Bazar təhlili "Azərbaycanda Külək və Günəş Enerjisi"

AHK Azərbaycan, yaxın günlərdə Alman şirkətlərinə Azərbaycanda ümumi vəziyyət, mövcud tenderlər, habelə külək və günəş enerjisi sahələrindəki tam təlimat və investisiya imkanları haqqında ən son məlumatları təqdim edən "Azərbaycanda Külək və Günəş Enerjisi" mövzusunda Bazar Təhlili nəşr etdi. Bazar Təhlilinin nəticələri RENAC (Renewables Academy AG) ilə əməkdaşlıq çərçivəsində 07 oktyabr 2020-ci il tarixində onlayn məlumat tədbirində təqdim ediləcək. Maraq göstərən Alman şirkətləri buradan qeydiyyatdan keçə bilər.

Azərbaycanda alternativ enerji mənbələri çox böyük potensiala malikdir. Artan beynəlxalq maraq və bu bölgənin bənzərsiz iqlim şəraiti Azərbaycanda bərpa olunan enerji mənbələrinin genişlənməsi və daha da inkişafı üçün ən yaxşı imkanları təqdim edir. Azərbaycan hökuməti hazırda 2020-ci ilin sonunadək istifadəyə veriləcək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair təlimat layihəsini və ilk milli enerji səmərəliliyi fəaliyyət planını hazırlayır.

Alman şirkətləri üçün bazar imkanları ilk növbədə külək və günəş enerjisi sahələrində yaranır. Bundan əlavə, yerli mütəxəssislərə təlim keçə biləcək və layihələrin hazırlanmasında və həyata keçirilməsində müvafiq qurumlara dəstək göstərə biləcək yüksək ixtisaslı mütəxəssislər və texniki həllər tələb olunur.

Səhifə: 41 səhifə | Faylın ölçüsü: 1.7 KB

Yüklə