən şəxslərə qiymətli vaxtlarını ayırdıqlarına görə dərin minnətdarlığımızı bildiririk.

Yüklə