Neft və Qaz sektorunda biznes: Alman şirkətləri üçün imkanlar
"Neft və Qaz sektorunda biznes: Alman şirkətləri üçün imkanlar" Alman Ticarət Palatalarının "Global Cluster for Oil & Gas" təşkilatı və Almaniya Ticarət və İnvestisiya Təşkilatının (GTAI) birgə yayımladığı və dünyada fəaliyyət göstərən Alman şirkətlərini neft və qaz sənayesində bazar imkanları haqqında məlumat ilə təmin edən nəşrdir.
"Global Cluster for Oil & Gas" təşkilatı 2014-cü ildə Alman Xarici Ticarət Palatalarının qlobal şəbəkəsi çərçivəsində neft istehsalçıları arasında daha sıx əməkdaşlığın təmin edilməsi və Almaniyanın neft və qaz sənayesinin daha intensiv şəkildə dəstəklənməsi məqsədilə yaradılıb. Təşkilat ABŞ, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, İran, Meksika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Alman Ticarət Palatalarının təşəbbüsüdür. Təşkilatın məqsədi alman şirkətlərinə beynəlxalq bazarlara daxil olmaqda və öz fəaliyyətlərini genişləndirməkdə daha səmərəli dəstək təklif etməkdir.
Hər il “Neft və Qaz sektorunda biznes: Alman şirkətləri üçün imkanlar” nəşrinin təqdimatı təşkilat tərəfindən Almaniyanın Hannover şəhərində keçirilən sənaye texnologiyaları üzrə dünyanın aparıcı ticarət sərgisi olan Hannover sərgisində keçirilir.