Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2018
Ardıcıl olaraq üçüncü ildir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə (2018-ci ilin fevral-mart ayları ərzində) Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətləri arasında Aİ Biznes Mühiti Sorğusunu həyata keçirib.
Aİ Biznes Mühiti Hesabatı 2018 Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin ölkədəki cari iqtisadi vəziyyətə, biznes və investisiya mühitinə dair fikirlərini əks etdirən cari biznes mühiti sorğusunun nəticələri əsasında hazırlanıb. Hesabat Azərbaycandakı cari iqtisadi vəziyyəti, biznes və investisiya mühitini təsvir etməklə yanaşı, əsas diqqəti ölkədə fəaliyyət göstərən Aİ şirkətlərinin üzləşdiyi çətinliklərə və mövcud olan imkanlara yönəltməklə, onların qısamüddətli inkişaf gözləntilərini işıqlandırır.
Araşdırma ilk biznes mühiti sorğusunun keçirildiyi 2016-cı ildən etibarən iqtisadiyyatın mühüm sahələrində və əsas biznes faktorlarında müşahidə olunan dəyişikliklərin ardıcıllığını əks etdirən iqtisadi tendensiyalar üzrə istinad rolunu oynayır.
Sorğuda iştirak edən şirkət nümayəndələrinə, həmçinin üzbəüz müsahibələrdə və bağlı qrup müzakirələrində iştirak edən 17 Aİ şirkətinin Baş İcraçı Direktorlarına və digər baş nümayəndələrinə geniş təcrübələri və dəyərli qeydləri ilə hesabata verdikləri töhfəyə görə minnətdarlığımızı bildiririk.
Səhifə sayı: 44 səhifə | Faylın ölçüsü: 3.49 MB