DIHK İqtisadi Sorğusu Fevral 2018
Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2018-ci ilin əvvəlində keçirdiyi “İqtisadiyyat sürətlə inkişaf edir, əngəllər artır” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.
Sorğunun nəticələrinə əsasən, şirkətlər biznes vəziyyətlərini hər zamankindən daha yaxşı qiymətləndirirlər. DIHK 2018-ci ildə iqtisadi artımın 2.7% təşkil edəcəyini proqnozlaşdırır. Bu il sənaye sahələrində 600 min əlavə iş yerinin açılacağı gözlənilir.
İstehsal sənayesinin ixrac gözləntiləri ardıcıl olaraq dördüncü dəfə artır. Şirkətlər yeddi il əvvəl olduğu kimi, ixrac biznesi ilə bağlı nikbin baxışa sahibdirlər.
Şirkətlərin investisiya planları hər zamankindən daha genişdir. Bu inkişafı nəzərə alaraq, daha çox şirkət öz imkanlarını genişləndirmək niyətindədir.
İxtisaslı kadrların çatışmazlığı bu müddət ərzində şirkətlər üçün ən böyük maneədir.
Cari sorğunu aşağıdan yükləyə bilərsiniz:
Səhifə: 51 səhifə | Faylın ölçüsü: 3.5 MB