DIHK İqtisadi Sorğusu Fevral 2019

Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2019-cu ilin əvvəlində keçirdiyi “Perspektiv tutqunlaşır” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.

Biznes mühiti: Sorğunun nəticələrinə əsasən, şirkətlər biznes mühitini əvvəlki göstəricilərdən daha pis, lakin hələ də yüksək səviyyədə qiymətləndirirlər. İstehsal sənayesində yavaşlama aydın görünür. Xüsusilə, istehsal sektorunda böyük və ixraca yönəlmiş şirkətlərin biznes fəaliyyətlərində durğunluq müşahidə olunur. Digər tərəfdən isə tikinti sənayesi, pərakəndə satışla məşğul olan şirkətlər və xidmət təminatçıları biznes fəaliyyətlərini yaxşı dəyərləndirir.

Biznes gözləntiləri iqtisadiyyatın bütün sahələrində əhəmiyyətli dərəcədə pisləşir. Daxili və xarici tələbatla əlaqədar narahatlıqlar çoxalır. Şirkətlərin fikrincə, iqtisadi siyasət çərçivəsinin şərtləri getdikcə daha çox risk amilinə çevrilir. Qlobal ticarət münaqişələri, xüsusilə istehsal sənayesində biznesin inkişafını ləngidir. Ən böyük risk hələ də ixtisaslı kadrların çatışmazlığıdır.

İxrac gözləntiləri: Ardıcıl olaraq üçüncü dəfədir ki, istehsal sənayesinin ixrac gözləntiləri əhəmiyyətli dərəcədə azalır. Balans uzunmüddətli orta səviyyədən aşağıdır və bu, 2012-ci ildən etibarən daha aşağı göstəricidir. İxrac fəaliyyətində azalma gözləyən şirkətlərin nisbəti bir il ərzində ikiqat artmışdır.

İnvestisiya planları: İnvestisiya tempi əhəmiyyətli dərəcədə yavaşlayır. Eyni zamanda, büdcələrini azaldan şirkətlərin nisbəti artmaqdadır. Xüsusilə sənaye şirkətləri investisiya planlarını əhəmiyyətli dərəcədə azaldır. Hələ də davam edən ixtisaslı kadrların çatışmazlığı və əmək xərclərinin çoxalması ilə bağlı artan narahatlıq biznesin böyüməsinə əngəl törədir.

Məşğulluq planları: Ardıcıl olaraq üçüncü ildir ki, müəssisələrin məşğulluq planlarında cüzi azalma qeydə alınır. Xüsusilə, istehsalat sənayesində işəgötürmə planları kəskin şəkildə azaldığı halda, xidmət təminatçıları daha çox işçi axtarırlar. Xüsusilə ixtisaslı kadrların çatışmazlığı dövründə şirkətlər təcrübəli işçilərin tapılması və onlarla əməkdaşlığın davam etdirilməsi ilə bağlı strateji marağa sahibdirlər.

Cari sorğunu aşağıdan yükləyə bilərsiniz:

Səhifə: 44 səhifə | Faylın ölçüsü: 2.1 MB

Yüklə