AHK Azərbaycan Qısa Sorğu 2020

COVID-19-un qəfil yayılması nəinki həyatı təhlükə yaradır, həm də qlobal iqtisadi fəaliyyətə misli görünməmiş təsir göstərir. Hesab edilir ki, bu səhiyyə böhranı dünya iqtisadiyyatın 3% kəskin geriləməsi ilə Böyük Depressiyadan bəri ən ciddi tənəzzülə səbəb olmuşdur. Onun təsirləri 2008-2009-cu illərin maliyyə böhranından daha pisdir. Dalğanın şiddəti bütün dünyada sərt qabaqlayıcı tədbirlərə təkan verdi; karantin, regionlarda təcrid qaydalarının tətbiqi, sərhədlərin bağlanması, səyahət qadağaları (hansı ki, virusun yayılmasının qarşının alınması üçün həlledici olmuşdur) kimi hərəkətin məhdudlaşdırılmasına, habelə istehsalın ciddi şəkildə pozulmasına və iqtisadi itkilərə yol açdı.

Ümid edirik ki, bu sorğu dövlət orqanlarına və siyasətçilərə mövcud vəziyyət və biznes icmasının ehtiyacları barədə daha dərindən məlumat vermək üçün faydalı vasitə və etibarlı mənbə rolunu oynayacaqdır. Beləliklə, hökumətin böhranın iqtisadiyyata və maliyyə sahəsinə mənfi təsirlərini yumşaltmaq və sürətli inkişaf yoluna keçmək səylərinə töhfə verəcəkdir. Bu yolda biz məsələyə daha həssas yanaşmaq üçün əlimizdən gələni edəcək, həmçinin üzvlərimizi və müştərilərimizi son məlumatlarla dəstəkləmək və bütün sahibkarlıq subyektlərinin və qurumlarının ümumi mənafeyi naminə irəliyə düzgün addımları atmaq üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoqu davam etdirməyə daha çox səy göstərəcəyik.

Səhifə: 5 səhifə | Faylın ölçüsü: 303 KB

Yüklə