Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2017
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Avropa İttifaqının maliyyə dəstəyi ilə 2-ci Aİ Biznes Mühiti Sorğusunu keçirdi.
Sorğunun nəticələri Azərbaycanın 2-ci Biznes Mühiti Hesabatının məzmununu təşkil etdi və Avropa İttifaqı (Aİ) ilə Azərbaycan şirkətləri arasındakı işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə istifadə olunacaqdır.
Sorğu həmçinin Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin Azərbaycanın ilk Biznes Mühiti Sorğusunun keçirilməsindən (2016-cı ilin əvvəli) cari sorğunun keçirilməsinə qədər olan dövr ərzində Azərbaycanda biznes və investisiya mühitinin inkişafı ilə bağlı düşüncələrini də əks etdirdi.
Bu məhsuldar əməkdaşlığa görə tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk. Biz öz dəyərli fikirləri ilə bu hesabatı formalaşdıran Aİ şirkət nümayəndələrinə minnətdarıq.
Səhifələr: 44 səhifə | Faylın ölçüsü: 9.02 MB
Yüklə
Əsas nəticələr
2017-ci il sorğusunun əsas nəticələri
Bu günə qədər həyata keçirilmiş xüsusi tədbirlərin əksəriyyəti Aİ şirkətləri tərəfindən müsbət qiymətləndirilsə də, Strateji Yol Xəritələrində müəyyən edilmiş struktur islahatları gündəliyinin yerinə yetirilməsi qaçınılmaz olaraq qalır.
- Bu günə qədər həyata keçirilmiş 3 ən yaxşı islahat ASAN Viza portalının fəaliyyətə başlaması (77%); ASAN xidmət vasitəsilə lisenziyaların verilməsi proseduru (67%) və Sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlamaların dayandırılması (49%) olaraq qiymətləndirilmişdir.
- Hökumət tərəfindən əldə olunmalı ilk 3 prioritet Maliyyə sektorundakı struktur boşluqlarının aradan qaldırılması; Vergi sistemində şəffaflığın artırılması və Hüquqi mühitin yaxşılaşdırılması olaraq müəyyən olunmuşdur.
Sorğu nəticələri 2016-cı il ilə müqayisədə Aİ şirkətləri arasında Azərbaycandakı iqtisadi vəziyyət ilə bağlı ortamüddətli nikbinliyin artmasını xüsusi olaraq vurğulayır. Respondentlərin əksəriyyəti iqtisadiyyat üçün stabil və inkişaf edən vəziyyətdən bəhs edir və Azərbaycana yenidən investisiya qoya biləcəyini qeyd edir.
Nəzərə çarpacaq dərəcədə müsbət dəyişiklik gömrük sistemində müşahidə olunur, işçilərin məhsuldarlığı isə 2016-cı illə müqayisədə ən çox geriləmə göstərən faktordur.
- 3 ən müsbət dəyişiklik Gömrük prosedurları və qaydaları; İmmiqrasiya siyasətinin uyğunluğu və Siyasi və sosial sabitlik ilə bağlı qeydə alınmışdır.