DIHK İqtisadi Sorğusu Erkən Yay 2019
Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2019-cu il, yayın əvvəlində keçirdiyi “Təzyiq altında iqtisadiyyat” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.
Biznes mühiti: Sorğunun nəticələrinə əsasən, Alman şirkətlərinin biznes vəziyyəti ilin əvvəlinə nisbətən daha pisdir. Xüsusilə ixrac yönümlü sənaye sahəsində geriləmə müşahidə olunur. Xidmət təminatçıları da biznes fəaliyyətlərini nəzərəçarpacaq dərəcədə pis qiymətləndirirlər. Əksinə olaraq, tikinti və pərakəndə ticarət kimi daha çox daxili bazar yönümlü sektorlar isə bizneslərinin nisbətən güclü olacağını hesab edir.
Biznes gözləntiləri: Şirkətlərin biznes gözləntiləri ardıcıl olaraq dördüncü ildir ki, azalır. Xüsusilə 2012-ci ildən etibarən perspektivləri az olan sənaye sektorunda inamsızlıq böyüyür. Daxili bazarda isə müəyyən sabitlik müşahidə olunur: tikinti və ticarət sektorları ilin əvvəlinə nisbətən daha nikbindir. Şirkətlərin fikrincə, ixtisaslı kadr çatışmazlığı biznesin inkişafı üçün hələ də ən böyük risk olaraq qalır.
İxrac gözləntiləri: Sənaye sahəsində ixrac perspektivləri əhəmiyyətli dərəcədə azalır. On il əvvəl baş verən qlobal maliyyə və iqtisadi böhrandan sonra ixrac gözləntilərinin balansı ən aşağı səviyyəyə çatıb. Şirkətlər qısa müddətdə qlobal iqtisadiyyatın bərpa olacağını düşünmürlər. Bu səbəbdən xarici tələbatla bağlı qeyri-müəyyənlik əhəmiyyətli dərəcədə artmaqdadır.
İnvestisiya planları hələ də uzunmüddətli orta səviyyədən yuxarıdır. Buna baxmayaraq, biznes gözləntilərinin pisləşməsi investisiya büdcələrinə də təsir göstərir. Xüsusilə ixrac yönümlü sənaye şirkətləri investisiya planlarını azaldırlar. Həmçinin, ticarət sektoru investisiya planlarını bir qədər kiçildir. İnşaat və xidmət şirkətləri isə mütəmadi olaraq yüksək səviyyədə investisiya qoymaq niyətindədirlər.
Məşğulluq planları: İxtisaslı kadrların davamlı çatışmazlığına baxmayaraq, şirkətlərin məşğulluq planları daha azdır. Xüsusilə sənaye sektorunda biznes mühitinin pisləşməsi şirkətlərin işçi heyəti ilə bağlı planlarına təsir göstərir. Tələbat davamlı şəkildə güclü olduğundan tikinti sektorunda işəgötürmə planları yüksəkdir. Təcrübəli kadr çatışmazlığı xüsusilə səhiyyə və İT sektorunda məşğulluğun artım dinamikasını azaldır.
Cari sorğunu aşağıdan ödənişsiz olaraq yükləyə bilərsiniz:
Səhifə: 60 səhifə | Faylın ölçüsü: 2.8 MB