Top Event
Top
Onlayn
Üzvlər Tədbiri
AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı
Tədbirin başlanma tarixi
26.05.2021 · 16:00
Tədbirin bitmə tarixi
26.05.2021 · 17:15

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 26 may 2021-ci il tarixində Hyatt Regency İclas & Konfrans Mərkəzində hibrid formatda AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı baş tutdu.

Tədbiri AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev salamlama nitqi ilə açıq elan etdi. AHK Azərbaycanın icraçı direktoru və İdarə Heyətinin üzvü cənab Tobias Baumann daha sonra tədbirin gündəliyi haqqında məlumat verdi və AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış etdi. AHK Azərbaycan üzvlərini salamlayaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini, xanım Andrea Sühl Almaniya Səfirliyindən yeniliklərlə bağlı üzv şirkətləri məlumatlandırdı  Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərov Rəqəmsal dövrdə dövlət xidmətləri” mövzusunda məruzə ilə çıxış etdi.

Yığıncaq zamanı, həmçinin Palatanın 2020-ci il üçün illik hesabatı və xəzinə nəzarətçilərinin 2020-ci il üçün illik hesabatı təsdiq olundu, eləcə də 2021-ci il üçün yeni xəzinə nəzarətçilərinin seçkisi keçirildi. Tədbir yeni AHK üzv şirkətlərinin təqdim edilməsi ilə davam etdi. Yeni AHK üzv şirkətləri daha sonra Yığıncaq tərəfindən yekdilliklə təsdiq olundu.

Sonda AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev qonaq məruzəçilərə və AHK Azərbaycanın üzvlərinə tədbirdə iştirak üçün təşəkkürünü bildirdi.

Aytəkin Siraczadə

Aytəkin Siraczadə

Üzvlük Xidmətləri şöbəsinin rəhbəri