Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2019
Aİ Biznes Mühiti Hesabatı Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin ölkədəki hazırkı iqtisadi vəziyyətə, biznes və investisiya mühitinə dair fikirlərini əks etdirən illik bisnes mühiti sorğusunun nəticələri əsasında hazırlanır. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən (2019-cu ilin yanvar-fevral ayları ərzində) Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətləri arasında aparılan bu ilki sorğu ardıcıl olaraq həyata keçirilən sayca dördüncü sorğudur.
Sorğunun başlıca məqsədi Aİ şirkətlərinin fikirlərinə əsaslanaraq Azərbaycandakı cari makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühiti haqqında məlumat verməkdir. Bundan əlavə, sorğu Aİ şirkətlərinin qısamüddətli inkişaf gözləntilərini, qarşılaşdıqları çətinlikləri və həll olunmalı problemləri işıqlandırır. Hər il aparılan bu tədqiqat əsas biznes göstəricilərində və investisiya faktorlarında ilbəil baş verən dəyişiklikləri göstərməklə ölkədəki iqtisadi tendensiyaları işıqlandırır. Əldə olunan məlumatlar biznes fəaliyyətinə və ya biznesin inkişafına əngəl törədən əsas amilləri müəyyənləşdirməklə və onların mənfi təsirinin azaldılması, yaxud səmərəli həll yollarını təklif etməklə ölkədəki cari vəziyyəti qiymətləndirilməsinə böyük töhfə verir.
Sorğumuzda iştirak edən, eləcə də müsahibələrdə və bağlı qrup müzakirələrində öz dəyərli fikirlərini bizimlə bölüşən Aİ şirkətlərinə minnətdarlığımızı bildiririk.
Səhifə sayı: 48 səhifə | Faylın ölçüsü: 5.77 MB