06.08.2022 · 11:00
Tədbirin bitmə tarixi
06.08.2022 · 19:00
Bakıda keçirilən 1-ci Azərbaycan "CultRural" Festivalı 2022 tədbirində 1000-ə yaxın yaradıcı biznes nümayəndələri iştirak edib
06 avqust 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan), Plovdiv Ticarət və Sənaye Palatası (PCCI) və Handicraft Bakı ilə sıx əməkdaşlıq çərçivəsində Bakıda 1-ci Azərbaycan "CultRural" Festivalı 2022 tədbirini təşkil edib.
Festival “Create.Industry! “Bolqarıstan və Azərbaycanın Mədəniyyət və Yaradıcılığı arasında Körpü” layihəsi çərçivəsində təşkil olunub və Bolqarıstan və Azərbaycandan olan əl işləri, dizayn və moda, eləcə də vizual və ifaçılıq sənət sahələrində yaradıcı biznes nümayəndələrini bir araya gətirib. Bütün gün davam edən bu festivalı 1000-ə yaxın nümayəndə ziyarət edib.
Tədbir AHK Azərbaycanın icraçı direktor müavini cənab Fabian Zittlau, Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Michalko, Bolqarıstanın Azərbaycandakı səfiri cənab Nikolay Yankov, Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbər müavini cənab Heiko Şvarzın və “Handcraft” Bakının həmtəsisçisi xanım Jalə Nəcəfovanın salamlama nitqləri ilə başlayıb. Onlar Bolqarıstan və Azərbaycan yaradıcı biznesləri arasında sinerjinin inkişaf etdirilməsi və yeni işgüzar əlaqələrin qurulmasında layihənin əhəmiyyəti vurğulayıb.
Festival çərçivəsində Bolqarıstanın 9 və Azərbaycanın 59 yaradıcı biznesi öz şirkətlərini təqdim etmək və öz əl işlərini azərbaycanlı və avropalı həmkarlarına və qurumlarına nümayiş etdirmək fürsətindən istifadə ediblər.