Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2016

© AHK Azerbaijan

1 mart - 8 aprel 2016-cı il tarixləri arasında AHK Azərbaycan ilk biznes mühiti hesabatının əsasını təşkil edən biznes mühiti sorğusunu həyata keçirmişdir.

Sorğunun nəticələri Aİ şirkətlərinin Azərbaycandakı iqtisadi vəziyyət və biznes mühiti, eləcə də yerli investisiya mühiti haqqında fikirlərini və ölkədə iqtisadiyyat və biznes sahəsindəki gələcək inkişaf ilə bağlı gözləntilərini əks etdirir.

Aİ Biznes Mühiti Hesabatı 2016 mövcud iqtisadi vəziyyət və qısa müddətli inkişaf perspektivləri, ölkədəki biznes və investisiya mühiti və şirkət demoqrafiyasına dair suallardan ibarət olan sorğunun nəticələrinə əsaslanır. Hesabat həmçinin Azərbaycanda əsas iqtisadi sektorları təmsil edən və fərdi müsahibələrdə iştirak edən Aİ şirkətlərinin dəyərli fikirləri əsasında tərtib edilmişdir.

Hesabat 17 may 2016-ci il tarixində təqdim olunmuşdur.

Səhifələr: 46 səhifə | Faylın ölçüsü: 8.6 MB

Yüklə

Əsas nəticələr

2016-cı il sorğusunun əsas nəticələri

  • Respondentlər ölkə iqtisadiyyatı və müvafiq sektorları ilə müqayisədə, öz şəxsi biznesləri ilə bağlı daha müsbət baxışa malikdirlər.
  • Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin əksəriyyəti qısa müddətli iqtisadi inkişaf perspektivinin zəif olduğunu düşünür və 2016-cı ildə öz gəlirlərinin azalacağını gözləyir.
  • Aİ şirkətlərinin 2016-cı ildə fəaliyyətinə təsir göstərən 3 əsas amil Devalvasiya və bazarın qeyri-müəyyən istiqamətdə inkişafı; Bürokratiya; və Korrupsiya və gömrük nəzarəti ilə bağlı qeydə alınmışdır.
  • Biznes mühitinin 3 ən yaxşı göstəricisi İşçilərin ixtisaslaşması və məhsuldarlığı; Siyasi və sosial sabitlik; və İnfrastruktur olaraq qiymətləndirilmişdir.
  • Nəticələr göstərir ki, növbəti 2 ilin asan olmayacağı gözlənilir, lakin sahibkarlar qarşıdakı 3-5 il ilə bağlı pozitiv baxışa malikdirlər və cari islahatların müsbət dəyişikliklərə səbəb olacağına inanırlar.