26 aprel 2024-cü il tarixində Ontop Boulinq Mərkəzində keçirilmiş növbəti AHK Boulinq turnirində iştirak etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Turnirin Sizin üçün maraqlı və əyləncəli keçdiyinə ümid edir və turnirin qaliblərini bir daha təbrik edirik!
Xüsusilə 18-ci AHK boulinq turnirinin qaliblərini təbrik etmək istərdik!
Ən yaxşı qadın oyunçu: | Mədinə Abbasova | 188 xal |
Ən yaxşı kişi oyunçu: | Elvin Məmmədov | 347 xal |
Ən yaxşı komanda: Yelo Bank | 1611 xal | |
Ən yaxşı ikinci komanda: Mega Insurance | 1381 xal | |
Ən yaxşı üçüncü komanda: Azer Maya | 1257 xal |
AHK Boulinq turnirinin təşkilində bizə dəstək göstərdiyi üçün Sheraton Baku Intourist Hotel-ə öz minnətdarlığımızı bildiririk.
AHK Azərbaycanın növbəti tədbirlərində Sizləri yenidən salamlamağı səbirsizliklə gözləyirik.