Top Event
Top
Hyatt Regency Bakı
Üzvlər Tədbiri
AHK Impuls
Məkan
Hyatt Regency Bakı
Hyatt Zalı
İzmir küçəsi 6
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
04.07.2023 · 17:00
Tədbirin bitmə tarixi
04.07.2023 · 19:30

AHK İmpuls gömrük məsələlərini diqqət mərkəzində saxlayır

İyulun 4-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkətin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov “Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi” mövzusunda çıxış edib. Görüşdə, həmçinin  SERA Holdinq MMC-nin təsisçisi və direktoru xanım Sevinc Rəhimova Smart Finans MMC-nin fəaliyyət istiqamətləri və xidmət sahələri haqqında məlumat verib.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Smart Finans MMC-yə minnətdarlığını bildirib. O, daha sonra sözü xanım Sevinc Rəhimovaya verib.

Sevinc Rəhimova öz nitqində hamını salamlayıb və SERA Holdinq MMC həmçinin onun alt şirkəti olan Smart Finans MMC-nin fəaliyyəti haqqında məlumat verib. Xanım Rəhimova  bildirib ki, şirkət maliyə, mühasibatlıq, konsaltinq və audit xidmətləri göstərir, eləcə də o, sahibkarları ən çox maraqlandıran suallardan biri olan gömrük xidmətləri barəsində danışıb və dövlətin bu sahəyə diqqətini vurğulayaraq dəstəklədiyini bildirib.

Daha sonra cənab Tobias Baumann sözü tədbirin fəxri qonağı cənab Şahin Bağırova verib.

Şahin Bağırov öz nitqində tədbir iştirakçılarını salamlayıb, Dövlət Gömrük Komitəsinin hər zaman bu cür tədbirlərə açıq olduğunu deyib və bu kimi tədbirlərin biznes-gömrük tərəfdaşlığına töhvə verdiyini vurğulayıb. Əvvəlcə, cənab Bağırov Dövlət Gömrük Komitəsinin qarşıya qoyulmuş strateji hədəfləri, missiyaları və prinsipləri haqqında geniş məlumat verib.

Daha sonra cənab Bağırov tamamlanmış layihələrin hər biri haqqında ətraflı danışıb. Cənab Bağırov həmçinin şirkətlərin Elektron Hesab Səhifəsi tətbiqinin tamamlanmasında əməkdaşlığını yüksək şəkildə qiymətləndirib, eləcə də cari ilin 10 may tarixindən etibarən idxal-ixrac əməliyyatları həyata keçirən bütün sahibkarların Elekton Hesab Səhifəsinin istifadəçisi olduğunu deyib və tətbiqin artıq mobil veriyasının da istifadəyə verildiyi haqqında məlumat verib. Cənab Bağırov həmçinin vətəndaşların gömrük idarələrindən Elektron Bildiriş Formasını tələb etməyi və bunun önəmini vurğulayıb.

Ardınca cənab Bağırov icrası davam edən layihələrin mütamadi müzakirələr əsasında aparıldığını deyib və Risk İdarəetmə Sistemi layihəsi haqqında geniş məlumat verib. Cənab Bağırov həmçinin bu layihə çərçivəsində ölkəyə gətirilən məhsullara təkcə Dövlət Gömrük Komitəsi tərəfindən deyil, həmçinin digər qurumlar tərəfindən də icazə verib-verilmədiyini Risk İdarəetmə Sistemi vasitəsilə yoxlaya biləcəklərini deyib.

Çıxışının sonunda cənab Şahin Bağırov şəffaflıq prinsipinin önəmini vurğulayıb və vətəndaşları gömrük orqanları ilə əməkdaşlığa çağırıb.

Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.

Aytəkin Siraczadə

Aytəkin Siraczadə

Üzvlük Xidmətləri şöbəsinin rəhbəri

Sponsor